Məhkəmə qərarları › İş №e-2-2(113)-2902/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2902/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2902/2021 19.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və pay hüququnun tanınması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 25.08.2014-cü il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsi, eləcə də müqavilənin icrası ilə əlaqədar tərəfindən çəkilən xərclərin əvəzi olaraq, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “a” məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş 4564 kv.m. qeyriyaşayış sahələrinin (ikimərtəbəli “Ticarət Mərkəzi”nin) onda bir hissəsi (yəni 10%-i) miqdarında payın İddiaçı adına rəsmiləşdirilməsi üçün müvafiq sənədlərin təqdim olunmaması hərəkətlərinin qanunsuz hesab edilməsi və 25.08.2014-cü il tarixli müqavilənin icrası ilə əlaqədar tərəfindən çəkilən xərclərin əvəzi olaraq Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli 23 №-li müqavilədə göstərilən və Binəqədi rayon İcra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akta əsasən Cavabdeh1 mülkiyyətinə təhvil verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “a” məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş 4564 kv.m. qeyriyaşayış sahələrinin onda bir hissəsinə (yəni 10%) onun payının müəyyən edilməsi, həmin hissəyə pay hüququnun tanınması və göstərilən qeyri-yaşayış sahləri üzərindəki onda bir payına uyğun əmlak hüquqlarının həyata keçirilməsinə edilən müdaxilələrin aradan qaldırılması və müqavilə üzrə öhdəliyin tam yerinə yetirilməsi vəzifəsi iddiaçıya tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 25.08.2014-cü il tarixli tapşırıq müqaviləsi imzalanmışdır. Həmin müqavilənin predmetinə əsasən Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli 23 №-li müqavildə göstərilən və Binəqədi rayon İcra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akta əsasən təhvil verilən Bakı şəhəri, Binəqədi rayonu, Ataturk prospekti 3078 «a» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş 4564 kv.m. qeyri-yaşayış sahələrində (ikimərtəbəli «Ticarət Mərkəzi»ndə) təmir və tamamlama işlərinin aparılmasının maliyyələşdirilməsini və bu işlə bağlı konkret nəticə əldə olunmaqla icra etməsi öhdəliyinin götürülməsinə, qeyd olunan işlərin yetirilməsinə görə Cavabdeh1 tərəfindən ona 03.04.2006-cı il tarixli 23 №-li müqavildə göstərilən və Binəqədi Rayon İcra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akta əsasən təhvil verilən 4564 kv.m. qeyri-yaşayış sahələrinin onda bir hissəsi (yəni 10%) miqdarında pul vəsaiti ilə ödəniş aparılmasına və ya naturada, həmin qeyri-yaşayış sahələrinin yerləşdiyi hissələrə müvafiq olaraq yerləşmə yerləri, qeyri-yaşayış obyekti kimi üstünlük səviyyəsi, gediş-gəliş yoluna məsafələri və s. nəzərə alınmaqla (onun razılığı əsasında) 4564 kv.m.qeyriyaşayışsahələri üzərində mülkiyyətin onda bir hissəsini (yəni 10%-ni) onun adına sənədləşdirilməsinə etiraz etməyəcəyinə dair öhdəlik götürülmüşdür. Eləcə də, Cavabdeh1 vəzifələrini müəyyən edən həmin müqavilənin 3-cü bəndində göstərilmişdir ki, öhdəliyinin icrasından sonra Müqavilənin 1.2-ci bəndinin icra olunması üçün iddiaçıya müvafiq sənədlər təqdim edilməlidir; yəni, 4564 kv.m. qeyri-yaşayış sahələrinin onda bir hissəsi (yəni 10%) miqdarında pul vəsaiti ilə ödəniş aparmalı və ya naturada, həmin qeyri-yaşayış sahələrinin onda bir hissəsini (yəni 10%-ni) onun adına keçirməsi üçün həyat yoldaşının notariat qaydada təsdiq olunmuş razılıq ərizəsini verməlidir. Hazırkı müqavilə predmetinin obyekti olan qeyri-yaşayış sahələri ilə bağlı həyat yoldaşı ilə yarana biləcək istənilən mübahisənin həllinə cavabdehlik daşımalıdır və bununla bağlı məsuliyyəti öz üzərində saxlamaqla, aralarında yaranmış mübahisəyə görə ödəncləri yalnız öz hesabına həyata keçirməlidir. Tapşırıq üzrə iddiaçı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirsə də, cavabdeh tərəfindən götürülən öhdəliklər tam icra olunmamışdır. Belə ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli 23 №-li müqavildə göstərilən və Binəqədi rayon İcra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akta əsasən onun mülkiyyətinə təhvil verilən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 «a» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş 4564 kv.m. qeyri-yaşayış sahələrində (ikimərtəbəli «Ticarət Mərkəzi»ndə) təmir və tamamlama işləri aparılmış və bu işlə bağlı bütün məsrəflərin maliyyələşdirilməsi şəxsən tərəfindən icra olunmuşdur. Müqavilə ilə iddiaçı üzərinə düşən öhdəliklərin icrası cavabdeh tərəfindən qəbul edilmiş və hətta bəzi obyektlər müxtəlif şəxslərin icarəsinə verilməklə hal-hazırda istifadə olunur. Lakin, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş və hal-hazıradək bir manat da olsun iddiaçı tərəfindən çəkilən xərclərə görə pul vəsaiti ona ödənilməmişdir. Həmçinin, qeyd olunan qeyri-yaşayış sahələrinin onda bir hissəsinə pay hüququnun sənədləşdirilməsinə cavabdeh tərəfindən bir sıra müdaxilələr edilmiş və iddiaçıyla onun arasında mübahisə yaranmışdır. Cavabdeh, aparılmış danışıqlara əvvəlcə razı olduğunu bildirsə də, sonra isə müxtəlif şərtlər daxilində uzun sürən danışıqlar apardıqdan, eləcə də bir sıra müvafiq dövlət orqanlarında müvafiq icazə və razılıqlar alındıqdan sonra, razılaşmanı rəsmləşdirilməsi ərəfəsində heç bir əsaslı səbəb göstərmədən razı olmadığını bəyan etmiş və tapşırıq müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsi hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilməli və bu cür qanunsuz hərəkətlərə (hərəkətsizliyə) son qoyulmalıdır. Eyni zamanda, müqavilənin icrası ilə əlaqədar iddiaçı tərəfindən çəkilən xərclərin əvəzi olaraq Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli 23 №-li müqavildə göstərilən və Binəqədi rayon İcra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akta əsasən Cavabdeh1 mülkiyyətinə təhvil verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Ataturk prospekti 3078 «a» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş 4564 kv.m. qeyri-yaşayış sahələrinin (ikimərtəbəli «Ticarət Mərkəzi»nin) onda bir hissəsinə (yəni 10%-nə) onun, yəni İddiaçı payı müəyyən edilməlidir. Bundan başqa, İddiaçı göstərilən qeyri-yaşayış sahələri üzərindəki onda bir payına (yəni 10%-nə) uyğun əmlak hüquqlarının həyata keçirilməsinə dair cavabdeh tərəfindən edilən müdaxilələr aradan qaldırmalıdır Göründüyü kimi,Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli 23 №-li müqavildə göstərilən və Binəqədi rayon İcra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akta əsasən təhvil verilən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 «a» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş 4564 kv.m. qeyri-yaşayış sahələrində (ikimərtəbəli «Ticarət Mərkəzi»ndə) təmir və tamamlama işləri aparılması və bu işlə bağlı bütün məsrəflərin maliyyələşdirilməsi tapşırığı tərəfindən qəbul edilmiş və icra olunmuşdur. Deməli, müqavilə qüvvəyə minmiş və hal-hazıradək qüvvədə olmaqla yanaşı cavabdeh üçün bir sıra vəzifələr yaratmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2iqt(81)-383/2013 saylı iş üzrə 13.08.2013-cü il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 «a» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi hərəkəti qanunsuz hesab edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 «a» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsinin nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.m. artıq sahəyə görə 03.04.2006-cı il tarixdə ödənilmiş 41825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlər qeyd şərtsiz iddiaçı Cavabdeh1 verilməklə işlərin görülməsi zamanı "xxxx" MMC tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması qət edilmişdir. Məhz həmin qətnamə qanuni qüvvəyə mindiyi üçün Binəqədi rayon İcra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akta əsasən icra olunmuşdur. Bundan başqa, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-3732/2014 saylı, 09.12.2014-cü il tarixli Qərarı ilə Binəqədi rayon İcra şöbəsi tərəfindən Cavabdeh1 rəsmi ərizəsinə cavab verilməsində göstərilən hərəkətsizliyi qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması; İcra işinin yerinə yetirilməsində Cavabdeh1 məxsus əmlaklar üzərində hüquqları pozan qanunsuz müdaxilələrin aradan qaldırılması qərara alınmışdır. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-474/15 saylı, 02.04.2015-ci il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2- 1(102)-813/15 saylı, 23.06.2015-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-474/15 saylı, 02.04.2015-ci il tarixli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1326/2016 saylı, 25.11.2016-cı il tarixli Qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, qeyri-yaşayış sahələrinin "xxxx" Lizinq Şirkəti QSC-yə təhvil verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulması və iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-163/2018 saylı, 06.03.2018-ci il tarixli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1326/2016 saylı, 25.11.2016-cı il tarixli Qətnaməsindən maraqlı şəxs Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilmiş, 1-ci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin Dövlət rüsumunun ödənilməsi haqqında məlumat olunması hissəsində ləğv edilmiş və ilk iddia tələbinin tam rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-351/18 saylı, 19.09.2018-cı il tarixli qərarı ilə "xxxx" Lizinq Şirkəti QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-163/2018 saylı, 06.03.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-351/18 saylı, 19.09.2018-cı il tarixli qərarının 6-cı səhfəsinin 4-cü abzasında göstərilir ki,» İşdən göründüyü kimi "xxxx" MMC-nin Cavabdeh1 qarşısındakı öhdəliyi "xxxx" LizinqŞirkəti QSC-nin qarşısında yaranmasından əvvəl mövcud olmuşdur. Digər tərəfdən, iddia olunan əmlak üçüncü şəxsin mülkiyyətinə (sahibliyinə) verilmişdir. Digər məhkəmə mübahisəsi üzrə-Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 2(007)- 2883/2018 saylı qətnaməsi (hakim Elnur Nuriyev) ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh1 qarşı «03.04.2006-cı il tarixli, 23 saylı müqavilənin etibarsız hesab edilməsi tələbi»nə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-470/2019 saylı, 08.02.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş və hazırkı iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 2(007)-2883/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamə və qərarları ilə Cavabdeh1lə "xxxx" MMC-arasında bağlanmış 03.04.2006-cı il tarixli, 23 saylı müqavilə üzrə 4564 kv.m. qeyri-yaşayış sahələrinin (ikimərtəbəli «Ticarət Mərkəzi»nin) Cavabdeh1 mülkiyyət hüququ ilə təhvil verilməsi müəyyən edildiyindən həmin faktların yenidən mübahisələndirilməsi və yenidən sübut edilməsi yol verilməzdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.08.2013-cü il tarixli, 2iqt(81)- 383/2013 saylı qətnaməsi ilə cavabdeh Xudafərin MMC tərəffindən Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi hərkətinin qanunsuz hesab edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsinin nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.m. artıq sahəyə görə 03.04.2006-cı il tarixdə ödənilmiş 41825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlər qeyd şərtsiz iddia Cavabdeh1 verilməsi və işlərin görülməsi zamanı "xxxx" MMC tərəfindən müdaxilələr və maneələr aradan qaldırılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25.08.2014-cü il tarixli, 001 saylı müqaviləyə əsasən 1-ci tərəf 2-ci tərəfə 03.04.2006-cı il tarixli 23 nömrəli müqavilədə göstərilən və Binəqədi rayon icra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akta əsasən təhvil verilən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospeti 3078 “a” məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş 4564 kv.m. qeyri-yaşayış sahələrində təmir və tamamlama işlərinin aparılmasının maliyyələşdirilməsini və bu işlə bağlı konkret nəticə əldə olunmaqla icra etməyi öhdəsinə götürmüşdür. 2-ci tərəf 1-ci tərəfdən müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş öhdəlik yerinə yetirildikdən dərhal sonra, yəni təxirəsalınmadan 2-ci tərəf 1-ci tərəfə 03.04.2006-cı il tarixli 23 nömrəli müqavilədə göstərilən və Bİnəqədi rayon icra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akta əsasən təhvil verilən 4564 kv.m. qeyri-yaşayış sahələrinin onda bir hissəsi miqdarında pul vəsaiti ilə ödəniş aparılmasına və ya naturada, həmin qeyri-yaşayış sahələrinin yerləşdiyi hissələrə müvafiq olaraq yerləşmə yerləri, qeyri-yaşayış obyekti kimi üstünlük səviyyəsi, gediş-gəliş yoluna məsafələri və s. nəzərə alınmaqla 4564 kv.m. qeyri-yaşayış sahələri üzərində mülkiyyətin onda bir hissəsini onun adına sənədləşdirilməsinə etiraz etməyəcəyinə dair öhdəlik götürmüşdür. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddiaçı tələbin faktiki əsası kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.08.2013-cü il tarixli, 2iqt(81)-383/2013 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən qeyri – yaşayış sahəsinin Binəqədi rayon icra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akt əsasında cavabdehə təhvil verilməsinə istinad etmişdir. İddia tələbinin mahiyyətini pay hüququnun tanınması, payın müəyyən olunması təşkil etdiyindən paylı mülkiyyət hüququ və onun yaranma əsasları ilə bağlı aşağıda göstərilən normalara diqqət yetirilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, paylı mülkiyyət hüququnun yaranması üçün ilk növbədə həmin əmlakın üzərində mülkiyyət hüququnun mövcud olması əsas şərtdir və ya həmin əmlak bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranmalıdır. İddianın digər əsası kimi istinad edilən sənəd isə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25.08.2014-cü il tarixli, 001 saylı müqavilədir və tələb məhz həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyinə görə pay hüququnun yaranmalı olması ilə əsaslandırlır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Lakin iddiaçı tərəfindən məhkəməyə həmin əmlak üzərində mülkiyyət hüququnun mövcud olması ilə bağlı sənəd təqdim olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.08.2013-cü il tarixli, 2iqt(81)- 383/2013 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən qeyri – yaşayış sahəsinin Binəqədi rayon icra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akt əsasında cavabdehə təhvil verilməsi həmin əmlak üzərində hər hansı hüququn yaranması qənaətinə gəlməyə əsas vermir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.08.2013-cü il tarixli, 2iqt(81)-383/2013 saylı qətnaməsinin məzmunundan da görünür ki, həmin qətnaməyə əsasən Cavabdeh1 mülkiyyət hüququ tanınmamışdır, “həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlər qeyd şərtsiz iddia Cavabdeh1 verilməsi və işlərin görülməsi zamanı "xxxx" MMC tərəfindən müdaxilələr və maneələr aradan qaldırılması” qət edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3-cü maddəsinin tələbi baxımından 25.08.2014-cü il tarixli, 001 saylı müqavilə mülkiyyət hüququnun mövcudluğu ilə bağlı hüquqi nəticə yarada biməz. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və pay hüququnun tanınması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar