Məhkəmə qərarları › İş №e-2-2(113)-2866/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2866/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2866/2023 25.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların alqı-satqı müqaviləsi üzrə 9931 manat məbləğində əsas borcun, 180 manat cərimə məbləğinin, 300 manat dəymiş maddi zərərin əvəzinin və 210 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə barışıq sazişi təqdim etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 və cavabdeh tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiqlənməsini xahiş etdilər. Məhkəmə barışıq sazişini mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Cavabdeh etiraf edərək bildirir ki, İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən hal-hazırda borc 9931 manat təşkil edir.

2. Cavabdeh öhdəlik götürərək təsdiq edir ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış olan 9931 manat borc və İddiaçı tərəfindən məhkəməyə müraciət üçün ödənilmiş 100 manat mediasiya xərci olmaqla ümumilikdə 10031 manat məbləğində pulu hər ay 500 manat olmaqla İddiaçınə ödəyəcəkdir.

3. Cavabdeh 10031 manat məbləğində pulu hər ayın 25-dən etibarən hər ay 500 manatı vaxtlı-vaxtında İddiaçınə ödəməyi öhdəsinə götürür.

4. İddiaçı bu barışıq sazişi imzalandıqdan və məhkəmə tərəfindən təsdiq edildikdən sonra Cavabdeh qarşı Bakı Kommersiya Məhkəməsində olan iddia tələbindən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, adıçəkilən barışıq sazişi məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığı da ifadə etdiyindən, həmin razılığa uyğun olaraq qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh etiraf edərək bildirir ki, İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən hal-hazırda borc 9931 manat təşkil edir.

2. Cavabdeh öhdəlik götürərək təsdiq edir ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış olan 9931 manat borc və İddiaçı tərəfindən məhkəməyə müraciət üçün ödənilmiş 100 manat mediasiya xərci olmaqla ümumilikdə 10031 manat məbləğində pulu hər ay 500 manat olmaqla İddiaçınə ödəyəcəkdir.

3. Cavabdeh 10031 manat məbləğində pulu hər ayın 25-dən etibarən hər ay 500 manatı vaxtlı-vaxtında İddiaçınə ödəməyi öhdəsinə götürür.

4. İddiaçı bu barışıq sazişi imzalandıqdan və məhkəmə tərəfindən təsdiq edildikdən sonra Cavabdeh qarşı Bakı Kommersiya Məhkəməsində olan iddia tələbindən imtina edir. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar