Məhkəmə qərarları › İş №e-2-2(113)-287/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-287/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-287/2020 18.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli, 412 nömrəli müqavilə üzrə Cavabdeh MMC-dən 172,80 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və hər gecikdirilmiş aya görə məbləğin 0,1% miqdarında olmaqla 1,62 manat dəbbə pulu ilə cəmi 174,42 manat pulun tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 412 saylı müqaviləyə əsasən İddiaçınə 2018-ci il üçün tezlik və radioelektron vasitələrindən istifadəyə görə 172,80 manat məbləğində 33A-18 saylı hesab təqdim olunmuş, Cavabdeh MMC həmin müqavilənin şərtlərini pozaraq ödənişi gecikdirdiyindən ona 1,62 manat məbləğində dəbbə pulu hesablanmış, cavabdeh MMC-yə pretenziyanın göndərilməsinə baxamayaraq, həmin MMC bu günə kimi Azərbaycan Respublikası Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabı ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianı müdafiə etdiyini bildirərək, 2018-ci il üçün yaranmış borc ilə bağlı tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında xx.xx.2014-cü il tarixli, 412 nömrəli müqavilədən görünür ki, İddiaçı, Cavabdeh MMC-nin rəsmi müraciətini nəzərə alaraq UQD rabitəsi üçün tezliklərin təyin edilib, radiorabitə avadanlıqlarının istismarına icazə vermişdir. İddiaçı maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçınə 2018-ci il üçün 172,80 qəpik borc və hər gecikdirilmiş aya görə məbləğin 0,1% miqdarında olmaqla 1,62 manat dəbbə pulu, cəmi 174,42 manat məbləğində borcu vardır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 və 462.1 maddələri). Göründüyü kimi İddiaçı ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2014-cü il tarixli, 412 nömrəli müqavilə üzrə 2018-ci il üçün 172,80 manat tezlik və radioeleketron vasitələrinə görə istismar haqqının, həmçinin hər gecikdirilmiş aya görə məbləğin 0,1% miqdarında olmaqla 1,62 manat dəbbə pulu, cəmi 174,42 manat pul tutularaq İddiaçı hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2014-cü il tarixli, 412 nömrəli müqavilə üzrə 172,80 manat (2018-ci il) tezlik və radioeleketron vasitələrinə görə istismar haqqının, həmçinin hər gecikdirilmiş aya görə məbləğin 0,1% miqdarında olmaqla 1,62 manat dəbbə pulu, cəmi 174,42 manat pul tutularaq İddiaçı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar