Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-288/2024 13.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra Aqrar Kredit və İnkişaf Agentliyi) Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 349-LD/17 nömrəli müqavilə üzrə hesablanmış 11527,28 manat, xx.xx.2018-ci il tarixli 93-LD/18 nömrəli müqavilə üzrə hesablanmış 6379,64 manat, xx.xx.2018-ci il tarixli 147-LD/18 nömrəli müqavilə üzrə hesablanmış 1919,20 manat, xx.xx.2018-ci il tarixli 268- LD/18 nömrəli müqavilə üzrə hesablanmış 631,83 manat, xx.xx.2018-ci il tarixli 295-LD/18 nömrəli müqavilə üzrə hesablanmış 1863,59 manat, xx.xx.2018-ci il tarixli 297-LD/18 nömrəli müqavilə üzrə hesablanmış 981,23 manat, xx.xx.2018-ci il tarixli 770-GL/18 nömrəli müqavilə üzrə hesablanmış 5409,30 manat cərimə borcunun, 400 manat mediasiya xərcinin, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 349-LD/17 nömrəli, xx.xx.2018-ci il tarixli 93-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli 147-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli 268-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli 295- LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli 297-LD/18 nömrəli müqavilələrə əsasən cavabdeh damazlıq heyvanları, xx.xx.2018-ci il tarixli 770-GL/18 nömrəli müqaviləyə əsasən isə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. 2.2. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli 349-LD/17 nömrəli müqavilə üzrə 11902,82 manat gecikdirilmiş borcu və hesablanmış 11527,28 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 93-LD/18 nömrəli müqavilə üzrə 6604 manat gecikdirilmiş borcu və 6379,64 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 147-LD/18 nömrəli müqavilə üzrə 1986 manat gecikdirilmiş borcu və 1919,20 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 268-LD/18 nömrəli müqavilə üzrə 655 manat gecikdirilmiş borcu və 631,83 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 295-LD/18 nömrəli müqavilə üzrə 1929,00 manat gecikdirilmiş borcu və 1863,59 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 297-LD/18 nömrəli müqavilə üzrə 1059,00 manat gecikdirilmiş borcu və 981,23 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 770-GL/18 nömrəli müqavilə üzrə isə 6500,00 manat gecikdirilmiş borcu və hesablanmış 5409,30 manat cərimə borcu yaranmışdır. 2.3. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, sonuncu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəmədən kənar həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun xx.xx.2023-ci il tarixli arayışı təqdim edilmişdir. 2.4. İş məhkəmənin icraatında olduğu müddət ərzində cavabdeh tərəfindən gecikdirilmiş borc məbləğləri tam ödənilmişdir, ona görə də maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış cərimə məbləğlərinin tutulmasını tələb edirlər.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 465.2, 747.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdeh bildirdi ki, lizinq obyekti olan heyvanlar ölmüşdür, sığorta şirkəti isə sığorta ödənişini etmir.
7. Sonrakı məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. Məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 349-LD/17 nömrəli, xx.xx.2018-ci il tarixli 93- LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli 147-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli 268-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli 295-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli 297-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli 770-GL/18 nömrəli lizinq müqavilələri bağlanmış, həmin müqavilələr ilə lizinq verən müvafiq olaraq ümumi məbləği 86124,45 manat (ilkin ödəniş məbləği 43062,3 manat olmaqla), 29 060 manat (ilkin ödəniş məbləği 14530 manat olmaqla), 8748 manat (ilkin ödəniş məbləği 4374 manat olmaqla), 2870 manat (ilkin ödəniş məbləği 1435 manat olmaqla), 8490 manat (ilkin ödəniş məbləği 4245 manat olmaqla), 5660 manat (ilkin ödəniş məbləği 2830 manat olmaqla) olan damazlıq heyvanları, 7800 manat olan kənd təsərrüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə kənd təsərrüfatı texnikasının ümumi məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli 349-LD/17 nömrəli müqavilə üzrə 11902,82 manat gecikdirilmiş borcu və hesablanmış 11527,28 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 93-LD/18 nömrəli müqavilə üzrə 6604 manat gecikdirilmiş borcu və 6379,64 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 147-LD/18 nömrəli müqavilə üzrə 1986 manat gecikdirilmiş borcu və 1919,20 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 268-LD/18 nömrəli müqavilə üzrə 655 manat gecikdirilmiş borcu və 631,83 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 295-LD/18 nömrəli müqavilə üzrə 1929,00 manat gecikdirilmiş borcu və 1863,59 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 297-LD/18 nömrəli müqavilə üzrə 1059,00 manat gecikdirilmiş borcu və 981,23 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 770-GL/18 nömrəli müqavilə üzrə isə 6500,00 manat gecikdirilmiş borcu və hesablanmış 5409,30 manat cərimə borcu yaranmışdır. Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduqdan (xx.xx.2023-cü il ) sonra məhkəmə icraatının gedişində - xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə ödəniş edərək lizinq müqavilələri üzrə lizinq ödənişlərininin ümumi məbləğini tam ödəmişdir.
12. Məhkəmə həmçinin müəyyən edir ki, "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.
13. İddiaçı maliyyə arayışının tərtib olunduğu xx.xx.2023-cü il tarixə hesablanmış cərimə məbləğlərinin cavabdehdən tutulmasını xahiş edir.
14. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmir.
15. xx.xx.2017-ci il tarixli 349-LD/17 nömrəli, xx.xx.2018-ci il tarixli 93-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli 147-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli 268-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli 295-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli 297-LD/18 nömrəli lizinq müqavilələrinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
16. xx.xx.2018-ci il tarixli 770-GL/18 nömrəli lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
17. İddia ərizəsinə əlavə olunan cərimənin hesablanmasına dair qrafiklərdən aydın olur ki, cərimə məbləğləri 2020-ci ilin İİ rübündən hesablanmağa başlamaqla xx.xx.2017ci il tarixli 349-LD/17 nömrəli lizinq müqaviləsi üzrə 11527,28 manat, xx.xx.2018-ci il tarixli 93-LD/18 nömrəli lizinq müqaviləsi üzrə 6379,64 manat, xx.xx.2018-ci il tarixli 147-LD/18 nömrəli lizinq müqaviləsi üzrə 1919,2 manat, xx.xx.2018-ci il tarixli 268-LD/18 nömrəli lizinq müqaviləsi üzrə 631,83 manat, xx.xx.2018-ci il tarixli 295-LD/18 nömrəli lizinq müqaviləsi üzrə 1863,59 manat, xx.xx.2018-ci il tarixli 297-LD/18 nömrəli lizinq müqaviləsi üzrə 981,23 manat, 2018-ci ilin İİİ rübündən hesablanmağa başlamaqla xx.xx.2018-ci il tarixli 770-GL/18 nömrəli lizinq müqaviləsi üzrə 5409,3 manat təşkil edir.
18. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
19. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
22. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
23. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
24. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
25. İş materialları əsasında müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində və yaxud mediasiya mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən məhkəmə icraatının gedişində lizinq müqavilələri üzrə lizinq ödənişlərininin ümumi məbləğini tam ödənilmişdir. Eləcə də sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə olsa da, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
26. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə 590 manat, xx.xx.2018ci il tarixli lizinq müqaviləsi üzrə 330 manat, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 100 manat, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 30 manat, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 100 manat, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 55 manat, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 330 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə 590 manat, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 330 manat, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 100 manat, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 30 manat, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 100 manat, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 55 manat, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 330 manat cərimə məbləğləri Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
28. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat, hüquqi yardımla bağlı ödənilmiş 500 manat cavabdehdən tutulmasını xahiş etmişdir.
29. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞG/MT007/2023-02460 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
30. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, 500 manat məbləğində pulun 5 saylı Vəkil Bürosuna 1925N nömrəli müqavilə üzrə (iş materiallarında olan ******* nömrəli vəkil orderində göstərilən müqavilə) ödənilməsi barədə tapşırıq verilmişdir.
31. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
33. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
34. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
35. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
36. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
37. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
38. İş materialları ilə müəyyən olunur ki, lizinq ödənişlərinin lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdeh müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Həmçinin məhkəmə nəzərə alır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən iddianın qiymətinə uyğun ödənilməli mediasiya xərci 400 manat olmuş, iddia tələbinin həcmi cavabdeh tərəfindən məhkəmə icraatının gedişində ödəniş edildiyindən azaldılmışdır.
39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi tam olaraq cavabdehdən tutulmalıdır.
40. Bundan başqa, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
41. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
42. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə 590 (beş yüz doxsan) manat cərimə məbləği, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 330 (üç yüz otuz) manat cərimə məbləği, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 100 (bir yüz) manat cərimə məbləği, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 30 (otuz) manat cərimə məbləği, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 100 (bir yüz) manat cərimə məbləği, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 55 (əlli beş) manat cərimə məbləği, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 330 (üç yüz otuz) manat cərimə məbləği olmaqla ümumilikdə 1535 (bir min beş yüz otuz beş) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova