Məhkəmə qərarları › İş №e-2-2(113)-2861/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2861/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2861/2025 25.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanan22 oktyabr 2022-ci il tarix№li 2022/162 nömrəli Mallar (işlər və ya xidmətlər) üzrə satın alma müqaviləsinə əsasən əsas borc 10.828,29 (on min səkkiz yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik), illik gecikmə faizinə görə 5% hesablanmaqla ümumilikdə 1209.84 (bir min iki yüz doqquz manat səksən dörd qəpik) manat, 128 ( yüz iyirmi səkkiz) AZN dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğin “Cavabdeh” Cavabdeh tutularaq “İddiaçı” "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “Satıcı”) və fərdi sahibkar Cavabdeh (bundan sonra “Alıcı”) arasında 22 oktyabr 2022-ci ildə № 2022/162 nömrəli Mallar (işlər və ya xidmətlər) üzrə satin alma müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. Cavabdeh tərəfindən müxtəlif vaxtlarda müqavilə üzrə “Satıcı”-ya mallar sifariş olunub. “Satıcı” İddiaçı MMC müqavilədə razılaşdırılmış şərtlərdə malları tam və vaxtında “Alıcı”-ya çatdırmışdır. Müvafiq olaraq “Satıcı” verilən sifarişlər üzrə “Alıcı”-ya elektron e-qaimələr göndərmişdir: 1. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 782575 nömrəli 3160 (üç min yüz altmış) AZN məbləğində; 2. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 007751 nömrəli, 3000,79 (üç min manat yetmiş doqquz qəpik) AZN məbləğində; 3. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 897591 nömrəli, 8797,50 (səkkiz min yeddi yüz doxsan yeddi manat əlli qəpik) AZN məbləğində. Qeyd etmək lazımdır ki, müqavilə üzrə sifariş edilən mallar “Satıcı” tərəfindən müqavilədə nəzərdə tutulmuş şəkildə “Alıcı”-ya tam və vaxtında çatdırılmışdır. Lakin öhdəliklərin qarşılıqlı icrası zamanına gəldikdə Cavabdeh öz öhdəliklərini tam və vaxtında yerinə yetirməməsi səbəbindən İddiaçı xeyrinə10.828,29 (on min səkkiz yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik) borcu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı MMC ilə Cavabdeh arasında 22 oktyabr 2022-ci tarixində 2022/162 saylı satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin: -2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, “Alıcı” malları sifariş edir, “Satıcı” isə həmin malları təqdim edir. - 2.2-ci bəndinə əsasən “Alıcı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “Satıcı’dan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. - 2.3-cü bəndinə əsasən malların siyahısı, növü, çeşidi,sayı və s. müqaviləyə 1 saylı Əlavədə- Qiymət Razılaşdırma protokolu qeyd olunur. - 5.2-ci bəndinə əsasən alıcı” müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalmmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. - 11.1-ci bəndinə əsasən “Alıcı” müvafiq olaraq “Satıcı”-ya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən və ya “Satıcı”-nın təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar “Alıcı”-ya təhvil verildikdən sonra dəyəri ödənilir. 11.2-ci bəndinə əsasən müqavilə “Satıcı” və ya “Alıcı” tərəfindən ləvğ olunarsa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərildiyi qaydada ödənişlərin (o cümlədıən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirilən və və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq ödənilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı tərəfindən cavabehə EBCH 782575 nömrəli xx.xx.2022-cİ il tarixli 3160 manat,EBCJ 897591 nömrəli xx.xx.2022-ci il tarixli 8797.50 manat, EBCİ 007751 nömrəli xx.xx.2022-ci il tarixli 3000.79 manat məbləğində elektron qaimələr göndərilmişdir.

10. “Kapital Bank” AC tərəfindən verimiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 1000 manat köçürülmüşdür.

11. “Kapital Bank” AC tərəfindən verimiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 1500 manat köçürülmüşdür.

12. “Kapital Bank” AC tərəfindən verimiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 1000 manat köçürülmüşdür.

13. “Kapital Bank” AC tərəfindən verimiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən “Ekol” vəkil bürosunun hesabına 300 manat köçürülmüşdür.

14. İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli 06/2022 saylı protokolda müqavilə üzrə malların adı,qiyməti razılaşdırılmışdır. V. Tətbiq edilən hüquq:

15. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

18. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

19. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 10828.29 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, alqı-satqı müqaviləsi,elektron qaimə və cavabdehinin nümayəndəsinin yaranmış borcun etirafı ilə təsdiq edilir.

21. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 10828.29 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 10828.29 manat məbləğində pul vəsaitini tələb etdiyini və cavabdehin yaranmış borcun məhkəmə iclasında etiraf etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 10828.29 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

22. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 1209.84 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.

23. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti və 10828.29 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 1209.84 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 128 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

26. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 10828.29 (on min səkkiz yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, illik 5 % (beş) miqdarında 1209.84 (min iki yüz doqquz manat səksən dörd qəpik) manat məbləğində gecikdirmə borcu, 128 (yüz iyirmi səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumu, 320 (üç yüz iyirmi) manat hüquqi yardım üçün ödənilmiş məbləğ tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar