Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2908/2025 10.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «X1” MMC-dən tutularaq İddiaçıMMC-yə 75449,73 (yetmiş beş min dörd yüz qırx doqquztam yüzdə yetmiş üç) manat məbləğində əsas borc; - Cavabdehin vəkil xidmətinə görə ödədiyi 5000 (beş min) manat; - 331,35 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıMMC (bundan sonra –İddiaçı) və Cavabdeh MMC(bundan sonra – Cavabdeh) arasında bağlanmış xx.xx.2024-cü il tarixli UBM ***-**** saylı Müqaviləyə əsasən İddiaçı Cavabdehə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək 140.507,36 manat dəyərində mal satmışdır. Cavabeh 65.057,63 manat məbləğini ödəmiş, 75449,73 (yetmiş beş min dörd yüz qırx doqquz tam yüzdə yetmiş üç) manat məbləğini isə indiyədək ödəməmişdir. Halbuki, Müqavilənin 3.2-ci bəndinə əsasən 15 bank günü ərzində bunu etməli idi.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli UBM ***-**** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən «Satıcı» «Alıcı»nın sifariş etdiyi məhsulları (bundan sonra "Əmtəə") tədarük etməyi. «Alıcı» isə onları qəbul edib və haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götrür.. - 1.2-ci bəndinə əsasən tədarük edilən Əmtəələrin tədarük edilmə müddəti və qiyməti, habelə onlar haqqında digər ətraflı nomenklatur məlumatlar, hər konkret partiya üzrə bu müqaviləyə əlavə ediləcək və onun ayrılmaz hissəsi hesab edilən Əlavələrdə (Azərbaycan Resbulikasının normativ aktları ilə müəyyən edilmiş tələblərə cavab verən bütün rekvizitləri olan - Hesab, qəbz, hesab-faktura və s.) müəyyənləşdirilir. - 3.1-ci bəndinə əsasən «Alıcının «Satıcı» ilə hər dəfə hesablaşması Əmtəələrin tədarükü faktına əsasən həyata keçirilir.. - 3.2-ci bəndinə əsasən «alıcı», hər konkret partiya üzrə Əmtəələrin dəyərini. Əlavələrdə göstərilmiş qiymətlərlə Əmtəələri aldıqda öncədən və ya 15 bank günü müddətinə «Satıcının hesabına köçürmə yolu ilə ödəyir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2024-cü il tarixli UBM ***-**** nömrəli alqı-satqı müqaviləsinə 01 saylı Əlavəyə əsasən iddiaçı tərəfindən cavabdehə malların adı,ölçü vahidi və məbləği razılaşdırılmışdır.Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. xx.xx.2024-cü il tarixli UBM ***-**** nömrəli alqı-satqı müqaviləsinə 02 saylı Əlavəyə əsasən iddiaçı tərəfindən cavabdehə malların adı,ölçü vahidi və məbləği razılaşdırılmışdır.Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. İddiaçı tərəfindən cavabdehə MT2406 11363974 nömrəli xx.xx.2024-cü il tarixli 4537.5248 manat məbləğində elektron qaimə, MT2406 11364251 nömrəli xx.xx.2024cü il tarixli 4453.7448 manat, MT2407 10136774 nömrəli xx.xx.2024-cü il tarixli 9014.728 manat, MT2407 10213492 nömrəli xx.xx.2024-cü il tarixli 8716.4712 manat, MT2407 10414138 nömrəli xx.xx.2024-cü il tarixli 8904.1384 manat, MT2407 10515031 nömrəli xx.xx.2024-cü il tarixli 9165.532 manat,MT2407 10686962 nömrəli xx.xx.2024-cü il tarixli 13227.1864 manat, MT2407 10825452 nömrəli xx.xx.2024-cü il tarixli 13197.0256 manat, MT2407 10920444 nömrəli xx.xx.2024-cü il tarixli 9041.5376 manat, MT2407 11430593 nömrəli xx.xx.2024-cü il tarixli 4601.1976 manat, MT2407 11431203 nömrəli xx.xx.2024-cü il tarixli 4467.1496 manat, MT2407 12008993 nömrəli xx.xx.2024-cü il tarixli 4641.7896 manat, MT2407 12010223 nömrəli xx.xx.2024-cü il tarixli 4520.3676 manat, MT2408 10126753 nömrəli xx.xx.2024-cü il tarixli 4718.112 manat, MT2408 10126369 nömrəli xx.xx.2024-cü il tarixli 4721.5812 manat, MT2408 10126612 nömrəli xx.xx.2024-cü il tarixli 4617.5052 manat, MT2408 10126248 nömrəli xx.xx.2024-cü il tarixli 4610.5668 manat, MT2408 11474796 nömrəli xx.xx.2024-cü il tarixli 4610.5668 manat, MT2408 11474975 nömrəli xx.xx.2024-cü il tarixli 4471.7988 manat, MT2408 11474697 nömrəli xx.xx.2024-cü il tarixli 4645.2588 manat, MT2408 12032767 nömrəli xx.xx.2024-cü il tarixli 4693.8276 manat, MT2408 12032748 nömrəli xx.xx.2024-cü il tarixli 4929.7332 manat məbləğində elektron qaimə, məbləğində elektron qaimə göndərilmişdir.
13. 13.02.2025-ci il tarixdi ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən “Vəkil və Partnyotları” vəkiol bürosunun hesabına 5000 manat ödəniş edilmişdir. V. Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
VI. Məhkəmənin mövqeyi:
16. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli UBM ***-**** tariхli alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə borcunun olması iş materiallarına əlavə edilmiş alqı-satqı müqavilələri, elektron qaimə və daşıma sənələri digər sübutlarla sübuta yetirilir.
18. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 75449.73 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
19. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 5000 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
20. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 331.35 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
21. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən 80 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli UBM ***-**** saylı müqavilə üzrə 75449.73 (yetmiş beş min dörd yüz qırx doqquz manat yetmiş beş qəpik) manat məbləğində əsas borc, vəkilə hüquqi xidmətə görə ödənilmiş 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumu kimi 331.35 (üç yüz otuz bir manat otuz beş qəpik) manat məbləğ tutularaq iddiaçı "X3" MMC -nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
. Hakim Günay Həşimova