Məhkəmə qərarları › İş №e-2-2(113)-2871/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2871/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2871/2023 01.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, iddiaçı “MKT İtehsalat Kommersiya” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı “MKT İtehsalat Kommersiya” məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 1779 manat 46 qəpik, hesablanmış cərimə borcuna görə 2110 manat 73 qəpik və mediasiya rüsumuna görə 60 manat olmaqla cəmi 3950 manat 19 qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC, “MKT-Zərdab” filialı və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 17 *** **** saylı müqaviləyə əsəsən cavabdeh 22,0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 44,0 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 13613,45 manat məbləğində avans vəsaitlər götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə isə cavabdeh 11289,99 manat məbləğində 22892,75 kq xam-pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Qeyd etmək lazımdır ki, cavabdeh təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 544,0 manat dəyərində vəsaitləri cəmiyyətə geri qaytarmışdır. Son nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 1779,46 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Zərdab” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xampambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 500 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 2110,73 manat təşkil edir. Müqavilə üzrə təhvil verilməli idi: 44,0 ton; Verilib: 22892,75 kq Verilməmişdir: (44000 kq – 22892,75 kq) x 0,50 manat = 10553,63 manat х 20% = 2110,73 manat. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəmə iclasında iştirak edən cavabdeh əsas borc məbləğini qəbul etmiş, cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: “MKT İtehsalat Kommersiya” məhdud məsuliyyətli cəmiyyəti və Cavabdeh arasında imzalanmış 15 fevral 2017-ci il tarixli ********* nömrəli 2017-ci il mövsümü üzrə xam pambığın alğı-satqısına dair müqaviləyə əsasən 2017-ci il mövsümü üzrə xam pambığın istehsalı və alqı satqısı sahəsində tərəflərin öhdəlkləri üzrə hüquq və vəzifələrinin tənzimlənməsi müqavilənin predmetidir. 2.1.1 bəndə əsasən “Təsərrüfat” öz mülkiyyətində olan 3,10 ha torpağı girov qoyaraq (girov haqqında sənəc əlavə olunur) 22,00 ha sahədə pambıq əkir və hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükü üzrə təlimat”-ın tələblərinə əsasən Azərbaycan Elmi- X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tə əfindən hazırlanmış və “tədarükçüdə” saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə “alıcı”nın mülkiyyətinə təhvil verilir. 2.1.2 bəndə əsasən təsərrüfatın təhvil verəcəyi xam-pambığın nəmliyinin və zibilliliyinin yuxarı həddi ışağıda qeyd edilən normlardan artıq olmamalıdır, 1-ci növ nəmlik-9.0% zibilİik-3.G%, 2-ci növ nəmlik 10.0% zibillik-5.0%, 3-cü İÖV nəmlik 11.0% zibillik-8.0%, 4-cü növ nəmlik - 13.0% zibillik 16.0%. 3.1. bəndə əsasən xam-pambığın 1 (bir) tonunun satın alma qiyməti: birinci növ-300 (beş yüz) maant, ikinci növ-470 (dörd yüz yetmiş) manat, üçüncü növ-440 (dörd yüz qırx) manat, dördüncü növ-400 (dörd yüz) manat. 3.2. bəndə əsasən “alıcı” “tədarükçü” vasitəsilə “təsərrüfatdan” qəbul etdiyi xam-pambığın kondisiya kütləsnin hər 1 (bir) kiloqramına görə 13 (on üç) qəpik olmaqla 1-5 gün ərzində yığım pulu ödəyəcəkdir. “Təsərrüfat”ın avans məbləğinin artıq təhvil verdiyi xam-pambığın dəyəri “alıcı” tərəfindən 1-5 gün ərzində ödənilir. Tərəflərin razılığı ilə “alıcı”nın “təsərrüfatı” borcu pambıq məhsulları və ya növbəti təsərrüfat ili üçün ona lazım ola biləcək materiallarla da ödənilə bilər. xx.xx.2017 tarixli AV 2 078 227 nömrəli məxaric orderinə əsasən 590 manat, xx.xx.2017 tarixli 2 078 608 nömrəli qaiməyə əsasən 2.000 manat, xx.xx.2017 tarixli 2 083 453 nömrəli məxaric orderinə əsasən 1.100 manat, xx.xx.2017 tarixli AB 2 084 358 nömrəli məxaric orderinə əsasən 890 manat, xx.xx.2017 tarixli AB 2 081 861 nömrəli məxaric orderinə əsasən 1.100 manat, xx.xx.2017 tarixli AV 2 080 196 nömrəli məxaric orderinə əsasən 616 manat məbləğində xam pambığın dəyərinin ödənilməsi barədə avans təyinatı üzrə Cavabdeh verilmişdir. Orderlər “MKT-Saatlı” filalı möhürü ilə təsdiq edilmişdir. xx.xx.2017 tarixli 4 021 047 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər aktında 240 manat, xx.xx.2017 tarixli 4 015 168 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər aktında 100 manat, xx.xx.2017 tarixli 4 009 561 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər aktında 390 manat, xx.xx.2017 tarixli 4 013 945 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər aktında 200 manat, xx.xx.2017 tarixli 4 014 770 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər aktında 240 manat, xx.xx.2017 tarixli 300 000 885 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər aktında 60 manat, 18.10. tarixli 30 000 926 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər aktında 50 manat, xx.xx.2017 tarixli 4 020 716 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər aktında 120 manat, xx.xx.2017 tarixli 4 018 934 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər aktında 100 manat, xx.xx.2017 tarixli 30 000 418 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər aktında 60 manat, xx.xx.2017 tarixli 30 000 372 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər aktında 100 manat, xx.xx.2017 tarixli 30 000 049 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər aktında 60 manat, xx.xx.2017 tarixli 30 000 627 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər aktında 100 manat, xx.xx.2017 tarixli 30 000 543 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər aktında 120 manat, xx.xx.2017 tarixli 30 000 641 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər aktında 100 manat, xx.xx.2017 tarixli 30 000 681 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər aktında 100 manat məbləğində işlər Xəlilov Xəqani ilə imzalanmış müqavilə əsasında görülmüşdür. GZM seriyalı 118651 nömrəli pambıq qəbul qəbzində 546,89 manat məbləğində, GZM seriyalı 118922 nömrəli pambıq qəbul qəbzində 335,14 manat məbləğində, GZM seriyalı 119011 nömrəli pambıq qəbul qəbzində 308,29 manat məbləğində, GZM seriyalı 119088 nömrəli pambıq qəbul qəbzində 167,36 manat məbləğində, GZM seriyalı 119226 nömrəli pambıq qəbul qəbzində 110,99 manat məbləğində, GZM seriyalı 119483 nömrəli pambıq qəbul qəbzində 169,82 manat məbləğində, GZM seriyalı 119650 nömrəli pambıq qəbul qəbzində 664,95 manat məbləğində, GZM seriyalı 119802 nömrəli pambıq qəbul qəbzində 836,15 manat məbləğində, GZM seriyalı 117858 nömrəli pambıq qəbul qəbzində 1.155,72 manat məbləğində, GZM seriyalı 120452 nömrəli pambıq qəbul qəbzində 822,4 manat məbləğində, GZM seriyalı 120451 nömrəli pambıq qəbul qəbzində 1.661,94 manat məbləğində, GZM seriyalı 120450 nömrəli pambıq qəbul qəbzində 741,02 manat məbləğində, GZM seriyalı 120449 nömrəli pambıq qəbul qəbzində 740,62 manat məbləğində, GZM seriyalı 120166 nömrəli pambıq qəbul qəbzində 1.105,96 manat məbləğində, GZM seriyalı 117639 nömrəli pambıq qəbul qəbzində 935,87 manat məbləğində pambıq Cavabdeh tərəfindən təhvil alınmışdır. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında imzalanmış müqavilənin şərtinə əsasən razılaşdırılmışdır ki, cavabdeh iddiaçıdan aldığı avans məbləğ hesabına pambıq əkəcək, daha sonra isə həmin pambıq iddiaçı tərəfindən əvvəlcədən razılaşdırılmış qiymət üzrə cavabdehdən alınacaqdır. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1 maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2 maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (maddə 445.2.1), icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (maddə 445.2.2.) borclunun icranı gecikdirməsi sayılır. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.4 maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin əsaslı olması iş materialları ilə öz təsdiqini tapır. Bundan başqa cavabdeh tərəf məhkəmə iclasında borcu etiraf etmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, 1779 manat 46 qəpik əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərdən əlavə iddiaçı 2110,73 manat cərimə məbləğinin ödənilməsini də tələb etmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 4.2-ci bəndində razılaşdırılmışdır ki, təsərrüfat üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pmabıq təhvil verərsə, onda təhvil verilməyən xam pambığın dəyərinin 20% miqdarında alıcıya cərimə ödəyir. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 89 manat məbləğində müəyyən edilməlidir. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarını və mediasiya xərcinin işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb məhkəmə hesab edir ki, 60 manat mediasiya xərci cavabdehən tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.779,46 manat əsas borc, 89 manat cərimə məbləği, 60 manat mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar