Məhkəmə qərarları › İş №e-2-2(113)-2907/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2907/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2907/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliyin icra edilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində hesablanmış əsas borc olaraq 68082,57 manat (altmış səkkiz min səksən iki manat əlli yeddi qəpik), öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 5618,05 manat (beş min altı yüz on səkkiz manat beş qəpik), 312 (üç yüz on iki) manat məbləğdə dövlət rüsumu olmaqla, ümumilikdə 74012,62 manat (yetmiş dörd min on iki manat altmış iki qəpik) məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İcraçı”) ilə Cavabdeh MMC (bundan sonra “Sifarişçi”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən icraçı tərəfindən sifarişçiyə iaşə (catering) xidmətləri göstərilmişdir. İcraçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirsə də, sifarişçi tərəfindən öhdəliklər lazımi qaydada icra edilməmiş, göstərilmiş xidmətlərin dəyəri tam şəkildə ödənilməmiş və sifarişçinin icraçıya əsas borc olaraq 68082,57 (altmış səkkiz min səksən iki manat, əlli yeddi qəpik) manat, bundan başqa öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 5618,05 (beş min altı yüz on səkkiz manat, beş qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü bəndinə əsasən sifarişçi icraçının təqdim etdiyi hesab fakturaları onların təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Sifarişçi ödəniş müddətini pozduqda icraçıya hər gecikmə günü üçün vaxtında ödənilməyən məbləğin 0.1%-i miqdarında dəbbə pulu ödəməlidir. Həmçinin, müqavilənin 12.1-ci bəndinə əsasən tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisə, bir qayda olaraq, danışıqlar vasitəsi ilə həll edilməlidir. Eyni zamanda, müqavilənin 12.2-ci bəndinə əsasən tərəflər arasında meydana gələn mübahisə 30 (otuz) gün ərzində danışıqlar vasitəsi ilə həll edilmədikdə və ya həll edilməsi mümkün olmadıqda, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilir. Bununla bağlı olaraq ilk öncə icraçı tərəfindən sifarişçiyə elektron məhkəmə sistemi və internet vergi idarəsinin müvafiq sistemi vasitəsilə pretenziya məktubları göndərilmişdir. Həmin pretenziya məktubunda ödənilməli olan məbləğlərin pretenziya alındığı tarixdən sonrakı 30 (otuz) təqvim günü ərzində icraçının müqavilədə qeyd edilmiş bank hesabına ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Lakin qeyd edilən tələbin icra edilməsi təmin edilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 442, 443.1, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, ümumi olaraq ******* manatlıq xidmət göstərilmişdir. Cavabdeh tərəfdən ******* manatlıq ödəniş olubdur. 68020,27 manat ƏDV daxil qalıq məbləğdir. Son beş qaimə üzrə borc qalmışdır, 1 ədəd qaimə üzrə ödəniş qismən edilmişdir. İddia tələbi 68082 manat təşkil edir, 62 manat fərq var, lakin dəqiqləşmə verilməyib. 68020,27 manat qalıq borc məbləğidir və müqavilənin bəndinə əsasən hesablanmışdır. Müqaviləyə əsasən 13 gündən sonra 0,1 faiz məbləğ hesablanır və bu məbləğ cərimə məbləğidir. Hazırda xidmət göstərilmir. 2408 qaimə üzrə 23662 manat ödəniş edilmişdir. Digər qaimələr üzrə ödəniş olmamışdır.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi qismində Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti ilə icraçı qismində İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən icraçı tərəflər arasında qabaqcadan razılaşdırılmış və sifarişçinin işçilərinin çalışdığı sahələrə və ya sifarişçi tərəfindən icraçıya əvvəlcədən yazılı şəkildə bildirilən başqa məntəqələrə malları çatdırmağı və xidmətləri göstərməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə çatdırılan malların/göstərilən xidmətlərin müqabilində sifarişçi icraçıya müqavilədə nəzərdə tutulmuş miqdarda və qaydada haqq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən təchiz edilmiş malların/xidmətlərin həcmi və xidmət haqqının məbləği hər növbəti ayın ilk 5 təqvim günü ərzində tərtib edilən və bu müqaviləyə əlavə edilən təhvil-təslim aktı ilə müəyyənləşdirilir. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən sifarişçi icraçının təqdim etdiyi hesab-fakturaları onların təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Ödəniş tərəflərin qarşılıqlı razılığı ilə nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilir. Sifarişçi ödəniş müddətini pozduqda icraçıya hər gecikmə günü üçün vaxtında ödənilməyən məbləğin 0,1 faizi miqdarında dəbbə pulu ödəməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsinə dair müqaviləyə 1 saylı əlavənin məzmunundan müəyyən olunur ki, tərəflər razılaşırlar ki, icraçı sifarişçinin sifarişi ilə əlavədə qeyd olunan sayda, çeşiddə və qiymətlərlə qida məhsullarını təchiz etmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 042391 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 13970,14 manat təşkil edir.

10. xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 040729 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 34018,81 manat təşkil edir.

11. xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 202622 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 44411,42 manat təşkil edir.

12. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 931591 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 54384,19 manat təşkil edir.

13. xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 890139 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 72191,57 manat təşkil edir.

14. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 140104 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 80097,57 manat təşkil edir.

15. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 789858 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 71910,38 manat təşkil edir.

16. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 215319 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 60212,69 manat təşkil edir.

17. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 706454 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 60649,29 manat təşkil edir.

18. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 582370 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 52510,94 manat təşkil edir.

19. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 511705 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 50823,9 manat təşkil edir.

20. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 617316 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 52231,64 manat təşkil edir.

21. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 808256 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 45377,84 manat təşkil edir.

22. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 014462 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 67637,6 manat təşkil edir.

23. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 017637 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 56384,65 manat təşkil edir.

24. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 797045 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 76807,85 manat təşkil edir.

25. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 668036 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 80412,52 manat təşkil edir.

26. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 140297 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 54839,08 manat təşkil edir.

27. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 927666 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 38568,89 manat təşkil edir.

28. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 054814 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 38881 manat təşkil edir.

29. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 055434 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 52868,37 manat təşkil edir.

30. xx.xx.2024-cü il tarixli, MT2403 seriyalı, 00510051 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 42519,294 manat təşkil edir.

31. xx.xx.2024-cü il tarixli, MT2403 seriyalı, 00509822 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 34685,746 manat təşkil edir.

32. xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 701450 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 3888,34 manat təşkil edir.

33. xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 114226 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 28010,72 manat təşkil edir.

34. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11349432 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 36904,264 manat təşkil edir.

35. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10384597 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 29893,766 manat təşkil edir.

36. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 11254196 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 23662,304 manat təşkil edir.

37. xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 10915164 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 20220,716 manat təşkil edir.

38. xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 10915914 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 16351,614 manat təşkil edir.

39. xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 10767324 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 13051,036 manat təşkil edir.

40. xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 10998776 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 8746,16 manat təşkil edir.

41. xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 10612939 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 4930,748 manat təşkil edir.

42. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.

43. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-dən İddiaçı MMC-yə olan 68082,57 manat borcun 30 (otuz) təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

46. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən icraçı tərəflər arasında qabaqcadan razılaşdırılmış və sifarişçinin işçilərinin çalışdığı sahələrə və ya sifarişçi tərəfindən icraçıya əvvəlcədən yazılı şəkildə bildirilən başqa məntəqələrə malları çatdırmağı və xidmətləri göstərməyi, sifarişçi isə çatdırılan malların/göstərilən xidmətlərin müqabilində icraçıya müqavilədə nəzərdə tutulmuş miqdarda və qaydada haqq ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh öz üzərinə götürdüyü çatdırılan malların/göstərilən xidmətlərin müqabilində icraçıya müqavilədə nəzərdə tutulmuş miqdarda və qaydada haqqın ödənilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Həmin hal işdə olan sübutlarla (müqavilə, elektron qaimələr, hesabdan çıxarış və s.) öz təsdiqini tapır. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaya hər hansı etiraz edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ünvanlanmış, cavabdeh tərəfindən ona da münasibət bildiriləmiş, borcun ödənilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir.

47. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2022-ci il tarixli nömrəli müqavilə üzrə 68082,57 manat məbləğində əsas borcun tutulması təşkil edir.

48. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin iddiaçının yerinə yetirdiyi xidmətin dəyərini ödəmək vəzifəsi daşımasını, müvafiq olaraq iddiaçının yerinə yetirdiyi xidmətin dəyərinin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə qismən təmin edilməli Cavabdeh MMC-dən 68020,27 manat (altmış səkkiz min iyirmi manat iyirmi yeddi qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə təmin edilməməlidir. Borcun mövcudluğu işdə olan sübutlarla ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş elektron qaimələr üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 1422055,048 manat olan xidmət göstərilmişdir. Məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, cavabdeh tərəfindən 1354034,77 manat ödəniş edilmişdir və hal-hazırda iddiaçının cavabdehə olan borcu 68020,27 manat (1422055,04-1354034,77=68020,27) təşkil edir. Daha artıq ödənişin edilməsi ilə bağlı sübutlar cavabdeh tərəfindən məbkəməyə təqdim edilməmişdir. Ona görə də borcun tutulması hissəində hazırkı nəticəyə gəlinmişdir.

49. Bundan əlavə iddiaçı cavabdehdən 5618,05 manat dəbbə pulunun tutulmasını xahiş etmişdir.

50. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında imzalanmış müqavilənin 7.3-cü bəndinə əsasən sifarişçi icraçının təqdim etdiyi hesab fakturaları onların təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Sifarişçi ödəniş müddətini pozduqda icraçıya hər gecikmə günü üçün vaxtında ödənilməyən məbləğin 0.1%-i miqdarında dəbbə pulu ödəməlidir.

51. Məhkəmə tələb olunan dəbbə borcunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulunun məbləği azaldılaraq 3400 (üç min dörd yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

52. Eləcə də, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 312 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

53. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 301,5 manat (üç yüz bir manat əlli qəpik) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 68020,27 manat (altmış səkkiz min iyirmi manat iyirmi yeddi qəpik) əsas borc, 3400 (üç min dörd yüz) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 301,5 manat (üç yüz bir manat əlli qəpik) olmaqla, ümumilikdə 71721,77 manat (yetmiş bir min yeddi yüz iyirmi bir manat yetmiş yeddi qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar