Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-289/2024 15.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənlməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçınə qarşı “pulun geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1, qanuni nümayəndəsi X2, nümayəndəsi və vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənlməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçınə qarşı “pulun geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 21 fevral 2023-cü il tarixli TK-004 saylı müqavilə üzrə ödənilməmiş, 36.495 manat məbləğində pulun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 250 manat pulun, mediasiya xərcinin əvəzi kimi 200 pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 21 fevral 2023-cü il tarixli alqısatqı müqaviləsi mövcuddur. Müqaviləyə əsasən İddiaçı MMC tərəfindən məhsulların Cavabdeh MMC-yə çatdırılması, Cavabdeh MMC tərəfindən isə həmin məhsulların dəyərinin İddiaçı MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə ödənişlərinin ödənilməsi üçün “Qiymat razılaşma Protokolu” tərtib edilmiş, və ödəniş qrafikimüəyyən edilmişdir. İddiaçı tərəfindən öhdəliklər icra edilmiş və sifariş edilmiş mebellər cavabdehin bildirdiyi ünvanda quraşdırılmışdır. Lakin cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan 72.990 manat əvəzində cəmi bir dəfə 30.927,97 manat borc və 5.567 manat ƏDV dəyəri ödənilmişdir.
3. Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə sifariş olunan mallar üçün ödənilmiş əsas məbləğ 30.927,97 manat, ƏDV üçün ödənilmiş 5.567,03 manat, cəmi ödənilmiş 36.495 manat məbləğində pulun, mediasiya sesiyasında iştirak etmək üçün ödənilmiş 200 manat pulun Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 21 fevral 2023-cü il tarixli, 001 №-li “Qiyməti razılaşma Protokolu ilə 4 dəst mebelin alqı-satqısına, qiymətinə və malların əlçatan olma vaxtlarına dair razılığa gəlinmişdir. 4 dəst mebelin dəyəri ƏDV daxil olmaqla 72.990 manat məbləğində müəyyənləşdirilmişdir. 4 dəst mebel 60-70 gün müddətində cavabdeh tərəfindən iddiaçıya təhvil veriləcəkdir. Müqaviləyə əlavə “Qiyməti razılaşma Protokolu ilə müəyyən olunmuşdur ki, sifarişin qəbul olunduğu gün 30.927,97 manat əsas məbləğ və 5.567,03 manat ƏDV ödəniləcəkdir. Digər ödənişlərin isə mebellərin təhvil verilməsindən sonra ödənilməsi razılaşdırılmışdır. Razılaşmış qaydada malların sifariş olunması ilə cavabdehə 22 fevral 2023-cü il tarixdə 36.495 manat məbləğində pul ödənilmişdir. Sifariş olunmuş 4 dəst mebel müqavilənin tərkib hissəsi olan “Qiyməti razılaşma Protokolu ilə müəyyən edilmiş 60-70 gün müddətində cavabdeh tərəfindən təhvil verilmədiyindən həmin müddət bitdikdən sonra ”satıcı” Cəmiyyətin nümayəndələri ilə əlaqə saxlanılmış və müqavilə ilə razılaşdırılmış şərtlərə əməl etmələri, mebəllərin təhvil verilməsi xahiş olunmuşdur. Malları təhvil verməsinə dair tələbdən sonra bir neçə dəfə danışıqlar olmuşdur. Cavabdehdən müqavilə öhdəliklərimin yerinə yetrilməsi tələb edilmişdir. Cavabdeh ən geci 70 gün müddətində 03 may 2023-cü il tarixinə sifariş edilmiş malları təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyin icra müddəti bitdikdən 22 gün sonra, 25 may 2023-cü il tarixdə mətbəxt dəsti, uşaq otağı üçün, hall üçün və geyim otağı üçün mebellləri gətrilmişdir. Cavabdeh tərəfindən gətrilmiş mebel dəstləri sifariş olunmuş mebellər olmadığından, malların keyfiyyətsiz olması, standartlara uyğun olmadığından mallar qəbul olunmamışdır. Belə ki, cavabdeh sifarişimiz əsasında “LİNEA DECOR” firmasının mebəllərini gətirməyi, təhvil verməyi öhdəsinə götürmüşdür. Sifariş edilmiş “LİNEA DECOR” firmasının mebəlləri gətirilməmiş, həmin firmaya məxsus olması adı ilə mənşəyi, istehsal ölkəsi və istehsal fabriki məlum olmayan mallar gətirmişdir. Cavabdeh gətirdiyi malların “LİNEA DECOR” firmasına məxsus mebəllər olmasını bildirmişdir. Cavabdeh MMC “LİNEA DECOR” firmasına məxsus mebəllərin ölkəyə göndərilmə invoyse sənədləri, gömrük bəyannamələri tələb edilmişdir. Cavabdeh tərəfindən malların ölkəyə gətrilmə sənədləri, mebellərin mənşəyi barədə sənədlər təqdim edilməmişdir. Təsadüf nəticəsində İddiaçı MMC-nin mebellərin yığıldığı sexin yerini öyrənildi. Cavabdehdən mebelləri qəbul etməkdən imtina edib, geri götürməsini tələb edildi. İddiaçı MMC-nin müqavilə ilə satmaq istədiyi malların qüsurları barədə 25 may 2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən akt tərtib edilmişdir. Bizə çatdırılmış malların kontrafakt mallar olması ilə yanaşı çatdırılan mətbəxt mebel dəstinin “LİNEA DECOR” firması tərəfindən istehsal olunmuş mebel olmaması, qapıların quraşdırılmasımn düzgün olmadığı, mebelin rənglənməsinin sifariş edilmiş rəngdə və sifariş edilmiş keyfiyyətdə olmadığı, mebelin yapışdırılmasında istifadə olunan yapışdırıcının düzgün şəkildə istifadə olunmaması, siyirtmələrin açılıb-bağlanmasında sürtünmələrin olması, siyirtmələrin istehsalı və quraşdırılmasımn düzgün yerinə yetrilmədiyi, mebelin tinlərinin bəzi yerlərinin PVC ilə deyil, digər keyfiyyətsiz inşaat materialı ilə üzlənməsi, mebelin orta məsafəsinin 60 sm olmalı olduğu halda 69 sm olması qüsurları olmuşdur. Uşaq otağı mebelinin “LİNEA DECOR” firması tərəfindən istehsal olunmuş mebel olmaması, mebeldəki hissədə vintlə bərkitmə zamanı mebelə deşilmiş xəsarət yetrilməsi qüsuru olmuşdur. Hall üçün mebelin “LİNEA DECOR” firması tərəfindən istehsal olunmuş mebel olmaması, qapılarının düzgün ölçülərdə olmaması, yumşaq oturma və digər mebel hissələrindəki parçanın keyfiyyətsiz və sifariş olunan olunan materialdan hazırlanmaması, siyirtmələrin sifariş olunan və ölçü götrülən zaman düzgün ölçü işlərinin aparılmaması səbəbindən açılan zaman hərəkət məhdudiyyətinin yaranması, rəflərin düzgün bərkidilməməsi, işıqlandırmanın yerləşdirildiyi MDF hissənin qazıldıqdan sonra üzlənməsi qüsurları olmuşdur. Geyim otağı mebeli “LİNEA DECOR” firması tərəfindən istehsal olunmuş mebel olmaması, mebelin bəzi yerlərində xəsarətlərin olması, xəsarətləri düzəltmək üçün rəngləmə apanisada qüsurlu olmuşdur. Cavabdeh tərəfindən müqavilə ilə razılıaşdınlmış şərtlərə və müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X3, qanuni nümayəndəsi X4, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. - 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. - 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: - 587.1.1. alış qiymətinin mütənasib azaldılması; - 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; - 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: - 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; - 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia rədd olunmalıdır.
10. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 21 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən malların adı, çeşidi, kəmiyyəti, qiyməti ilə bağlı məlumatlar bu müqaviləyə əlavə edilən və onun tərkib hissəsi olan razılaşma protokolunda əks olunur.
12. Tərəflər arasında bağlanmış müqavilənin 001 saylı qiymət razılaşma protokolundan görünür ki, tərəflər 4 ədəd mebel dəstinin alqı-satqısı barədə razılığa gəlmişlər. Qeyd edilmiş 4 ədəd mebel dəstlərinin ümumi dəyəri ƏDV daxil 72.990 manat təşkil etmişdir.
13. Qeyd edilmiş 001 saylı qiymət razılaşma protokolun “ödəniş qaydaları” adlanan 2ci bəndindən görünür ki, alıcı sifariş qəbul olunan gün əsas məbləğ üzrə 30.927,97 manat, ƏDV üzrə 5.567,03 manat, mebel 1 təhvil verildikdən sonra əsas məbləğ üzrə 9.533,9 manat, ƏDV üzrə 1.716,1 manat, mebel 2 təhvil verildikdən sonra 7.118,64 manat, ƏDV üzrə 1.281,36 manat, mebel 3 təhvil verildikdən sonra 3.495,76 manat, ƏDV üzrə 629,24 manat, mebel 4 təhvil verildikdən sonra 10.779,66 manat, ƏDV üzrə 1.940,34 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür.
14. Həmçinin işin mübahisələndirilməyən digər halı ondan ibarətdir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə əsas məbləğ üzrə 30.927,97 manat və 5.567 manat ƏDV məbləği ödənilmişdir.
15. Hazırda ilkin İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etdiyini, razılaşdırılmış 4 ədəd mebel dəstinin Cavabdeh MMC-yə təhvil verildiyini bildirir və müqavilə üzrə qalıq ƏDV daxil 36.495 manat məbləğində pulun tutulmasını xahiş edir.
16. Qarşılıqlı iddiaçı Cavabdeh MMC isə, İddiaçı MMC tərəfindən verilmiş 4 ədəd mebel dəstlərinin, onların sifariş vermiş olduğu “Line Decor” şirkətinə aid olmadığını, mebellərin keyfiyyətsiz olduğunu qeyd edərək, ödəmiş olduqları əsas məbləğ üzrə 30.927,97 manat və 5.567 manat ƏDV məbləğini tələb edir.
17. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından ilkin və qarşılıqlı iddia tələbləri paralel araşdırılmalı və ilk növbədə sifariş verilmiş mebellərin hansı mebellər olması (hansı şirkətə aid olması) müəyyən edilməli və bundan sonra 4 ədəd mebel dəstinin Cavabdeh MMC-yə təhvil verilib-verilməməsi halı müəyyən edilməlidir.
18. Qarşılıqlı iddiaçı Cavabdeh MMC sifariş verilmiş 4 ədəd mebel dəstinin “Line Decor” şirkətinə aid mebel olmalı olduğu qeyd edir.
19. İlkin İddiaçı MMC isə, mebellərin “Line Decor” şirkətinə aid mebel olmalı olmadığını, bu barədə razılaşmadıqlarını, “Line Decor” şirkətinin ancaq mətbəx mebeli istehsal etdiyini, həmin şirkətə aid mətbəx mebelinin isə 50-70.000 manat dəyərində olduğu, tərəflər arasında razılaşmanın yerli istehsal olan mebellər olduğunu qeyd etmişdir.
20. Bu xüsusda Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə və müqavilənin qiymət razılaşma protokoluna nəzər yetirildiyində görünür ki, mebellərin məhz “Line Decor” şirkətinə aid mebel olmalı olması barədə hər hansı bir bənd yoxdur. Həmçinin də, açıq internet resurslarından edilmiş axtarış nəticəsində də, görünür ki, Türkiyə markası olan “Line Decor” şirkəti ancaq mətbəx mebellərinin istehsalı ilə məşğuldur.
21. Ona görə də, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin sifariş verilmiş mebellərin məhz “Line Decor” şirkətinə aid olmalı olması barədə dəlilini Məhkəmə əsassız hesab edir.
22. Bundan sonra 4 ədəd mebel dəstinin Cavabdeh MMC-yə təhvil verilibverilməməsi araşdırılmalıdır.
23. İlkin İddiaçı MMC 4 ədəd mebel dəstinin tam olaraq təhvil verildiyini və quraşdırıldığını qeyd edir.
24. Qarşılıqlı iddiaçı Cavabdeh MMC isə ilk öncə ancaq hansı mebellərin quraşdırıldığının ona məlum olmadığını, sonradan isə mətbəx mebelinin quraşdırıldığını, qalan mebellərin isə quraşdırılmadığını və Cavabdeh MMC-yə aid anbarda olduğunu bildirdi.
25. Məhkəmə bu xüsusda diqqət edilməsini zəruri hesab edir ki, iş materiallarına qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən əlavə edilmiş, Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan və Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktublardan görünür ki, “mebel dəsti 1-də: qapıların quraşdırılması düzgün yerinə yetirilməmişdir, rənglənmə istənilən şəkildə və keyfiyyətdə verilməmişdir, mebelin yapışdırılmasında istifadə olunan yapışdırıcı düzgün şəkildə istifadə edilməmişdir, siyirtmələrin açılıb bağlanması çətindir,istehsalı və ya quraşdırılması düzgün yerinə yetirilməmişdir və s.” , “mebel dəsti 2 uşaq otağı: yataq mebelindəki hissədə vintlə bərkitmə zamanı mebel deşilmiş, xəsarət yerilmişdir”, “mebel dəsti 3 hall: qapılar düzgün ölçüdə istehsal olunmamışdır,....siyirtmələr sifariş və istehsal zamanı düzgün ölçü götürülmədiyi üçün açılan zaman hərəkət məhdudiyyəti yaradır və s.” , “mebel dəsti 4 geyinmə otağı: mebellərin quraşdırılması zamanı mebel dəstinin bəzi yerlərinə xəsarət yetirildiyi üçün həmin xəsarətləri aradan qaldırmaq üçün rənglənmə etmişlər, lakin rənglənmə nöqsanı aradan qaldırmamışdır” kimi nöqsanlar aşkar olunmuşdur.
26. Məhkəmə iclasında, Məhkəmə tərəfindən qeyd edilmiş akt elan edildikdən sonra, “əgər mebellər quraşdırılmamışdırsa, necə qeyd edilmiş nöqsanlar aşkar olundu? sualına Cavabdeh MMC-nin nümayəndəsi “tam quraşdırılmamışdır” kimi cavab vermişdir.
27. Ona görə də, Məhkəmə hesab edir ki, sifariş verilmiş 4 ədəd mebel dəsti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin göstərmiş olduğu sahəyə quraşdırılmışdır. Belə ki, Cavabdeh MMC-nin özü tərəfindən tərtib etmiş olduğu aktdakı göstərmiş olduğu nöqsanları ancaq mebellər quraşdırılmış olduğu halda müəyyən etmək mümkündür.
28. Həmçinin də, Məhkəmə qeyd edir ki, quraşdırılmış 4 ədəd mebel dəstindən hər hansı hazırda sökülmüşdürsə, demək ki, Cavabdeh MMC tərəfindən sökülmüşdür.
29. Bundan sonra Məhkəmə hesab edir ki, quraşdırılmış 4 ədəd mebel dəstində qüsurların olub-olmaması, qüsurlar mövcuddursa, aradan qaldırıla bilən qüsur olubolmaması və aradan qaldırıla bilən qüsurdursa, qüsurların aradan qaldırılması üçün nə qədər vəsait tələb olunması halı araşdırılmalıdır.
30. Buna görə də, Məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
31. Ekspertizanın keçirilməsi ilk öncə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilsə də, ekspertizanın aparılmasından imtina edilmişdir, bundan sonra rəy alınması üçün "xxxx" MMC-yə həvalə edilmişdir.
32. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, aşkar olunan qüsurların böyük hissəsi aradan qaldırıla bilər. Qüsurların aradan qaldırılması üçün mebel dəstlərinin bəzi hissələri sökülərək fabrika geri aparılmalı və yenidən bərpa olunmalıdır. Bu səbəbdən qüsurların aradan qaldırılmasına təxmini 7.000-8.000 manat xərc tələb olunur.
33. Göründüyü kimi, 4 ədəd mebel dəstində müəyyən qüsurlar olmuş və qeyd edilən qüsurlar da, aradan qaldırıla bilən qüusurlardır.
34. Ona görə də, Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar Mülki Məcəllənin 587.2.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olmadığından qarşılıqlı iddia təmin edilə bilməz.
35. Həmçinin də, Məhkəmə qeyd edir ki, ilkin iddiaçı tərəfindən təqdim edilmiş 4 ədəd mebel dəstində qüsurlar olduğundan, tələb etdiyi 36.495 manat məbləğində puldan, qüsurların aradan qaldırılması xərci olaraq 8.000 manat çıxılmalı və 28.495 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
36. İş materillarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı 3 Saylı Mediasiya təşkilatına mediasiya xərcinin əvəzi olaraq 210 manat məbləğində pul ödənilmişdir.
37. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
38. Bundan başqa işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən 18 saylı vəkil bürosunun hesabına 250 manat məbləğində pul ödənilmişdir.
39. Ona görə də, hüquqi yardım üçün vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
40. Yekun olaraq məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməsi, qarşılıqlı iddia rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
41. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 28.495 (iyirmi səkkiz min dörd yüz doxsan beş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardım üçün vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov