Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-290/2023 04.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə oğlunun, cavabdehin nümayəndəsi və vəkili Vəkil* iştirakları ilə, İddiaçı2-nin Cavabdeh MMC-yə qarşı *6.06.2020-ci il tarixli, 2020/ACG-74 saylı müqavilə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı* MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 27.880 manat (*6.400 ABŞ dolları) məbləğində əsas borcun, 200 manat məbləğində mediasiya xərcini və *73,64 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 28.253,64 manatın tutularaq İddiaçı* MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, İddiaçı* MMC-nin əsl İddiaçı2 MMC ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 25.0*.2023-cü il tarixli qərardadı ilə, İddiaçı* MMC-nin əsl İddiaçı2 ilə əvəz edilməsi, İddiaçı2-nin Cavabdeh MMC-yə qarşı *6.06.2020-ci il tarixli, 2020/ACG-74 saylı müqavilə üzrə borcun tutulması tələbinə dair işin icraatının təzələnməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC məhkəməyə yazılı vəsatət verərək, hazırki kommersiya mübahisəsinə AR MPM-in 26*.0.*-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı2 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında *6.06.2020-ci il tarixində 2020/ACG-74 saylı müqavilə (bundan sonra Müqavilə) imzalanmışdır. İddiaçı və cavabdah arasında imzalanmış Müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Tərəflər arasında imzalanmış Müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavə Razılaşma №*-ə əsasən tərəflər Müqavilənin 5.2-ci bəndi barədə razılığa gəlirlər ki, danışıqlar yolu ilə mübahisələrin 30 gün ərzində həllinin mümkünsüz olması halında hazırki müqavilədən irəli gələn və ya onunla əlaqədar fikir ayrılıqları iddiaçının ölkəsinin Kommersiya məhkəməsində, həmin arbitrajın reqlamentinə müvafiq olaraq yekun həll edilməlidir. Mübahisə üzrə iddiaçı qeyrirezident, yəni xarici hüquqi şəxs olduğu üçün mübahisə iddiaçının olduğu ərazi üzrə Gürcüstan Respublikasının səlahiyyətli kommersiya məhkəmələrində baxılması ilə bağlı tərəflər razılaşmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(**3)-290/2023 saylı qərardadı ilə İddiaçı2-nin Cavabdeh MMC-yə qarşı *6.06.2020-ci il tarixli, 2020/ACG-74 saylı müqavilə borcun tutulması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İddiaçı2 məhkəməyə şikayət ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(**3)-290/2023 saylı xx.xx.2023-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin *9.05.2023-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(*03)-64*/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı2 MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(**3)-290/2023 saylı qərardadı ləğv edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 259 və 26*-ci maddələrindən göründüyü kimi, ərizənin baxılmamış saxlanılması və iş üzrə icraata xitam verilməsi imperativ qaydada məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış *6.06.2020-ci il tarixli 2020/ACG-74 saylı müqavilənin 5.2-ci bəndi MPM-in 259.0.5-ci maddəsi ilə qarşılıqlı təhlil edilərək müvafiq qərar verilməli olduğu halda məhkəmə baxışı iclasında təqdim edilmiş müqaviləyə əlavəyə istinad edilərək iş üzrə icraata xitam vermişdir. Mülki Prosessual Məcəllənin 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.*-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. İşə yenidən Bakı Kommersiya Məhkəməsində baxılan zaman məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə oğlu və cavabdehin nümayəndəsi və vəkili Vəkil* hazırki işə Bakı Kommersiya Məhkəməsində baxılmasına etiraz edərək, tərəflər razılaşdığından mübahisəyə iddiaçının olduğu ərazi üzrə Gürcüstan Respublikasının səlahiyyətli kommersiya məhkəmələrində baxılmalı olduğunu bildirmişlər. Məhkəmə hesab edir ki, İddiaçı2-nin Cavabdeh MMC-yə qarşı *6.06.2020-ci il tarixli, 2020/ACG-74 saylı müqavilə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı2 ilə Cavabdeh arasında *6.06.2020-ci il tarixində 2020/ACG-74 saylı müqavilə imzalanmışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər arasında mübahisənin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda, müqavilədən / və ya onunla əlaqədar yaranan bütün fikir ayrılıqları bu arbitrajın qaydalarına uyğun olaraq iddiaçının ölkəsində Ticarət və Sənaye Palatasının yanında beynəlxalq kommersiya arbitrajında həll edilməlidir. Göründüyü kimi cavabdeh tərəflər arasında bağlanmış müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrin iddiaçının ölkəsində (hazırkı halda Gürcüstan Respublikası) Ticarət və Sənaye Palatasının yanında beynəlxalq kommersiya arbitrajında baxılması barədə arbitraj qeyd-şərti (arbitrajın reqlamentinə müvafiq olaraq) nəzərdə tutulmuşdur. Digər tərəfdən iş materiallarından görünür ki, Cavabdeh MMC işə mahiyyəti üzrə baxılmasından əvvəl (məhkəmənin hazırlıq iclasında) mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmasına etiraz etmişdir. Məhkəmə tərəfindən həmçinin tərəflərin iştirakı ilə Gürcüstan Respublikası Ticarət və Sənaye Palatası tərəfindən təsis edilmiş beynəlxalq kommersiya arbitrajının (X* Centre founded by Georgian Chamber of Commerce and İndustry) rəsmi veb-saytına (http://giac.ge) baxış keçirilmiş və baxış zamanı sözügedən arbitrajın mövcudluğu və hazırda fəaliyyət göstərməsi müəyyən edilmişdir. MPM-in 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, yuxarıda göstərilənləri, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış *6.06.2020-ci il tarixli 2020/ACG-74 saylı müqavilədə həmin müqavilədən irəli gələn bütün mübahisələrin iddiaçının ölkəsində beynəlxalq kommersiya arbitrajında baxılması barədə arbitraj qeyd-şərti nəzərdə tutulduğundan, eləcə də cavabdeh tərəfindən işə məhkəmədə baxılmasına dair etiraz verildiyindən, hazırkı iddia ərizəsi MPM-in 259.0.5-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz olarsa məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı2-nin Cavabdeh MMC-yə qarşı *6.06.2020-ci il tarixli, 2020/ACG-74 saylı müqavilə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-290/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-290/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver