Məhkəmə qərarları › İş №e-2-2(113)-2872/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2872/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2872/2021 23.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan yaranmış 6212,08 manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dairr qətnamə qəbul xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, alıcı - Cavabdeh oğlu ilə satıcı - İddiaçı MMC ənhök) adı “X5” MMC) arasında bağlanmış 16.11.2017-ci il tarixli, 533 saylı alqı-satqı müqaviləsinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları göstərilən malları satıcıya satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Alqı-satqı mübadiləsi yekunlaşdıqdan sonra 14 iyul 2020-ci il tarixdə müəssisədaxili audit yoxlaması keçirilmiş və yoxlama əsasında üzləşdirmə aktı tərtib edilmişdir. Hər iki tərəfin imzası ilə təsdiqlənmiş üzləşdirmə akta əsasən, Cavabdeh oğlu, İddiaçı MMC-yə 7512,08 manat borcunun olduğunu təsdiq etmişdir. İddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini hal – hazıra kimi tam yerinə yetirməmişdir. Belə ki, alınan malların dəyərinin bir hissəsi ödənilsə də, Cavabdeh İddiaçı MMC-yə 6212,08 manat məbləğində qalıq borcu qalmış və bu günə kimi ödənilməmişdir. Məsələni həll etmək məqsədilə dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Həmçinin 12.08.2020-ci il tarixində Cavabdeh oğlunun ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izhahatında göstərdi ki, İddiaçı MMCdən alınan malların bir hissəsi keyfiyyətsiz olmuş və onun satdığı müştərilər tərəfindən geri qaytarılmışdır. O, malların keyfiyyətsiz olduğunu İddiaçı MMC-nin nəzərinə çatdırmışdır. Lakin həmin mallar onun tərəfindən Azrəbaycan Respublikasının müxtəlif rayonlarında olan müştərilərə satıldığından o, malların olduğu yerlərə getmiş, həqiqətən malların keyfiyyətsiz olduğunu görmüş və bu barədə İddiaçı MMC-yə məlumat vermişdir. Lakin keyfiyyətsiz malların Bakı şəhərinə gətirilərək İddiaçı MMC-yə çatdırılması əlavə vəsait tələb etdiyindən mallar sonuncuya qaytarılmamışdır. Üzləşdirmə aktında olan imza ona məxsus olsa da, İddiaçı MMC tərəfindən ona həmin borcu hissə – hissə ödəməsinə razılıq verilmiş, borcun bir hissəsini ödəmişdir. Lakin sonradan İddiaçı MMC borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. İş materiallarında olan: - 16.11.2017-ci il tarixli, 533 saylı alqı-satqı müqaviləsinə əsasən, Müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya Aktında adları göstərilən malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. - Təhvil-təslim və üzləşdirmə aktına əsasən 14.07.2020-ci il tarixinə qarşılıqlı borclar üzrə Cavabdeh 7512,08 manat borcu olması təsdiq edilmişdir. Malların iddaçı tərəfindən cavabdehə təhvil verilməsi, həmin mallara görə 6212,08 manat məbləğində pul vəsaitinin ödənilməməsi işin faktiki halları ilə təsdiq olunduğundan və həmin borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmadığından məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş satıcının standart şərtlərinin qiymət və ödəmə şərtlərindən malın dəyərini malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində ödəməli olduğu nəzərdə tutulmuş, yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Cavabdeh iddiaya etirazını malların keyfiyyətsiz olması ilə əsaslandırsa da, bu barədə iddiaçıya məlumat verməsini, qaytarılması ilə bağlı tədbirlər görməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin, nəzərə almaq lazımdır ki, tərəflər arasında təhvil-təslim və üzləşdirmə aktı malların alqı – satqısından xeyli müddət keçdikdən sonra imzalanmış və həmin aktda Cavabdeh təsdiq etdiyi qalıq kreditor borcu dəqiqləşdirdiyini, gələcəkdə həmin qalıq kreditor borcda hər hansı fərqin olması ilə bağlı iddiasının olmayacağını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün əsaslar mövcuddur. İddianın tam təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 6212,08 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar