Məhkəmə qərarları › İş №e-2-2(113)-2904/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2904/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2904/2023 22.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh arasında bağlanan DV2202492 nömrəli, 25 aprel 2022-ci il tarixli müqavilə üzrə yaranmış 77 423, 28 AZN (ƏDV daxil) məbləğində borcun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 AZN mediasiya haqqının və hüquqi xidmələrin göstərilməsinə görə ödənilmiş 2000 AZN vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası 22 iyun 2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçının nümayəndəsi və cavabdeh məhkəməyə EMİS vasitəsi ilə birgə ərizə və barışıq sazişini təqdim etmişlər. Həmin ərizədə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan, təqdim olunmuş ərizələr əsasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: 1.Cavabdeh heç bir şərt olmadan qəbul edir ki, iddiaçı ilə onun arasında bağlanan DV2202492 nömrəli, 25 aprel 2022-ci il tarixli müqavilə üzrə iddiaçıya ümumilikdə 77 423, 28 AZN (yetmiş yeddi min dörd yüz iyirmi üç manat, 28 qəpik) borcludur. Bu sazişi imzalamaqla cavabdeh öhdəsinə götürür ki, onunla iddiaçı arasında bağlanan DV2202492 nömrəli, 25 aprel 2022-ci il tarixli müqavilə üzrə yaranmış 77 423, 28 AZN (yetmiş yeddi min dörd yüz iyirmi üç manat, 28 qəpik) borc məbləğini 30 iyul 2023-cü il tarixinə qədər tam şəkildə iddiaçıya ödəyəcək .

2. Cavabdeh, həmçinin onu da öhdəsinə götürür ki, hazırda iddiaçı ilə onun arasında mövcud olan kommersiya mübahisəsi üzrə iddiaçının ilkin mediasiya sessiyası üçün ödədiyi 400 AZN mediasiya haqqını və hüquqi xidmələrin göstərilməsinə görə ödənilmiş 2000 AZN vəsaiti 30 iyul 2023-cü il tarixinə qədər tam şəkildə iddiaçıya ödəyəcək. 3.Bu sazişi imzalamaqla, “Tərəf”-lər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər. 4.Bu barışıq sazişinin təsdiq edilməsi ilə “Tərəf”-lərin hazırkı mülki iş üzrə (mübahisəsi) gələcəkdə bir-birilərinə qarşı heç bir tələbi, iddiası və ya pretenziyası olmayacaqdır. 5.“Tərəf”-lər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər.

6. Barışıq sazişi 3 (üç) nüsxədə tərtib olunur və sazişin bir nüsxəsi məhkəmədə, qalan iki nüsxəsi “Tərəf”-lərdə qalır. 7.Bu Sazişin icra edilməsi və digər məsələlərlə bağlı Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu vasitsilə, buna nail olunmadıqda isə Azərbaycan Respublikasının aidiyyatı məhkəmə orqanları vasitəsilə həll ediləcəkdir. 8.Bu Sazişin 1-ci və 2-ci bəndində qeyd edilən pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya məxsus olan aşağıdakı bank hesabına ödəniləcək:

Bank: Kapitalbank ASC Gənclik filialı VÖEN: ********** SWİFT kod: AİİBAZ2XXX Müxbir hesab: AZ37NABZ******************** Benefisiarın hesabı: AZ08AİİB******************** Benefisiarın VÖEN-i: ********** Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar