Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2915/2025 30.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil1, Cavabdehin nümayəndəsi/vəkili Vəkil2 Oktay oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən vurulmuş zərərin əvəzi olaraq 31900 (otuz bir min doqquz yüz) avro və 5690 (beş min altı yüz doxsan) manat pulun, hüquqi yardıma görə vəkilə ödənilmiş 1500 (min beş yüz) manat vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 276 (iki yüz yetmiş iki) manat pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə tərəflər arasında bağlanmış barışıq sazişi və ərizə təqdim edilmişdir. Həmin ərizədə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 14:20-yə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının və cavabdehin nümayəndələri barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi və nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı (VÖEN: **********), direktoru Həsənov Azər şəxsində (bundan sonra “İddiaçı), digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi və nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh (VÖEN: **********), direktoru Vyachcslav Kazarov şəxsində (bundan sonra “Cavabdeh”), birlikdə “Tərəflər” adlandırılacaqlar. Barışıq Sazişini (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağladılar: a) İddiaçı MMC-nin Cavabdeh MMC-ə qarşı “borcun ödənilməsi” tələbinə dair e-2-2( 113)-2915/2025 saylı kommersiya işi hal-hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır. İddiaçı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək vurulmuş zərərin əvəzi olaraq 31900 (otuz bir min doqquz yüz) avro və 5690 (beş min altı yüz doxsan) manat pulun, hüquqi yardıma görə vəkilə ödənilmiş 1500 (min beş yüz) manat vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 276 (iki yüz yetmiş altı) manat pul vəsaitinin Cavabdehdən tutulub İddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. b) Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, qeyd olunan mübahisəni hazırkı Barışıq Sazişini bağlamaqla yekunlaşdırmaq qərarına gəldilər.
1. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ 1.1. Cavabdeh İddiaçı tərəfindən ona qarşı irəli sürülmüş müqavilədən irəli gələn öhdəliyin pozulmasından yaranmış pul tələbinə dair iddianın ümumilikdə 31900 (otuz bir min doqquz yüz) avro və 5690 (beş min altı yüz doxsan) manat pulun, hüquqi yardıma görə vəkilə ödənilmiş 1500 (min beş yüz) manat vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 276 (iki yüz yetmiş altı) manat pul vəsaitinin, yalnız ümumilikdə 27 900 (iyirmi yeddi min doqquz yüz) avro həcmində ödənilməsini qəbul edir. 1.2. İddiaçı qəbul edir ki, Cavabdeh İddiaçı qarşısında yalnız 27 900 (iyirmi yeddi min doqquz yüz) avro vəsaitin ödənilməsi öhdəliyini daşıyır. 1.3. Cavabdeh, İddiaçıya, Məhkəmə iddiasından öncə təqdim edilmiş Pretenziya əsasında 7709 (yeddi min yeddi yüz doqquz) manat ödəniş etmişdir. Mərkəzi Bankın xx.xx.2025-ci il tarixli məzənnəsinə əsasən 1 manat = 1.8669 avro təşkil edir. Manatın avroya olan nisbətində, cavabdeh tərəfindən ödənilən 7709 (yeddi min yeddi yüz doqquz) manat 4100 (dörd min yüz) avro təşkil edir. 1.4. Tərəflər arasında qəbul edilmiş 27 900 (iyirmi yeddi min doqquz yüz) avro borc məbləğindən 4100 (dörd min yüz) avro çıxılmaqla cavabdehin, iddiaçıya 23 800 (iyirmi üç min səkkiz yüz) avro borcu qalır. 1.5. Cavabdeh qalıq 23 800 (iyirmi üç min səkkiz yüz) avro məbləğindən, 15 800 (on beş min səkkiz yüz) avro məbləğini xx.xx.2025-ci il tarixinədək ödənilməsini, qalan 8000 (səkkiz min) avro məbləğini isə xx.xx.2025-ci il tarixinədək ödənilməsini mütləq şəkildə öz öhdəliyinə götürür. Ödəniş manatla həyata keçiriləcək və ödəniş günündə mövcud olan məzənnəyə əsasən avro valyutasında razılaşdırılmış borc məbləğinin manat ekvivalentində ödəniləcək. 1.6. İddiaçı Cavabdeh tərəfindən borc öhdəliyinin Sazişdə nəzərdə tutulmuş qaydada icra edilməsini qəbul edir və Cavabdehə qarşı heç bir əlavə iddia və tələb irəli sürmür. 1.7. Cavabdeh tərəfindən iddia tələbi üzrə borc öhdəliyinin Sazişin 1.1-1.5-cii bəndlərində müəyyən olunmuş qaydada tam icra edilməsi Cavabdehin İddiaçı qarşısındakı öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi hesab edilir. 1.8. Cavabdeh tərəfindən Əsas Borc məbləğinin Sazişdə nəzərdə tutulan müddətədək tam həcmdə İddiaçıya ödənilməməsi Cavabdehin Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir. Bu hal Sazişin məhkəmə qaydasında məcburi icraya yönəldilməsi, 23 800 (iyirmi üç min səkkiz yüz) avro məbləğində vəsaitin Cavabdeh tərəfindən ödənilməsi məqsədilə məcburi icra tədbirlərinin həyata keçirilməsinin tələb edilməsi üçün əsasdır.
2. DİGƏR MÜDDƏALAR 2.1. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. 2.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir. 2.3. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 261-262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 2.4. X2 üçün məcburi şərtləri özündə əks etdirməklə hər biri 2 (iki) səhifədən ibarət olan 3 (üç) əsl nüsxədən ibarət şəkildə tərtib olunur. Nüsxələrin biri İddiaçıda, biri Cavabdehdə saxlanılır, bir əsl nüsxə isə təsdiq edilməsi üçün Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Namazova