Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2892/2021 15.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Məhdud Məhdud Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məhdud Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57237,16 manat (əlli yeddi min iki yüz otuz yeddi manat on altı qəpik) əsas borc, gecikdirməyə görə 1190,53 manat (bir min yüz doxsan manat əlli üç qəpik) cərimə faizi və 30 manat (otuz) ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 58457,69 manat (əlli səkkiz min dörd yüz əlli yeddi manat altmış doqquz qəpik) pul məbləğinin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Satıcı) ilə "xxxx" MMC (Alıcı) arasında 26 iyun 2020-ci il tarixli “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində deyilir: Bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada “Satıcı” müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə “Malı” qəbul edib əvəzində bu Müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndində deyilir ki, Malın qiyməti Protokol əsasında müəyyən edilir. Ödəniş “Alıcı” tərəfindən “Satıcı”nın bank hesabına köçürmə yolu ilə və ya qanunvericiliyin tələbləri nəzərə alınmaqla, nağd şəklində Azərbaycan manatı ilə həyata keçirilir. Həmin Müqavilənin 3.2-ci bəndində göstərilir ki, mala görə ödəniş “Alıcı” tərəfindən hesab fakturaya əsasən 15 gün müddətində həyata keçirilir. Müqavilə bağlanan gündən müxtəlif vaxtlarda “Satıcı” Tərəfindən “Alıcı”ya 203277,07 manatlıq (iki yüz üç min iki yüz yetmiş yeddi manat on altı qəpik) mal göndərilmişdir. Göndərilən malın dəyərindən 146039,91 manat (bir yüz qırx altı min otuz doqquz manat doxsan bir qəpik) məbləğ ödənilmiş, lakin 57237,16 manat (əlli yeddi min iki yüz otuz yeddi manat on altı qəpik) məbləğ ödənilməmişdir. Dəfələrlə müraciət etmələrinə baxmayaraq, həmin məbləğ bu günə kimi iddiaçının hesabına köçürülməmişdir. Bununla da, “Alıcı” tərəfindən müqavilə öhdəliyinə lazımınca əməl olunmamışdır. Ən sonuncu dəfə 02.11.2020-ci il tarixində “Satıcı” Tərəfindən “Alıcı”ya mal göndərilmişdir. Həmin vaxtdan 5 ay keçmişdir. Qanunvericiliyin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 5 % : 12 ay X 5 ay = 2,08 % X 57237,16 manat = 1190,53 manat. Axırıncı dəfə cavabdehə 29.03.2021-ci ildə göndərilən pretenziya məktubuna cavab verilməmiş və heç bir tədbir görülməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, 52237,16 manat (əlli iki min iki yüz otuz yeddi manat on altı qəpik) əsas borc, gecikdirməyə görə 10186,53 manat (bir min yüz doxsan manat əlli üç qəpik) cərimə faizi və 30 manat (otuz) ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 62453,69 manat (əlli səkkiz min dörd yüz əlli yeddi manat altmış doqquz qəpik) pul məbləğinin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məhdud Cəmiyyətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanan alqı-satqı müqaviləsi üzrə yaranan 57237,16 manat borcdan 5000 manat hissəsi ödənilmiş, hazırda cavabdehin iddiaçıya olan borcu 52237,16 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində "xxxx" Məhdud Məhdud Cəmiyyəti arasında 26.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən satıcı bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada “Satıcı” müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə “Mal”ı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndində müəyyənləşdirilmiş məbləği “Satıcı”ya ödəməti öhdəsinə götürür. Həmin müqavilənin 3.1ci bəndinə əsasən Malın qiyməti Protokol əsasında müəyyən edilir. Ödəniş “Alıcı” tərəfindən “Satıcı”nın bank hesabına köçürmə yolu ilə və ya qanunvericiliyin tələbləri nəzərə alınmaqla, nağd şəklində Azərbaycan manatı ilə həyata keçirilir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən Mala görə ödəniş “Alıcı” tərəfindən hesab fakturaya əsasən 15 gün müddətində həyata keçirilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1 % həcmində “Satıcı”ya dəbbə pulu ödəyir. - 29.06.2020-ci il tarixli, EBAL seriyalı, 738910 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 15937,08 (ƏDV daxil) manat təşkil edir. - 07.07.2020-ci il tarixli, EBAL seriyalı, 964562 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4320,05 (ƏDV daxil) manat təşkil edir. - 10.07.2020-ci il tarixli, EBAM seriyalı, 225674 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2432,72 (ƏDV daxil) manat təşkil edir. - 10.07.2020-ci il tarixli, EBAM seriyalı, 222962 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17404,82 (ƏDV daxil) manat təşkil edir. - 17.07.2020-ci il tarixli, EBAM seriyalı, 502712 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17466,86 (ƏDV daxil) manat təşkil edir. - 27.08.2020-ci il tarixli, EBAP seriyalı, 201722 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 18891,24 (ƏDV daxil) manat təşkil edir. - 02.09.2020-ci il tarixli, EBAP seriyalı, 472916 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4640,04 (ƏDV daxil) manat təşkil edir. - 04.09.2020-ci il tarixli, EBAP seriyalı, 591672 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12809,42 (ƏDV daxil) manat təşkil edir. - 10.09.2020-ci il tarixli, EBAP seriyalı, 751578 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 19034,89 (ƏDV daxil) manat təşkil edir. - 21.09.2020-ci il tarixli, EBAQ seriyalı, 208863 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17032,44 (ƏDV daxil) manat təşkil edir. - 05.10.2020-ci il tarixli, EBAQ seriyalı, 854749 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 19010,31 (ƏDV daxil) manat təşkil edir. - 09.10.2020-ci il tarixli, EBAR seriyalı, 086631 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17400,16 (ƏDV daxil) manat təşkil edir. - 26.10.2020-ci il tarixli, EBAR seriyalı, 728995 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 19250,39 (ƏDV daxil) manat təşkil edir. - 02.11.2020-ci il tarixli, EBAS seriyalı, 020418 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17646,65 (ƏDV daxil) manat təşkil edir. - İddiaçı Məhdud Məhdud Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məhdud Cəmiyyətinə göndərilmiş 26.05.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 05 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" Məhdud Məhdud Cəmiyyəti arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 52237,16 manat (əlli iki min iki yüz otuz yeddi manat on altı qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 10186,53 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 700 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı cavabdehə, 5 manatı iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 52237,16 manat (əlli iki min iki yüz otuz yeddi manat on altı qəpik) əsas borc, 700 (yeddi yüz) manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat olmaqla, cəmi 52962,16 manat (əlli iki min doqquz yüz altmış iki manat on altı qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2892/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2892/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver