Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2865/2023 25.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndələri X1 və X2, Cavabdeh qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 4.804,77 manat məbləğində pulun, 60 manat məbləğində mediasiya xərcinin, 200 manat məbləğində hüquqi yardım xərcinin və dövlət rüsumunun əvəzi olaraq 69 manat məbləğində pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında olan müqaviləyə əsasən İddiaçı MMC müxtəlif adda yeyinti mallarını cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini icra edərək malları cavabdehə təhvil vermişdir. Tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuşdur. Satılmış mallara görə müvafiq elektron qaimələr tərtib edilərək cavabdehə təqdim edilmişdir. Lakin cavabdehə satılmış mallara görə təqdim edilmiş bəzi elektron qaimələrin təqdim edilməsindən uzun müddət keçməsinə baxmayaraq 4804,77 manat məbləğində satılmış malın pulu hələ də ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı tərəflər arasında uzun müddət danışıqlar aparılsa da 4.804,77 manat məbləğində borc hələ də ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndələri X3 və X4 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Qanuni nümayəndə məhkəməyə izahat verərək iddianı qismən təxmini 1000 manat hissəsini qəbul etdiyini, iddiaçı tərəfindən daha yüksək məbləğdə pulun tələb edildiyini bildirmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
7. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
8. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
9. Mülki Prosessual Məcəllənin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. - Həmin Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Həmin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində CTT ***-**** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
12. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı (İddiaçı) bu müqaviləyə uyğun olaraq ona məxsus olan malları alıcıya satmağı, alıcı (Cavabdeh) isə öz növbəsində qeyd edilən malı qəbul edərək razılaşdırılmış dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.
13. Müqavilənin 2.2-ci bəndinə əsasən hazırkı müqaviləyə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, satılan malın hər bir ədədinin qiyməti satıcı tərəfindən verilən qaimə və elektron qaimədə göstərilən qiymətdir.
14. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən hazırkı müqaviləyə əsasən satılan mal qaiməyə əsasən alıcıya təhvil verilir.
15. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir.
16. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə izahat verərək cavabdehə ümumilikdə 5.275,83 manat dəyərində malın satıldığını, cavabdeh tərəfindən satılmış malın dəyərinin əvəzi olaraq 4804,77 manat məbləğində borcun qaldığını bildirmişdir.
17. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə təxminən 1000-1200 manat borcunun olduğunu, qeyd edilmiş məbləğdə malın ona təhvil verilmədiyini bildirmişdir.
18. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
19. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam iddiaçı tərəfindən cavabdehə malların təhvil verilib-verilməməsidir.
20. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli EBBG 502151 saylı dəyəri 883,50 manat olan, xx.xx.2021-ci il tarixli EBBG 502161 saylı dəyəri 430 manat olan, xx.xx.2021-ci il tarixli EBBG 502155 saylı dəyəri 1.079,2 manat olan, xx.xx.2021-ci il tarixli EBBG 502157 saylı dəyəri 638,4 manat olan, xx.xx.2021-ci il tarixli EBBH 100985 saylı dəyəri 100,7 manat olan, xx.xx.2021-ci il tarixli EBBH 100951 saylı dəyəri 11,4 manat olan, xx.xx.2021-ci il tarixli EBBH 329408 saylı dəyəri 91,2 manat olan, xx.xx.2021-ci il tarixli EBBH 326758 saylı dəyəri 120,18 manat olan, xx.xx.2021-ci il tarixli EBBH 329274 saylı dəyəri 239,7 manat olan, xx.xx.2021-ci il tarixli EBBH 757637 saylı dəyəri 170,15 manat olan, xx.xx.2021-ci il tarixli EBBGJ 907489 saylı dəyəri 348,83 manat olan, xx.xx.2021-ci il tarixli EBBK 619136 saylı dəyəri 34,77 manat olan, xx.xx.2021-ci il tarixli EBBK 617872 saylı dəyəri 200,81 manat olan, xx.xx.2021-ci il tarixli EBBK 619183 saylı dəyəri 62,7 manat olan, xx.xx.2021-ci il tarixli EBBK 963782 saylı dəyəri 313,12 manat olan, xx.xx.2021-ci il tarixli EBBL 012608 saylı dəyəri 32,49 manat olan, xx.xx.2021-ci il tarixli EBBM 422232 saylı dəyəri 129,28 manat olan, xx.xx.2021-ci il tarixli EBBM 422175 saylı dəyəri 21,66 manat olan,xx.xx.2021-ci il tarixli EBBM 422083 saylı dəyəri 41,04 manat olan, xx.xx.2021-ci il tarixli EBBN 815841 saylı dəyəri 40,13 manat olan, xx.xx.2021-ci il tarixli EBBN 815789 saylı dəyəri 170,82 manat olan, xx.xx.2021-ci il tarixli EBBN 816016 saylı dəyəri 85,5 manat olan,xx.xx.2021-ci il tarixli EBBN 814783 saylı dəyəri 26,23 manat olan, xx.xx.2021-ci il tarixli EBBN 814829 saylı dəyəri 60,8 manat olan, xx.xx.2022-ci il tarixli EBBQ 147834 saylı dəyəri 161,19 manat olan, xx.xx.2022-ci il tarixli EBBT 468070 saylı dəyəri 29,93 manat olan, xx.xx.2022-ci il tarixli EBBT 467994 saylı dəyəri 35,63 manat olan, xx.xx.2022-ci il tarixli EBBT 467969 saylı dəyəri 304,67 manat olan, xx.xx.2022-ci il tarixli EBBT 467905 saylı dəyəri 164,16 manat olan, xx.xx.2022-ci il tarixli EBCA 269815 saylı dəyəri 139,23 manat olan elektron qaimələr göndərilmişdir.
21. Sadə riyazi hesablama ilə görünür ki, göndərilmiş olan elektron qaimələrdəki məbləğlərin cəmi 6.167,69 manat təşkil edir.
22. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş e-qaimələrin məbləği ilə iddia ərizəsi üzrə tələb olunan məbləğin üst-üstə düşməməsinin səbəbi ondan irəli bilər ki, bəzi mallar geri qaytarılmış və müəyyən ödənişlər edilmişdir.
23. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi ödənişlərin nağdsız qaydada, köçürmə yolu ilə edildiyini bildirsə də, ödənişləri təsdiq edən sənədləri və iddiaçının tələb etdiyi məbləğin çox hissəsinin “Svetafor” adlı mağazanın keçmiş mülkiyyətçisinə aid olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir.
24. Məhkəmə hesab edir ki, iddiaçı təqdim edilmiş mallara görə pul tələbini irəli sürməkdə haqlıdır.
25. Belə ki, həm iddiaçı tərəf həm də cavabdeh tərəf qeyd edilimş mağazanın cavabdeh tərəfindən 2021-ci ilin iyul ayından 2022-ci ilin dekabr ayınadək işlədildiyini bildirmişlər. Yuxarıda qeyd edilmiş elekron qaimələrin tarixlərindən də, görünür ki, elektron qaimələr məhz mağazanın cavabdehin idtifadəsində olduğu dövrdə göndərilmişdir.
26. Bundan başqa da, qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmunu yuxarıda qeyd edilmiş 2.2 və 2.4-cü bəndindən görünür ki, tərəflər özləri malların verilməsinin məhz elektron qaimələr üzərindən həyata keçirilməsi barədə razılığa gəlmişlər.
27. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh ona verilmiş olan və əvəzi ödənilməmiş mallara görə 4.804,77 manat məbləğində pulu İddiaçınə ödəməlidir.
28. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci Bakı 3 saylı mediasiya təşkilatına ödənmişdir.
29. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
30. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzlə 69 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.
31. Ancaq qeyd edilməlidir ki, iddianın qiymətinə görə 69 manat dövlət rüsumu tələb olunsa da, onun 60 manatı mediasiyaya ödənilmiş pulla əhatə olunduğundan, iddiaçı tərəfindən cəmi 9 manat məbləğində pul ödənilməli idi. Ona görə də, artıq ödənilmiş 60 manat dövlət rüsumunun cavabdeh tutulması istisna edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Məhkəmə hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
33. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, vəkil xərcinin əvəzi olaraq iddiaçı tərəfindən 9 Saylı Vəkil Bürosunun hesabına 200 manat məbləğində pul ödənilmişdir.
34. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə 4.804 (dörd min səkkiz yüz dörd) manat, 77 (yetmiş yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8 (səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov