Məhkəmə qərarları › İş №e-2-2(113)-2905/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2905/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2905/2025 12.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, müqavilənin birtərəfli ləğvi və onun qaydası, iradə ifdəsi, öhdəliyin pozulması nəticəsində dəyən zərər, qənaət edilmiş xərc, ilkin ödənişin təyinatı, normal köhnəlmə – amortizasiya) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi üzrə 4696 manat əsas borc, 1905,49 manat dəbbə pulu, “Changan Hunter F70” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 665,19 manat, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 9256,82 manat əsas borc, 2760,36 manat dəbbə pulu, “Changan Hunter F70” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 512,73 manat, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 8326,43 manat əsas borc, 2487,52 manat dəbbə pulu, “Changan Hunter F70” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 243,76 manat olmaqla ümumilikdə 30854,57 manat, müqavilələrin ləğv edildiyi, avtomobillərin qaytarıldığı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 710,07 manat məbləğində pulun və 184,78 manat dövlət rüsumunun, 1 manat komissiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli C-101- AAE- 23 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı “Changan F70” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2023-cü il tarixli C-310-AAE-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən “Changan F70” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən “Changan F70” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilləri alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətlərini həmin müqavilələrdə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrdə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları ilə yazılı qaydada müraciət edilərək müqavilə öhdəliklərinin icra edilməsi, əks halda müqavilələrin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilələr üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilələr birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. “Changan F70” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı, “Changan F70” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı və “Changan F70” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobillər xx.xx.2024-cü il tarixində iddiaçıya təhvil verilmiş və rəsmi servis mərkəzinə gətirilmişdir. 2.2. Avtomobillər servis mərkəzinə gətirildikdən sonra onlara əsaslı baxış keçirilmiş, müvafiq təmir-bərpa işləri aparılmış və icra edilmiş xidmətlərə dair aktlar tərtib olunmuşdur. Həmin aktlara əsasən, cavabdehin istifadəsinə verilmiş avtomobillərin müqavilələrin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsinə çəkilmiş xərclərin ümumi dəyəri: “Changan F70” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə 665,19 manat; “Changan F70” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə 512,73 manat; “Changan F70” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə 243,76 manat təşkil etmişdir. Eyni zamanda C-101-AAE-23 nömrəli alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 4696 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 1905,49 manat dəbbə pulu; C-310-AAE-23 nömrəli alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 9256,82 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 2760,36 manat dəbbə pulu; C-330-AAE- 23 nömrəli alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 8326,43 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 2487,52 manat dəbbə pulu hesablanmışdır. 2.3. Tərəflər arasında imzalanmış C-101-AAE-23, C-310-AAE-23 və C-330- AAE-23 nömrəli müqavilələrin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada satıcıya tam və vaxtında ödəməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Müqavilənin 2.5-ci bəndinə əsasən alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün X1 aylıq ödənişinin 1 faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 421.2, 567, 600.5-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İzahatında və məhkəmənin suallarına cavab olaraq eyni zamanda göstərdi ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarı ilə lizinq müqaviləsidir. İddiaçı, müqavilələri artıq lizinq olaraq bağlayır. Belə ki, məhkəməyə təqdim olunan arayışlardan da göründüyü kimi avtomobil nağd formada fərqli qiymətə satılır. Avtomobillərin qiyməti ilə cavabdehə satış qiymətləri arasında yaranan fərq iddiaçının mükafat məbləğidir. Hər iki tərəfin təqdim etdiyi hesabdan çıxarış məlumatları eynidir, lakin ödənişlərin silinməsində fərqlilik ola bilər. Həmçinin nəqliyyat vasitəsinin dəyərdən düşməsi ilə bağlı hər hansı pul tələb edilmir. Tələb edilən zərər servis xərcləridir. Belə ki, nəqliyyat vasitələri təhvil alındıqdan sonra servisdə baxış keçirilmiş, cari vəziyyətdə hansı xərcləri olduğu müəyyən edilmişdir və həmin xərclər hazırda tələb edilir. Nəqliyyat vasitəsini satışa çıxarmaq üçün mühərrik yağı da dəyişdirilməlidir ki, onu da iddiaçı öz hesabına həyata keçirmişdir.

6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, hər üç müqavilədə satıcının nəqliyyat vasitəsini satdıqda satış məbləği alıcının borcunu tam bağlayarsa, qalan məbləğin alıcıya qaytarılması, satış məbləği alıcının borcunu ödəmədikdə isə alıcının qalan məbləği satıcıya ödəməsi əks olunmuşdur. 23 may 2023-cü il tarixli müqavilədə nəqliyyat vasitəsinin dəyəri 58642 manat qeyd olunmuş, cavabdeh tərəfindən 20716,7 manat ödəniş edilmiş, nəqliyyat vasitəsi iddiaçı tərəfindən 33000 manata satılmışdır. Nəqliyyat vasitəsinin dəyərindən satışı qiyməti və ödənişləri çıxdıqda isə borc məbləği 4925,3 manat qalır. Bununla yanaşı, nəqliyyat vasitələrinə daimi olaraq servis xidməti göstərilib, bu səbəbdən ziyan dəyməsi mümkün deyildir. Həmçinin servis aktı birtərəfli qaydada təsdiq edilib, bu isə nəqliyyat vasitələrinə məhz cavabdehin istifadəsində olduğu müddətdə zərər dəyməsini istisna edir.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq baxış iclasının təxirə salınmasını xahiş etmiş, Mülki Prosessual Məcəllənin 188.3-cü maddəsinə əsasən işə baxılmasının 3 dəfədən artıq təxirə salınmasının mümkün olmadığı nəzərə alınaraq baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin, lizinq obyektinə dəymiş zərərin tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında sadə yazılı formada bağlanmış xx.xx.2023-cü il tarixli C-101-AAE-23 nömrəli avtomobil alqı-satqısı üzrə müqavilənin şərtlərindən görünür ki, Satıcı müqavilənin şərtlərinə uyğun olaraq, modeli “Changan F 70”, buraxılış ili 2022 olan (VİN: LSCBBZ2G5PG728387, ağ rəngli) Avtomobil(lər)i dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadəsinə verməyi, o cümlədən Avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə təhvil verilmiş Avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırkı Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür (1.1). Avtomobil (həmçinin onun əlavə avadanlığı), xüsusilə də onun əsas xüsusiyyətləri haqqında bütün lazımi və asanlıqla əldə edilməsi mümkün olan məlumatlar, Satıcının zəmanət öhdəliklərinin şərtləri və s. Avtomobilin sənədlərində öz əksini tapmışdır. Alıcı hazırkı Müqaviləni imzalamaqla təsdiq edir ki, o, hazırkı Müqaviləni imzalamazdan əvvəl Avtomobil haqqında bütün lazımi məlumatlarla Satıcının səlahiyyətli nümayəndəsinin şifahi izah etməsi, Alıcının Avtomobil haqqında reklam məhsulları ilə tanış olması, Avtomobilin, tələblərinə cavab verdiyi normativ sənədlərin müddəaları ilə Alıcının tanış olması və sairə kimi üsullardan istifadə etməklə tanış olmuşdur. Alıcı həmçinin bildirir və təsdiq edir ki, o, Avtomobili şüurlu və müstəqil şəkildə seçmişdir (1.2). Müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 58612 Azərbaycan manatı müəyyən edilir. Alıcı 4390 Azərbaycan manatı ilkin ödəniş edir. Qalıq borc sayılacaq 54252 Azərbaycan manatı məbləği isə Alıcı xx.xx.2023 tarixindən etibarən 36 ay müddətində, ayda 1507 Azərbaycan manatı ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürür (2.1). Müqavilənini 2.1-ci bəndində müəyyən edilmiş məbləği (ilkin ödənişi), tərəflər bu müqaviləni imzaladıqdan sonra 1 (bir) iş günü ərzində Alıcı Satıcıya nağd qaydada ödəyir (2.2). Bu Müqavilədə göstərilməyən, qanunvericilikdə nəzərdə tutulan digər xərcləri tərəflər müstəqil ödəyir və onlar Müqavilənin ümumi dəyərinə daxil edilmir (2.3). Hazırkı Müqavilənin 1.1-ci mvaddəsində göstərilmiş nəqliyyat vasitəsinin dəyəri hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə əsasən müəyyən edilir (2.4). “Alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir (2.5). Hazırkı müqavilədə göstərilməyən, qanunvericilikdə nəzərdə tutulan digər xərcləri tərəflər müstəqil ödəyir və onlar nəqliyyat vasitəsinin hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə əsasən müəyyən edilmiş dəyərinə daxil deyil (2.6).

12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında sadə yazılı formada bağlanmış xx.xx.2023-cü il tarixli C-310-AAE-23 nömrəli avtomobil alqı-satqısı üzrə müqavilənin şərtlərindən görünür ki, Satıcı müqavilənin şərtlərinə uyğun olaraq, modeli “Changan F 70”, buraxılış ili 2022 olan (VİN: LSCBBZ2G4NG702229, ağ rəngli) Avtomobil(lər)i dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadəsinə verməyi, o cümlədən Avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə təhvil verilmiş Avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırkı Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür (1.1). Avtomobil (həmçinin onun əlavə avadanlığı), xüsusilə də onun əsas xüsusiyyətləri haqqında bütün lazımi və asanlıqla əldə edilməsi mümkün olan məlumatlar, Satıcının zəmanət öhdəliklərinin şərtləri və s. Avtomobilin sənədlərində öz əksini tapmışdır. Alıcı hazırkı Müqaviləni imzalamaqla təsdiq edir ki, o, hazırkı Müqaviləni imzalamazdan əvvəl Avtomobil haqqında bütün lazımi məlumatlarla Satıcının səlahiyyətli nümayəndəsinin şifahi izah etməsi, Alıcının Avtomobil haqqında reklam məhsulları ilə tanış olması, Avtomobilin, tələblərinə cavab verdiyi normativ sənədlərin müddəaları ilə Alıcının tanış olması və sairə kimi üsullardan istifadə etməklə tanış olmuşdur. Alıcı həmçinin bildirir və təsdiq edir ki, o, Avtomobili şüurlu və müstəqil şəkildə seçmişdir (1.2). Müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 58948 Azərbaycan manatı müəyyən edilir. Alıcı 4300 Azərbaycan manatı ilkin ödəniş edir. Qalıq borc sayılacaq 54648 Azərbaycan manatı məbləği isə Alıcı xx.xx.2023 tarixindən etibarən 36 ay müddətində, ayda 1518 Azərbaycan manatı ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürür (2.1). Müqavilənini 2.1-ci bəndində müəyyən edilmiş məbləği (ilkin ödənişi), tərəflər bu müqaviləni imzaladıqdan sonra 1 (bir) iş günü ərzində Alıcı Satıcıya nağd qaydada ödəyir (2.2). Bu Müqavilədə göstərilməyən, qanunvericilikdə nəzərdə tutulan digər xərcləri tərəflər müstəqil ödəyir və onlar Müqavilənin ümumi dəyərinə daxil edilmir (2.3). Hazırkı Müqavilənin 1.1-ci mvaddəsində göstərilmiş nəqliyyat vasitəsinin dəyəri hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə əsasən müəyyən edilir (2.4). “Alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir (2.5). Hazırkı müqavilədə göstərilməyən, qanunvericilikdə nəzərdə tutulan digər xərcləri tərəflər müstəqil ödəyir və onlar nəqliyyat vasitəsinin hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə əsasən müəyyən edilmiş dəyərinə daxil deyil (2.6).

13. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında sadə yazılı formada bağlanmış xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli avtomobil alqı-satqısı üzrə müqavilənin şərtlərindən görünür ki, Satıcı müqavilənin şərtlərinə uyğun olaraq, modeli “Changan F 70”, buraxılış ili 2023 olan (VİN: LSCBBZ2GXPG729065, ağ rəngli) Avtomobil(lər)i dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadəsinə verməyi, o cümlədən Avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə təhvil verilmiş Avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırkı Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür (1.1). Avtomobil (həmçinin onun əlavə avadanlığı), xüsusilə də onun əsas xüsusiyyətləri haqqında bütün lazımi və asanlıqla əldə edilməsi mümkün olan məlumatlar, Satıcının zəmanət öhdəliklərinin şərtləri və s. Avtomobilin sənədlərində öz əksini tapmışdır. Alıcı hazırkı Müqaviləni imzalamaqla təsdiq edir ki, o, hazırkı Müqaviləni imzalamazdan əvvəl Avtomobil haqqında bütün lazımi məlumatlarla Satıcının səlahiyyətli nümayəndəsinin şifahi izah etməsi, Alıcının Avtomobil haqqında reklam məhsulları ilə tanış olması, Avtomobilin, tələblərinə cavab verdiyi normativ sənədlərin müddəaları ilə Alıcının tanış olması və sairə kimi üsullardan istifadə etməklə tanış olmuşdur. Alıcı həmçinin bildirir və təsdiq edir ki, o, Avtomobili şüurlu və müstəqil şəkildə seçmişdir (1.2). Müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 58948 Azərbaycan manatı müəyyən edilir. Alıcı 4300 Azərbaycan manatı ilkin ödəniş edir. Qalıq borc sayılacaq 54648 Azərbaycan manatı məbləği isə Alıcı xx.xx.2023 tarixindən etibarən 36 ay müddətində, ayda 1518 Azərbaycan manatı ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürür (2.1). Müqavilənini 2.1-ci bəndində müəyyən edilmiş məbləği (ilkin ödənişi), tərəflər bu müqaviləni imzaladıqdan sonra 1 (bir) iş günü ərzində Alıcı Satıcıya nağd qaydada ödəyir (2.2). Bu Müqavilədə göstərilməyən, qanunvericilikdə nəzərdə tutulan digər xərcləri tərəflər müstəqil ödəyir və onlar Müqavilənin ümumi dəyərinə daxil edilmir (2.3). Hazırkı Müqavilənin 1.1-ci mvaddəsində göstərilmiş nəqliyyat vasitəsinin dəyəri hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə əsasən müəyyən edilir (2.4). “Alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir (2.5). Hazırkı müqavilədə göstərilməyən, qanunvericilikdə nəzərdə tutulan digər xərcləri tərəflər müstəqil ödəyir və onlar nəqliyyat vasitəsinin hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə əsasən müəyyən edilmiş dəyərinə daxil deyil (2.6).

14. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Changan F 70” markalı (VİN: LSCBBZ2G5PG728387, yürüş 0 km) nəqliyyat vasitəsi qüsursuz və texniki saz vəziyyətdə cavabdehə təhvil verilmişdir.

15. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Changan F 70” markalı (VİN: LSCBBZ2G4NG702229, yürüş 0 km) nəqliyyat vasitəsi qüsursuz və texniki saz vəziyyətdə cavabdehə təhvil verilmişdir.

16. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Changan F 70” markalı (VİN: LSCBBZ2GXPG729065, yürüş 0 km) nəqliyyat vasitəsi qüsursuz və texniki saz vəziyyətdə cavabdehə təhvil verilmişdir.

17. İddiaçı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 4696 manat əsas borc, “Changan Hunter F70” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 665,19 manat, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 9256,82 manat əsas borc, “Changan Hunter F70” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 512,73 manat, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 8326,43 manat əsas borc, “Changan Hunter F70” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 243,76 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.

18. Cavabdeh iddiaya etiraz edərək borc məbləğinin düzgün hesablanmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir.

19. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

20. Əvvəla, qeyd edilməlidir ki, mülki dövriyyənin iştirakçıları təcrübədə bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq lazımi qaydada yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Buna səbəb tərəflərin razılaşma şərtlərinə və formalaşmış işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan qarşılıqlı güvən, hüquqi sənədləşmə ilə bağlı tərəflərə göstərilən xidmətin keyfiyyətsiz olması, bağlamaq istədikləri əqdlərin rəsmi qaydada bağlanması ilə bağlı çətinliklər və s. ola bilər.

21. Bu səbəbdən məhkəmə əqdə əsaslanan və ya əqdin etibarsızlığının təsbit olunmasına dair tələblərə baxarkən yalnız formal tələbləri (müqavilənin adını, onun hərfi mənasını, müqavilədə tərəfin iradəsinin ifadə olunmasını, əqdin yazılı və ya notarial formasına əməl olunmasını və s.) yoxlamaqla kifayətlənməməli, bəyan edilmiş iradənin formalaşmasına əsas olmuş şəraiti, niyyəti, tərəflər arasında müqaviləyə qədərki və sonrakı danışıqları və hərəkətləri nəzərə almalı, mübahisəli hüquq münasibətinə qiymət vermək tələb olunduqda, iradə ifadəsinin həqiqi məzmununu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

22. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyildir.

23. Qeyd olunan standartlar çərçivəsində tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli C-101-AAE-23 nömrəli, xx.xx.2023-cü il tarixli C-310-AAE-23 nömrəli və xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli müqavilələrə nəzər saldıqda aydın olur ki, tərəflər arasında baş tutan münasibətlərin xarakteri və şərtləri alqı-satqı müqaviləsindən daha çox lizinq müqaviləsinin elementlərini özündə əks etdirir. Belə ki, lizinq münasibətlərində də olduğu kimi, cavabdeh tərəfindən avtomobilə görə müqavilədə qeyd olunan aylıq ödənişlər ödənilməyə başlanmış, bu əsnada avtomobil üzərində mülkiyyət hüququ iddiaçıda olmuş, cavabdeh həmin avtomobili etibarnamə əsasında idarə etmiş, yalnız ödənişləri həyata keçirib qurtardıqdan sonra avtomobil üzərində mülkiyyət hüququnun cavabdehə keçməsi razılaşdırılmışdır. Bununla yanaşı, həmin müqavilələrdə, lizinq münasibətlərində olduğu kimi, nəqliyyat vasitəsinin satış məbləğinin borc məbləğinə yönəldilməsi razılaşdırılmış, iddiaçı nəqliyyat vasitəsinin nağd satışı ilə hazırkı qaydada satışı zamanı qiymət fərqini “mükafat məbləği” anlayışı ilə əsaslandırmışdır.

24. Beləliklə, necə adlandırılmasından asılı olmayaraq, məhkəmə xx.xx.2023-cü il tarixli C-101-AAE-23 nömrəli, xx.xx.2023-cü il tarixli C-310-AAE-23 nömrəli və xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli müqavilələrin lizinq müqaviləsi olduğunu, mübahisəyə lizinq müqaviləsi münasibətlərini tənzimləyən maddi hüquq normaları baxımından qiymət verilməsi qənaətinə gəlir.

25. Daha sonra məhkəmə bağlanmış lizinq müqavilələrinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri hesab edir.

26. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

27. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

28. xx.xx.2023-cü il tarixli C-101-AAE-23 nömrəli, xx.xx.2023-cü il tarixli C-310-AAE- 23 nömrəli və xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli lizinq müqavilələrinin 3.2.6-cı bəndinə əsasən, müqavilənin digər şərtlərini, o cümlədən satıcının müqavilədə nəzərdə tutulan müqaviləyə xitam vermək və ona dəyən zərərin əvəzini ödəmək hüquqlarını nəzərə almaq və bu hüquqlara xələl gətirməmək şərti ilə yalnız alıcı bu müqavilədə nəzərdə tutulan öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda satıcı alıcıya əvvəlcədən xəbərdarlıq etmədən müqaviləyə xitam verə bilər və avtomobilin alıcının razılığı tələb olunmadan ondan geri alınması üçün bütün zəruri tədbirləri görə bilər. Əhəmiyyətli pozuntu dedikdə, həmin pozuntunun nəticəsində aşağıdakı hallardan ən azı birinin baş verməsi və satıcının müqavilə üzrə marağının kəskin azalması və müqavilənin müddətinin davam etməsi üçün marağının qalmaması başa düşülür: c) alıcı müqavilə üzrə ödənişlərini tam və vaxtında ödəmədikdə və ya ödəməkdən boyun qaçırdıqda; d) alıcı eyni öhəliyi 2 dəfə və ya daha çox pozduqda.

29. Göründüyü kimi, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur.

30. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

31. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

32. Hazırda isə müəyyən edilməli hal konklyudent hərəkətin baş vermə anıdır. Belə ki, iddiaçı məhkəməyə iddia ərizəsi verilərkən lizinq obyektlərinin xx.xx.2024-cü il tarixdə qaytarıldığını və həmin tarixdə müqavilələrin ləğv edildiyini bildirmişdir

33. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli C-101- AAE-23 nömrəli, xx.xx.2023-cü il tarixli C-310-AAE-23 nömrəli və xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli lizinqi müqavilələri xx.xx.2024-cü il tarixdən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir. İddiaçının isə həmin tarixədək lizinq ödənişlərini tələb etmək hüququ vardır.

34. Lizinq ödənişlərinə münasibətdə isə məhkəmə göstərir ki, iddiaçı təqdim etdiyi arayışlarla göstərmişdir ki, “Changan F 70” markalı (VİN: LSCBBZ2G5PG728387, yürüş 0 km) nəqliyyat vasitəsinin nağd alışda qiyməti 43900 manat, 12 ay müddətinə 49649 manat, 24 ay müddətinə 54131 manat, 36 ay müddətinə isə 58642 manat, “Changan F 70” markalı (VİN: LSCBBZ2G4NG702229, yürüş 0 km) və “Changan F 70” markalı (VİN: LSCBBZ2GXPG729065, yürüş 0 km) nəqliyyat vasitələrinin nağd qiyməti 43000 manat, 12 ay müddətinə 49095 manat, 24 ay müddətinə 53977 manat, 36 ay müddətinə 58948 manat təşkil edir.

35. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi hissə-hissə satışda qiymət fərqinin iddiaçının lizinq mükafatı olduğunu bildirmişdir.

36. Belə olan halda, məhkəmə xx.xx.2023-cü il tarixli C-101-AAE-23 nömrəli, xx.xx.2023-cü il tarixli C-310-AAE-23 nömrəli və xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli müqavilələr üzrə borc məbləğinə münasibətdə aşağıdakıları qeyd edir.

37. İş materiallarında olan müqavilələr, hesabdan çıxarış və maliyyə arayışlarından görünür ki: – xx.xx.2023-cü il tarixli C-101-AAE-23 nömrəli müqavilə üzrə müqavilənin qiyməti 58642 manat, aylıq ödəniş 1507 manat razılaşdırılmış, 4390 manat ilkin ödəniş, 16556 manat aylıq ödəniş ödənilmiş, nəqliyyat vasitəsi təhvil alındıqdan sonra xx.xx.2024-cü il tarixdə 33000 manata satılmışdır; – xx.xx.2023-cü il tarixli C-310-AAE-23 nömrəli müqavilə üzrə müqavilənin qiyməti 58948 manat, aylıq ödəniş 1518 manat razılaşdırılmış, 4300 manat ilkin ödəniş, 6021,11 aylıq manat ödəniş ödənilmiş, nəqliyyat vasitəsi təhvil alındıqdan sonra xx.xx.2024-cü il tarixdə 32600 manata satılmışdır; – xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli müqavilə üzrə müqavilənin qiyməti 58948 manat, aylıq ödəniş 1518 manat razılaşdırılmış, 4300 manat ilkin ödəniş, 6021,11 manat aylıq ödəniş ödənilmiş, nəqliyyat vasitəsi təhvil alındıqdan sonra xx.xx.2024-cü il tarixdə 33000 manata satılmışdır.

38. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

39. Məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli C-101-AAE-23 nömrəli, xx.xx.2023-cü il tarixli C-310-AAE-23 nömrəli və xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli müqavilələrin lizinq müqaviləsinin daxili maliyyə lizinqi növünə aid olduğu işin müəyyən olunan halıdır. Mülki Məcəllənin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

40. Hər üç müqavilənin 3.1.3-cü bəndinə əsasən, avtomobilin dəyəri yalnız tam (gecikmələr nəticəsində yaranan cərimələr ilə birlikdə) ödənildikdən sonra satıcı avtomobil üzərinə mülkiyyət hüququnu itirir, alıcı isə avtomobili öz mülkiyyətinə qəbul edir.

41. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 12 yanvar tarixli Qərarında ifadə edilmiş mövqeyə görə, hüquq ədəbiyyatında lizinqin əsasən 2 növü fərqləndirilir: 1) Əməliyyat (operativ) lizinqi; 2) Maliyyə lizinqi. Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində əsasən maliyyə lizinqi nəzərdə tutulmuşdur. Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları əsasən müştəri (lizinq alan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinq alan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir.

42. Göründüyü kimi, maliyyə lizinqi müqaviləsi üzrə lizinq ödənişlərinin tam icra edilməsi lizinq obyekti üzrə mülkiyyət hüququnun lizinq alana keçməsi ilə nəticələnir. Başqa sözlə, maliyyə lizinq münasibətləri zamanı lizinq verənin maddi mənafeləri məhz bütün lizinq ödənişlərinin cəmi həddində olur, lizinq verənin lizinq müqaviləsi vaxtında və lazımi qaydada icra edilsə idi, əldə edəcəklərindən daha çoxunu tələb etməsi əsassız varlanmaya səbəb olur. Çünki bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur.

43. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli C-101-AAE-23 nömrəli, xx.xx.2023-cü il tarixli C-310-AAE-23 nömrəli və xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli müqavilərdə də oxşar tənzimlənmə aparılmışdır. Belə ki, lizinq müqaviləsinin ləğvi və onun nəticələri ilə bağlı müqavilə tərəflərinin razılaşmalarının əks olunduğu müqavilənin 3.2.7-ci bəndinə əsasən avtomobil satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda yerdə qalan məbləğ alıcıya qaytarılır. Bu məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir.

44. Hazırkı iş üzrə lizinq alanın təqsiri üzündən lizinq münasibətlərinə birtərəfli qaydada xitam edildiyi işin müəyyən olunmuş halıdır. Bu zaman isə lizinq əmlakının qalıq dəyəri müəyyən edilməli olan əsas meyardır.

45. Bundan başqa, cavabdeh hər üç lizinq müqaviləsi üzrə avans ödənişi etmişdir. Mülki Məcəllədə lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər.

46. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı avadanlığın əldə edilməsi ilə bağlı çəkilən xərclər, yəni avans kimi ödənilən məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir.

47. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini lizinq alan çəkmişdir. Lizinq alanı isə hazırki iş üzrə cavabdeh əvəz etmişdir.

48. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin borcu hesablanarkən avans ödənişləri də nəzərə alınmalıdır.

49. Yuxarıda ətaflı təsvir edilən yanaşmadan aydın olur ki, hər bir lizinq müqaviləsi üzrə cavabdehin borcu lizinq ödənişlərin cəmindən 1) əmlakın qalıq dəyəri (alqı-satqı müqavilələri üzrə), 2) ilkin ödəniş, 3) cavabdehin lizinq ödənişlərinin cəmi, 4) iddiaçının müqavilənin ləvği tarixindən sonrakı dövr üçün mükafat məbləği çıxılmaqla müəyyən edilməlidir.

50. xx.xx.2023-cü il tarixli C-101-AAE-23 nömrəli müqavilə üzrə, qeyd edildiyi kimi, müqavilənin qiyməti 58642 manat razılaşdırılmış, 4390 manat ilkin ödəniş, 16556 manat aylıq ödəniş ödənilmiş, nəqliyyat vasitəsi geri alındıqdan sonra 33000 manata satılmışdır. Təqdim edilən arayışdan “Changan F 70” markalı (VİN: LSCBBZ2G5PG728387, yürüş 0 km) nəqliyyat vasitəsinin nağd alışda qiymətinin 43900 manat, 36 ay müddətinə isə 58642 manat olduğu nəzərə alındıqda ümumi mükafat məbləğinin isə 14742 manat təşkil etdiyi aydın olur. Belə olan halda, müqavilənin ləğvi tarixi olan xx.xx.2024-cü ildən sonrakı dövr üçün mükafat məbləği 8503,95 (ümumi mükafat məbləği: 14742 – 15 ay üçün mükafat məbləği: 14742/36*15 – xx.xx.2025-xx.xx.2025-ci il tarixləri üçün mükafat məbləği: 14742/36/30*7) manat təşkil edir. Beləliklə, adıçəkilən müqavilə üzrə cavabdehin borcu -3807,95 manat (49-cu paraqrafdakı ardıcıllıqla 58642 manat – 33000 – 4390 – 16556 – 8503,95) müəyyən olunur.

51. xx.xx.2023-cü il tarixli C-310-AAE-23 nömrəli müqavilə üzrə, qeyd edildiyi kimi, müqavilənin qiyməti 58948 manat razılaşdırılmış, 4300 manat ilkin ödəniş, 6021,11 manat aylıq ödəniş ödənilmiş, nəqliyyat vasitəsi geri alındıqdan sonra 32600 manata satılmışdır. Təqdim edilən arayışdan “Changan F 70” markalı (VİN: LSCBBZ2G4NG702229, yürüş 0 km) nəqliyyat vasitəsinin nağd alışda qiymətinin 43000 manat, 36 ay müddətinə isə 58948 manat olduğu nəzərə alındıqda ümumi mükafat məbləğinin 15948 manat təşkil etdiyi aydın olur. Belə olan halda, müqavilənin ləğvi tarixi olan xx.xx.2024-cü ildən sonrakı dövr üçün mükafat məbləği 11503,2 (ümumi mükafat məbləği: 15948 – 10 ay üçün mükafat məbləği: 15948/36*10 – xx.xx.2025-ci il tarixi üçün mükafat məbləği: 15948/36/30*1) manat təşkil edir. Beləliklə, adıçəkilən müqavilə üzrə cavabdehin borcu 4523,69 manat (49-cu paraqrafdakı ardıcıllıqla 58948 manat – 32600 – 4300 – 6021,11 – 11503,2) müəyyən olunur.

52. xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli müqavilə üzrə, qeyd edildiyi kimi, müqavilənin qiyməti 58948 manat razılaşdırılmış, 4300 manat ilkin ödəniş, 6021,11 manat aylıq ödəniş ödənilmiş, nəqliyyat vasitəsi geri alındıqdan sonra 33000 manata satılmışdır. Təqdim edilən arayışdan “Changan F 70” markalı (VİN: LSCBBZ2GXPG729065, yürüş 0 km) nəqliyyat vasitəsinin nağd alışda qiymətinin 43000 manat, 36 ay müddətinə isə 58948 manat olduğu nəzərə alındıqda ümumi mükafat məbləğinin 15948 manat təşkil etdiyi aydın olur. Belə olan halda, müqavilənin ləğvi tarixi olan xx.xx.2024-cü ildən sonrakı dövr üçün mükafat məbləği 11769 (ümumi mükafat məbləği: 15948 – 9 ay üçün mükafat məbləği: 15948/36*09 – xx.xx.2025-xx.xx.2025-ci il tarixləri üçün mükafat məbləği: 15948/36/30*13) manat təşkil edir. Beləliklə, adıçəkilən müqavilə üzrə cavabdehin borcu 3587,89 manat (49-cu paraqrafdakı ardıcıllıqla 58948 manat – 33000 – 4300 – 6021,11 – 11769) müəyyən olunur.

53. Məhkəmə nəqliyyat vasitələrinə dəymiş zərərə münasibətdə isə aşağıdakıları qeyd edir.

54. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli təhviltəslim aktından görünür ki, “Changan F 70” markalı (VİN: LSCBBZ2G5PG728387) nəqliyyat vasitəsi həmin tarixdə iddiaçı tərəfindən təhvil alınmış, nəqliyyat vasitəsinin yürüşü 43645 km, mühərrik yağı, əyləc qəlibi, baqajın “ruçka”sının dəyişdirilməli olması müəyyən edilmişdir.

55. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli təhviltəslim aktından görünür ki, “Changan F 70” markalı (VİN: LSCBBZ2G4NG702229) nəqliyyat vasitəsi həmin tarixdə iddiaçı tərəfindən təhvil alınmış, nəqliyyat vasitəsinin yürüşü 20258 km, mühərrik yağı, hava filterləri, salon filterləri, şüşəsilənlərin dəyişdirilməli olması müəyyən edilmişdir.

56. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli təhviltəslim aktından görünür ki, “Changan F 70” markalı (VİN: LSCBBZ2GXPG729065) nəqliyyat vasitəsi həmin tarixdə iddiaçı tərəfindən təhvil alınmış, nəqliyyat vasitəsinin yürüşü 29957 km, mühərrik yağı, hava filterləri, salon filterlərinin dəyişdirilməli olması müəyyən edilmişdir.

57. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli və ********** nömrəli icra edilmiş xidmətlərə dair akt və təmir sifarişlərindən görünür ki, “Changan F 70” markalı (VİN: LSCBBZ2G5PG728387) nəqliyyat vasitəsinə 33,59 manat işçilik haqqı, 221,69 manat ehtiyat hissələri olmaqla ƏDV daxil 255,28 manat, 29,5 manat işçilik haqqı, 310,43 manat ehtiyat hissələri olmaqla ƏDV daxil 339,93 manat, 21,6 manat işçilik haqqı, 48,38 manat ehtiyat hissələri olmaqla ƏDV daxil 69,98 manat, ümumilikdə 665,19 manat zərər dəymişdir.

58. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli icra edilmiş xidmətlərə dair akt və təmir sifarişindən görünür ki, “Changan F 70” markalı (VİN: LSCBBZ2G4NG702229) nəqliyyat vasitəsinə 233,57 manat işçilik haqqı, 279,16 manat ehtiyat hissələri olmaqla ƏDV daxil 512,73 manat zərər dəymişdir.

59. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli icra edilmiş xidmətlərə dair akt və təmir sifarişindən görünür ki, “Changan F 70” markalı (VİN: LSCBBZ2GXPG729065) nəqliyyat vasitəsinə 23,6 manat işçilik haqqı, 220,16 manat ehtiyat hissələri olmaqla ƏDV daxil 243,76 manat zərər dəymişdir.

60. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

61. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)

62. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

63. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən öhdəliyin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.

64. Lakin mülki qanunvericliklə müəyyən edilmiş sübutetmə qaydasında görə müqavilə münasibətləri zamanı öhdəliyin pozulmasından irəli gələn zərərin ödənilməsi tələblərində təqsir prezumpsiya edilir, əksini borclunun sübutetməsi gözlənilir (borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur).

65. Bu səbəbdən hazırkı iş üzrə zərərin və zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin müəyyən olunması iş üzrə nəticəyə gəlinməsi üçün kifayətdir.

66. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

67. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

68. Mülki Məcəllənin normalarına görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Göründüyü kimi, lizinq müqaviləsinə xitam verilməsi ilə əlaqədar lizinq alan obyekti lizinq verənə geri qaytardıqda onun istifadədən dolayı normal köhnəlməsi nəzərə alınmalıdır, başqa sözlə, lizinq verən normal köhnəlməyə məruz qalan obyektə görə lizinq alandan hər hansı zərər tələb etməkdə haqlı deyildir.

69. Bu baxımdan hazırda nəqliyyat vasitələri alınarkən lizinq müqavilələri üzrə 36 aylıq lizinq müddətinin xx.xx.2023-cü il tarixli C-101-AAE-23 nömrəli müqavilə üçün 15 ayı, xx.xx.2023-cü il tarixli C-310-AAE-23 nömrəli müqavilə üçün 10 ayı, xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli müqavilə üçün 9 ayı tamam olmuşdur. Təqdim edilən təmir və icra edilmiş xidmətlərə dair aktlardan da mühərrik yağının, salon və hava filterlərinin dəyişdirilməsi, şüşəsilənlərin dəyişdirilməsi kimi işlərin görüldüyü görünür.

70. Göstərilənlər onu deməyə əsas verir ki, lizinq obyektinin ilkin baxışda hər hansı qüsura malik olmaması, 36 aylıq lizinq müddətinin 9-15 ayı tamam olarkən lizinq obyektinin təhvil alınması və qeyd edilən qüsurların xarakteri nəzərə alındığında aktlarda əks olunan işlərin görülməsi dəymiş zərər kimi qəbul edilə bilməz. Bu səbəbdən hazırda lizinq verən normal köhnəlməyə məruz qalan obyektə görə lizinq alandan hər hansı zərər tələb etməkdə haqlı deyildir.

71. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia əsas borc və dəymiş zərərə münasibətdə qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli C-310-AAE-23 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 4523,69 manat, xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 3857,89 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

72. İddiaçı xx.xx.2023-cü il tarixli C-101-AAE-23 nömrəli müqavilə üzrə 1905,49 manat, xx.xx.2023-cü il tarixli C-310-AAE-23 nömrəli müqavilə üzrə 2760,36 manat, xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli müqavilə üzrə 2487,52 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

73. xx.xx.2023-cü il tarixli C-101-AAE-23 nömrəli, xx.xx.2023-cü il tarixli C-310-AAE- 23 nömrəli, xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən hər gün üçün X1 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.

74. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

75. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

76. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

77. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də sonuncu ödəniş 2024-cü ilin yanvar ayında (hesabdan çıxarışa əsasən) olsa da, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

78. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin xx.xx.2023-cü il tarixli C-310-AAE-23 nömrəli müqavilə üzrə 226 manat, xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli müqavilə üzrə 190 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

79. xx.xx.2023-cü il tarixli C-101-AAE-23 nömrəli müqavilə üzrə isə cavabdehin iddiaçıya hər hansı borcu müəyyən edilmədiyindən mövcud olmayan borcun ödənilməsinin gecikdirilməsi üçün dəbbə pulu da tələb edilə bilməz.

80. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli C-310-AAE- 23 nömrəli müqavilə üzrə 226 manat, xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli müqavilə üzrə 190 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Lizinq müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı

81. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsas borca illik 5 faizlə hesablanmış 710,07 manat məbləğində pulun da tutulmasını tələb edir.

82. Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan - xx.xx.2023-cü tarixədək olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

83. Mülki Məcəllənin (cari redaksiya) 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

84. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

85. Məhkəmə qeyd edir ki, müqavilənin ləğvi tarixi olan xx.xx.2024-cü il tarixdən iddiaçı tərəfindən hesablamanın aparılması tarixi olan xx.xx.2025-ci il tarixədək 168 gün üçün qanuni faiz xx.xx.2023-cü il tarixli C-310-AAE-23 nömrəli müqavilə üzrə 104,1 (4523,69*5/100/365*168 gün) manat, xx.xx.2023-cü il tarixli C-330-AAE-23 nömrəli müqavilə üzrə 88,8 (3857,89*5/100/365*168 gün) manat təşkil edir.

86. Lakin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük pul məbləğini tələb edə bilməsin və ya tərəflərin razılığı ilə ayrı qayda nəzərdə tutulmasın. Hazırkı halda isə iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə istinad etməklə daha böyük pul məbləğini tələb etmiş, məhkəmə tərəfindən isə 226 manat və 190 manat məbləğində cərimə əsaslı hesab edilmişdir.

87. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanuni faizin tutulması hissəsində iddia rədd edilməlidir.

d) Məhkəmə xərcinin tutulması ilə bağlı

88. İddiaçı həmçinin ödənilmiş 184,78 manat dövlət rüsumunun və 1 manat komissiyanın cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

89. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 184,78 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli mədaxil qəbzi əsasında 1 manat komissiya haqqı tutulmuşdur.

90. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

91. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

92. Məhkəmə iddia tələbinin qismən təmin edildiyini və göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52 manat pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. V. Nəticə:

93. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, C-310-AAE-23 nömrəli müqavilə üzrə 4523,69 manat əsas borc, 226 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixili, C-330-AAE-23 nömrəli müqavilə üzrə 3857,89 manat əsas borc, 190 manat dəbbə pulu olmaqla ümumilikdə 8797,58 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı Cavabdehnə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı Cavabdehnə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar