Məhkəmə qərarları › İş №e-2-2(113)-2898/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2898/2024

08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2898/2024 08.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşınma xidməti müqaviləsi, vəkil xərci, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 fevral 2022-ci il tarixli, 33 saylı daşıma xidməti müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində yaranmış 25500 manat məbləğində əsas borcun, 2040 manat bank uçot faiz dərəcəsinin uyğun hesablanmış faizlərin, habelə ödənilmiş 174 manat məbləğində dövlət rüsumunun və vəkil xidməti ilə bağlı ödənilmiş 320 manat məbləğin, ümumilikdə 28034 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi haqqında məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC xx.xx.2022-ci il tarixində, 33 saylı daşınma xidməti barədə müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən icraçı "xxxx" MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında Sıfarişçiyə məxsus yükləri daşımaq üçün yük maşını təmin edir, Sifarişçi isə göstərilmiş xidmətin dəyərini ödəməyi öhdəsinə götürür. Bu baxımdan qeyd etmək istəyirik ki, "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanmış 33 saylı 10 fevral 2022-ci il tarixli müqavilə əsasındə göstərilən xidmətlərə görə və EBCN 816739 saylı e-qaimə üzrə 10200 manat, EBDA 547313 saylı e-qaimə üzrə isə 15300 manat olmaqla, ümumilikdə 25500 manat borc yaranmışdır. Müqavilə ilə müəyyənləşdirilmiş ödəniş müddəti bitdikdən sonra qarşı tərəfə ödəniş üçün əlavə zaman verilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir. Qeyd edilən tarixdən indiyə qədər dəfələrlə aparılmış şifahi, e-mail və telefon danışıqlarına baxmayaraq ödəniş hal-hazırkı tarixə qədər həyata keçirilməmiş və müxtəlif bəhanələr bildirilmişdir. Borcun ödənilməsi ilə bağlı Cavabdehnə xx.xx.2024-cü il tarixində “Elektron Kargüzarlıq” sistemi üzərindən pretenziya məktubu ünvanlanmışdır. Lakin, pretenziya məktubu qarşı tərəfdən qəbul edildikdən sonra da borclu tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir.

3. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək iddianın tam təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi X3 xidmətlərin göstərilməsinə etiraz etməyərək, çıxış edərək bildirdi ki, iddiaçıya pul borcu var, verməyə verəcək, lakin şirkətdə vəziyyət çox çətindir, ona görə istəyir ki, qarşı tərəf bir az müddət versinlər ki, borcu ödəyə bilsin. Borcu hissə-hissə ödəyəcək.

II. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 33 saylı daşınma xidməti müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında sifarişçiyə məxsus yükləri daşımaq üçün yük maşını təmin edir, sifarişçi isə göstərilmiş xidmətin dəyərini ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən daşınılacaq yüklərin növü, miqdarı, müddəti, istiqaməti və qiyməti müqavilə əlavələri ilə müəyyən olnur.

10. Müqavilənin 2.2.3-cü bəndinə əsasən icraçı tərəfindən yerinə yetirilmiş işlərə görə ödənişi sifarişçi bu müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirməyi öhdəsinə götürür.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə göstərilən xidmətin dəyəri müqavilə əlavələri ilə müəyyən olunur.

12. Müqavilənin 3.2-ci bəndinə əsasən mal boşaldıldıqdan sonra 3 iş günü ərzində bank vasitəsi ilə həyata keçirilməlidir.

13. Müqavilənin 3.3-cü bəndinə əsasən ödənişin həyata keçirilməsi üçün əsas bu müqavilədir.

14. 17.01.2024-cü il tarixli, 00İCZ********** saylı qəbzə əsasən Cavabdeh MMC tərəfindən iddiaçıya təyinatı 33 saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə (o cümlədən EBCN816739 saylı e-qaimə üzrə qismən ödəniş) 10200 manat məbləğində ödəniş edilmişdir.

15. xx.xx.2021-ci il tarixli, EBCN321542 saylı e-qaiməyə əsasən 2550 manat dəyərində, xx.xx.2021-ci il tarixli, EBCN321543 saylı e-qaiməyə əsasən 2550 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBCN816739 saylı e-qaiməyə əsasən 15300 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDA547313 saylı e-qaiməyə əsasən 15300 manat dəyərində xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

16. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

19. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

20. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

21. 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

22. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.

23. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

24. İddiaçı ilə "xxxx" MMC xx.xx.2022-ci il tarixində, 33 saylı daşınma xidməti barədə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən icraçı "xxxx" MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında Sifarişçiyə məxsus yükləri daşımaq üçün yük maşını təmin edir, Sifarişçi isə göstərilmiş xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəf müqavilə üzrə götürülmüş öhdəliyi yerinə yetirmiş və cavabdeh tərəfindən qismən ödəniş edilmiş, buna dair sübutları da (müqavilə, eqaimə, e-qaimə üzrə ödənişlər) məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh tərəf müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və bunun əksini sübut edəcək sənədsübut məhkəməyə təqdim etməmişdir və məhkəmə iclasında borcu etiraf edərək, sadəcə şirkətin maddi vəziyyətinin pis olması səbəbi ilə ödəmədiyi və hissə-hissə borcu ödəyəcəyini bildirdi. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 25500 manat məbləğində pul vəsaitinin cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

25. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə faiz olmaqla 2040 manat məbləğində borc hesablanmışdır.

26. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.

27. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

29. Məhkəmə hesab edir ki, ödənilməyən 25.500 manat borc məbləğinə illik 5 faiz hesablamaqla 1806 manat məbləğində pulun cavabdehdən tələb etməsində iddiaçı haqlı olmuşdur.

30. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 174 manat məbləğində dövlət rüsumu və 320 manat məbləğində vəkil xərci ödənildiyi qeyd olunmuşdur. (sübutlar iş materiallarında mövcüddur).

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (rüsumun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) 174 manat və vəkil xərcinin əvəzi olaraq 320 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

IV. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 33 saylı xidmət müqaviləsi üzrə 25.500 manat əsas borc məbləği, 5% ilə hesablanan 1806 manat məbləğində faiz borcu, vəkil xərcinin əvəzi olaraq 320 manat və dövlət rüsumunun əvəzi olaraq 174 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar