Məhkəmə qərarları › İş №e-2-2(113)-2882/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2882/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2882/2020 13.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (Ərizənin qəbulundan imtina haqqında) Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, X1 oğlunun Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyiərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: X1 oğlu Cavabdeh qarşı aralarında olan şifahi razılaşmaya əsasən pomidor məhsulunun satışına görə yaranmış 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyinin normalarına riayət etməmişdir. Belə ki, iddia ərizəsi üzrə tələb əmlak xarakterli olmayaraq, o kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının kiçik iddialara dair işlər üzrə ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə həmin fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1 və 284-4.1.4-cü maddələrinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Belə olan halda isə, məhkəmə iddiaçının əmlak xarakterli olmayan tələbi üzrə iddia ərizəsinə kiçik iddialara dair sadələşdirilmiş qaydada baxa bilməz. Qeyd olunan Məcəllənin 284-4.2-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı borcun ödənilməsi tələbi üzrə ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olmasını nəzərə alıb iddia ərizəsinə kiçik iddialara dair sadələşdirilmiş qaydada deyil, iddia icraatı qaydasında baxılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyiərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya həmin tələblə iddia icraatı qaydasında ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4-cü, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 oğlunun Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizənin qəbulundan imtina olunsun. İddiaçıya izah edilsin ki, o, yuxarıda göstərilən tələb üzrə Bakı Kommersiya Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar