Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2865/2025 01.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 87.737 manat məbləğində pulun vəiddia ərizəsi üçün məhkəməyə ödənilmiş 354 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, , CavabdehMMC ilə aramızda 10 iyun 2024-cü il tarixdə 01 saylı Alqı-satqı müqaviləsi müqavbağlanmışdır. Cavabdeh MMC ilə aramızda bağlanmış alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı hazırki müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşma protokolunda göstərilən malların satışı üçün sifarişçiyə satır və sifarişçi öz növbəsində alınanmalların dəyərini razılaşdırılmış qiymətlərə əsasən icraçıya ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi mallara görə icraçı tərəfindən təqdim edilmiş e-Qaiməyə uyğun olaraq aldığı malların dəyəriniicraçının bank hesabına ödəyir. Sifarişçi qiymət razılaşma protokolunda qeyd edilmiş mallara görə icraçı tərəfindən təqdim edilmiş hesab fakturayaəsasən avans və yaxud konsiqnasiya qaydasında ödənişi icraçının bank hesabına ödəyir. Lakin cavabdeh üzərinə qoyulmuş öhdəliyə əməl etməmiş, alqı-satqı müqaviləsinin 3.3-cü bəndinin tələblərini pozmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi borcu qəbul etdiyini bildirmiş, borcun ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir.
4. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (icraçı) ilə "xxxx" MMC (sifarişçi) arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
11. Müqavilənin 1-ci bəndinə əsasən icraçı hazırki müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma Protokolunda göstərilən malların satışı üçün safiraşçiyə satır və sifarişçi öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən İcraçıya ödəyir.
12. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi malalra görə icraçı tərəfindən təqdim edilmiş e-qaiməyə uyğun olaraq aldığı malların dəyərini icraçının bank hesabına ödəyir. Sifarişçi qiymət razılaşdırma protokolunda qeyd edilmiş mallara görə İcraçı tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən avans və yaxud konsiqnasiya qaydasında ödənişini icraçının bank hesabına ödəyir.
11. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. Qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
13. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə MT2412 seriyalı, 12230230 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 13.243 manat, MT2412 seriyalı, 12235034 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 13.600 manat, MT2412 seriyalı, 10284114 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 8.211 manat, MT2411 seriyalı, 10551930 nömrəli, xx.xx.2024cü il tarixli dəyəri 13.566 manat, MT2501 seriyalı, 10829780 nömrəli, xx.xx.2025-ci il tarixli dəyəri 14.042 manat, MT2412 seriyalı, 11967803 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 13.940 manat, MT2501 seriyalı, 11316557 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 11.135 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.
16. Sadə riyazi hesablama ilə görünür ki, elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 87.737 manat təşkil edir.
17. Hazırda iddiaçı cavabdehin 87.737 manat məbləğində borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi 87.737 manat məbləğində borcu qəbul etdiyini bildirərək, borcun ödənilməsi üçün məhkəmədən vaxt verilməsini məhkəmədən xahiş etdi.
19. Ona görə də, Məhkəmə hesab edir ki, 87.737 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 354 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır
21. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli 01 saylı müqaviləyə əsasən 87.737 (səksən yeddi min yeddi yüz otuz yeddi) manat məbləğində pul “NB Satınalma və Ticarət" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 354 (üç yüz əlli dörd) manat məbləğində pul “NB Satınalma və Ticarət" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov