Məhkəmə qərarları › İş №e-2-2(113)-2887/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2887/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2887/2021 27.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, məsləhətçi X1 oglunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil oglunun, Cavabdeh oglunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı 25 dekabr 2019-cu il tarixli Alkaqollu içkilərin satışına dair 25/30/12/2019 nömrəli Müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 7094,35 manat borcun, adıçəkilən müqavilənin 6.2-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 3128,75 manat faiz üzrə cərimənin, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 470,90 manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 160 manatın, ümumilikdə cəmi 10854 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 25 dekabr 2019-cu il tarixli Alkoqollu içkilərin satışına dair 25/30/12/2019 nömrəli Müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 7.094,35 manat borcun, adıçəkilən müqavilənin 6.2-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 3.128,75 manat faiz üzrə cərimənin, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 470,90 manatın, ümumilikdə cəmi 10.694 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 25 dekabr 2019-cu il tarixli Alkaqollu içkilərin satışına dair 25/30/12/2019 nömrəli Müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 7094,35 manat borcun, adıçəkilən müqavilənin 6.2-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 3128,75 manat faiz üzrə cərimənin, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 470,90 manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 160 manatın, ümumilikdə cəmi 10854 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Alıcı Cavabdeh arasında 25 dekabr 2019-cu il tarixdə Alkoqollu içkilərin satışına dair 25/30/12/2019 nömrəli Müqavilə bağlanmışdır. Müqavilə ilə İddiaçı Müqaviləyə uyğun olaraq alkoqollu içkiləri Cavabdehə satır, Cavabdeh isə öz növbəsində malları təhvil alıb, dəyərini razılaşdırılmış qaydada və müddətdə və müəyyən olunmuş qiymətlərə əsasən İddiaçıya malın dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Qeyd olunan Müqaviləyə əsasən Cavabdeh 29.12.2019, 30.12.2019, 15.01.2020 və 22.01.2020-ci il tarixlərdə İddiaçıdan ona məxsus alkoqollu içkiləri dəyərini razılaşdırılmış müddətdə və qiymətlərə əsasən İddiaçıya ödəmək şərti ilə almışdır. Həmin malların alınmasına dair müvafiq olaraq Seriya: EBAE№57666 (2.630 manat); Seriya: EBAE №641256 (2.651,02 manat), Seriya: EBAF№083402 (82,88 manat) və EBAF№288004 (1.730,40 manat) Elektron Qaimələr tərtib olunmuş və həmin malların təhvil alınmasına dair qaimələrdə müvafiq qeyd aparılmışdır. Həmin Qaimələrə əsasən, hazırda Alıcının Satıcıya ümumilikdə 7.094,35 manat ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında borcun təsdiqinə dair 28.02.2020-ci il tarixli Üzləşmə Aktı tərtib edilmiş, habelə Cavabdeh 02.03.2020-ci il tarixdə İddiaçıya ərizə ilə müraciət edərək yaranmış borcun ödənilməsinə 5 ay vaxt verilməsini xahiş etmişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq heç bir ödəniş aparılmamışdır. Ötən dövr ərzində həmin mallara dair ödənişin aparılması ilə bağlı Cavabdehə dəfələrlə şifahi şəkildə mövcud borcun ödənilməsi bildirilmiş, həmçinin 19.02.2021-ci il tarixli, 04 saylı Pretenziya məktubu göndərilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Cavabdeh dəfələrlə Cəmiyyətə dəvət etmiş, şifahi şəkildə yaranmış borcun ödənilməsini bildirmiş olsalar da, hər dəfə o, müəyyən vaxt verilməsini xahiş etmiş, lakin dediyi vaxtda öz vədini yerinə yetirməmişdir. Cavabdehin alınan və dəyəri ödənilməmiş mala görə yaranmış cəmi 7.094,35 manat borcunu artıq xeyli müddətdir ödəməməsi səbəbindən məsələnin hüquqi müstəvidə həllinə ehtiyac yaranmışdır. Tərəflər arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli Müqavilənin 6.2-ci bəndinə əsasən Alıcı qaimə-faktura və ya vergi hesab-faktura əsasında qəbul etdiyi mallara görə ödəmələri razılaşdırılmış qaydada və müddətdə aparmazsa, o hər gecikdirilən gün üçün Satıcıya həmin qaimə-faktura və ya vergi hesabfaktura üzrə mallara görə müəyyən olunan məbləğin ümumi dəyərinin 0,1 faizi həcmində cərimə ödəməlidir. Bundan əlavə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dövriyyədə nə qədər çox pul olarsa o qədər çox mal istehsal etmək və daha çox gəlir əldə etmək olar. Faktiki olaraq Alıcının qəbul etdiyi mallara görə ödəniş etməməsi iddiaçını əldə etməli olduğu gəlirdən faydalanmaq imkanından məhrum etmişdir. Bunun əksinə Cavabdeh qaytarmadığı pul vəsaitindən digər məqsədlər üçün istifadə etməklə həmin vəsaitdən faydalanmış və gəlir əldə etmişdir. Cavabdehin də kommersiya fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq, onun belə fəaliyyətdən gəlir əldə etməsi və faydalanması təkzib olunmazdır. Məhz buna görə də Cavabdehin İddiaçıya münasibətdə pul öhdəliyini icra etməməsinə görə Mülki Məcəllənin 449-cu maddəsi üzrə məsuliyyəti istisna edilə bilməz. Beləliklə, qeyd olunanlara əsasən belə qənaətə gəlmək olar ki, Cavabdeh şirkətə ödəməli olduğu 7.094,35 manat ödənişi hal-hazırkı günədək qanunsuz saxlamış, ondan faydalanmışdır. Beləliklə, yuxarıda göstərilənlər bir daha sübut edir ki, Cavabdeh 25 dekabr 2019-cu il tarixli Müqaviləyə uyğun olaraq Cəmiyyətin istehsal etdiyi malları götürmüş, lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da müqavilə şərtlərini, həmçinin qüvvədə olan mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh İddiaçıya ödəməli olduğu pulu vaxtında geri qaytarmamaqla həmin vəsaitdən yararlanmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh oglu məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, iddiaçıya borcu vardır, sadəcə həmin borclar magazalardadır. Magazalardan pulu aldıqca aparıb iddiaçıya ödəmişdir. Hazırda da ona borcu olan magaza sahibləri ilə danışıqlar aparır ödəniş etsələr həmin məbləgidə iddiaçıya ödəyəcəkdir. Sonda cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh oglu vergi ödəyicisi kimi uçota alınaraq, ona ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. 25 dekabr 2019-cu il 25/30/12/2019 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı bu müqaviləyə uygun olaraq alkoqollu içkiləri alıcıya satmagı, alıcı isə öz növbəsində malları təhvil alıb, dəyərini razılaşdırılmış qaydada və müddətdə və müəyyən olunmuş qiymətlərə əsasən satıcıya malın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. 4 ədəd elektron qaimədən görünür ki, iddiaçı müxtəlif vaxtlarda ümumi məbləgi 7094.35 manat təşkil edən alkoqollu içkiləri cavabdehə təhvil vermişdir. 25 dekabr 2019-cu il tarixli Qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, cavabdehin iddiaçıya 28 fevral 2020-ci il tarixə 7094.35 manat məbləğində borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı müqaviləyə uygun olaraq alkoqollu içkiləri alıcıya satmagı, alıcı isə öz növbəsində malları təhvil alıb, dəyərini razılaşdırılmış qaydada və müddətdə və müəyyən olunmuş qiymətlərə əsasən satıcıya malın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Cavabdehin iddiaçıya olan borcu 7094.35 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 7094.35 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 6.2-ci bəndinə əsasən alıcı qaimə-faktura və ya vergi hesab-faktura əsasında qəbul etdiyi mallara görə ödəmələri razılaşdırılmış qaydada və müddətdə aparmazsa, o hər gecikdirilən gün üçün satıcıya həmin qaimə-faktura və ya vergi hesab-faktura üzrə mallara görə müəyyən olunan məbləğin ümumi dəyərinin 0,1 faizi həcmində cərimə ödəməlidir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 3128,75 manat dəbbə pulu məbləği yaranmış 7094,35 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 350 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci və 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MMin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, ... qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından əldə olunan məlumata əsasən hazırda bank uçot dərəcəsi 6.25 faiz təşkil edir. Məhkəmə iddia tələbinin gecikdirilmiş əsas məbləğə hesablanmış faizə münasibətdə hesab edir ki, 25 dekabr 2019-cu il 25/30/12/2019 nömrəli alqı-satqı müqaviləsinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçıya məxsus olan pul vəsaitinin ödənilməsini gecikdirməsindən yaranan maddi itkilərdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Cavabdeh müqavilənin icrası ilə bağlı pozuntunun, yəni müqavilə üzrə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdehin müqavilə üzrə öhdəliyini könüllü yerinə yetirməməsi və onun icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut edir ki, müqavilə üzrə ödənilməli pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə cavabdehdən 470,90 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın hüquqi yardım üçün vəkilə ödənilmiş 160 manatın cavabdehdən tutulması hissəsini də əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilədən və qəbzdən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 160 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən vəkilin göstərdiyi yardıma görə 118,40 manat, ödənilmiş 30 manat dövlət rüsumunun 22,2 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli qalan 7,8 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 25 dekabr 2019-cu il tarixli Alkaqollu içkilərin satışına dair 25/30/12/2019 nömrəli Müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 7094,35 manat borc, 350 manat cərimə, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 470,90 manat faiz məbləgi, vəkilin göstərdiyi yardıma görə 118,40 manat Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 22,2 manat məbləği Cavabdeh tutularaq İddiaçınə ödənilsin, qalan 7,8 manat məbləği isə İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar