Məhkəmə qərarları › İş №e-2-2(113)-2903/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2903/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2903/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 351591,31 manat əsas borc, 133135,16 manat cərimə borcu olmaqla, cəmi 484726,47 manat borcun, 2000 manat vəkil xidmət haqqının, 775 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Məhkəməyə tərəflər arasında xx.xx.2025-ci il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:

1. Cavabdeh MMC ilkin olaraq, ümumi borcdan 150000,00 (bir yüz əlli min manat 00 qəpik) manatı 14 may 2025-ci il tarixində ödəmişdir.

2. Qalıq 201591,31 manat borc və iddiaçının çəkdiyi xərcləri-2000 manat vəkil xidmət haqqının, 775 manat dövlət rüsumunun əvəzini cavabdeh 31 iyul 2025-ci il tarixindən etibarən aşağıdakı qrafik üzrə ödəməyi öhdəsinə götürür: 2.1) 30.07.2025-ci il tarixində 30 000,00 (otuz min) manat və çəkilən 2775 (iki min yeddi yüz yetmiş beş) manat xərc; 2.2) 30.08.2025-ci il tarixində 30000,00 (otuz min) manat; 2.3) 30.09.2025-ci il tarixində 30000,00 (otuz min) manat; 2.4) 30.10.2025-ci il tarixində 30000,00 (otuz min) manat; 2.5) 30.11.2025-ci il tarixində 30000,00 (otuz min) manat; 2.6) 27.12.2025-ci il tarixində 51591,31 (əlli bir min beş yüz doxsan bir manat otuz bir qəpik) manat.

3. 26 may 2025-ci il tarixindən sonra ABŞ dollarının manata nisbətdə rəsmi valyuta məzənnəsində 5% artım olarsa, bu Sazişin 2-ci bəndi üzrə aylıq ödənişlərin icrası zamanı qeyd edilən artan məbləğ Cavabdeh tərəfindən İddiaçıya ödənilir.

4. Bu Saziş imzalandıqdan və Cavabdeh tərəfindən X1nin 1-ci və 2-ci bəndlərində qeyd edilən öhdəliklər qüsursuz olaraq tam icra edildikdən sonra, yəni qeyd edilən ödənişlər vaxtında və qrafikdə qeyd edilən tarixlərdə ödənilərsə, iddiaçı 133135,16 manat cərimə borcu üzrə tələb etmə hüququnundan imtina edir və onu Cavabdehə güzəşt edir.

5. X1 05 aprel 2024-cü il tarixli, MAS-24/23 saylı alqı-satqı müqaviləsini qüvvədən salmır. Tərəflər bu qeyd edilən müqavilədə Malların alqı-satqısı zamanı onların dəyəri öncədən tam olaraq ödənilməsi barədə həmin müqaviləyə əlavə edəcəyi barədə öhdəlik götürür.

6. Bu Saziş Azərbaycan-dilində 3 nüsxədə hər iki Tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır və möhürlə təsdiqlənir

7. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin tərəflərin direktorları tərəfindən imzalandığını, onun şərtləri ilə tanış olduğunu, hüquqi nəticələrinin onlara aydın olduğunu bildirmiş, məhkəmədən barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və hazırkı iş üzrə icraata xitam verilsin:

1. Cavabdeh MMC ilkin olaraq, ümumi borcdan 150000,00 (bir yüz əlli min manat 00 qəpik) manatı 14 may 2025-ci il tarixində ödəmişdir.

2. Qalıq 201591,31 manat borc və iddiaçının çəkdiyi xərcləri-2000 manat vəkil xidmət haqqının, 775 manat dövlət rüsumunun əvəzini cavabdeh 31 iyul 2025ci il tarixindən etibarən aşağıdakı qrafik üzrə ödəməyi öhdəsinə götürür: a. 30.07.2025-ci il tarixində 30 000,00 (otuz min) manat və çəkilən 2775 (iki min yeddi yüz yetmiş beş) manat xərc; b. 30.08.2025-ci il tarixində 30000,00 (otuz min) manat; c. 30.09.2025-ci il tarixində 30000,00 (otuz min) manat; d. 30.10.2025-ci il tarixində 30000,00 (otuz min) manat; e. 30.11.2025-ci il tarixində 30000,00 (otuz min) manat; f. 27.12.2025-ci il tarixində 51591,31 (əlli bir min beş yüz doxsan bir manat otuz bir qəpik) manat.

3. 26 may 2025-ci il tarixindən sonra ABŞ dollarının manata nisbətdə rəsmi valyuta məzənnəsində 5% artım olarsa, bu Sazişin 2-ci bəndi üzrə aylıq ödənişlərin icrası zamanı qeyd edilən artan məbləğ Cavabdeh tərəfindən İddiaçıya ödənilir.

4. Bu Saziş imzalandıqdan və Cavabdeh tərəfindən X1nin 1-ci və 2-ci bəndlərində qeyd edilən öhdəliklər qüsursuz olaraq tam icra edildikdən sonra, yəni qeyd edilən ödənişlər vaxtında və qrafikdə qeyd edilən tarixlərdə ödənilərsə, iddiaçı 133135,16 manat cərimə borcu üzrə tələb etmə hüququnundan imtina edir və onu Cavabdehə güzəşt edir.

5. X1 05 aprel 2024-cü il tarixli, MAS-24/23 saylı alqı-satqı müqaviləsini qüvvədən salmır. Tərəflər bu qeyd edilən müqavilədə Malların alqı-satqısı zamanı onların dəyəri öncədən tam olaraq ödənilməsi barədə həmin müqaviləyə əlavə edəcəyi barədə öhdəlik götürür.

6. Bu Saziş Azərbaycan-dilində 3 nüsxədə hər iki Tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır və möhürlə təsdiqlənir

7. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar