Məhkəmə qərarları › İş №e-2-2(113)-2919/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2919/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2919/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Firmasının Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Firması (İddiaçı Firması) Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 134271,73 manat əsas borc və 22328,13 ƏDV məbləği olmaqla, cəmi 156509,86 manat, müvəqqəti təminat tətbirlərinin verilməsinə dair ərizəyə görə ödənilmiş 45 manat, hazırkı iddia ərizəsinə görə ödənilmiş 447 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Firması ilə Cavabdeh MMC arasında bağlanmış 06/f saylı, xx.xx.2018-ci il tarixli tikinti materiallarının alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya 134271,73 manat əsas borc və 22328,13 ƏDV məbləği olmaqla, cəmi 156509,86 manat qalıq borcu vardır. Həmin məbləği cavabdeh bu günə qədər ödəməmişdir. Cavabdehə müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, yəni iddiaçıya olan qalıq borcun ödənilməsi məqsədilə bildiriş/pretenziya göndərilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Bu səbədən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini malı aldığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq satıcıya ödəməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 406, 425, 442, 445.7, 448.1, 567-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı Firması ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli, 06/f nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı tikinti materiallarını (laminasiya olunmuş yapışqanlı fanera (dikt) və taxta ГOCT 3916.1 - 96 və ya ГOCT 10.55-71 standartlarına uyğun) satmağı, alıcı - isə həmin tikinti materiallarını təhvil almağı və dəyərini vaxtında ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya satdığı tikinti materiallarının keyfiyyətinə, miqdarına zəmanət verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən alıcı 1 (bir) həftə əvvəlcədən alacağı tikinti materiallarının ölçülərini və miqdarını satıcıya bildirir. Sonradan alıcı alınacaq malların qiymət razılaşması protokolu əsasında dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı aldığı tikinti materiallarının dəyərini 5 (beş) iş günü ərzində Azərbaycan manatı ilə satıcının bank hesabına köçürmə qaydasında ödəməyi, əks tədqirdə, yəni 5 iş günü ərzində ödəməsə, onda hər gecikdirilən gün ücün ümumi məbləqin 0,01% dəbbə pulu ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bəzi hallarda alıcı alacağı malları (əgər satıcının anbarında olmasa) əvvəlcədən satıcıya sifariş edir və malın dəyərini əvvəlcədən ödəyərək malın ona təhvil verilmə vaxtını bildirir.

8. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 062851 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Firması tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14893,96 manat (ƏDV daxil) təşkil edir.

9. İddiaçı Firması və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 43 nömrəli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 2 adda 14893,96 manat ƏDV daxil mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 105707 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Firması tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17570,20 manat (ƏDV daxil) təşkil edir.

11. İddiaçı Firması və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 44 nömrəli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 2 adda 17570,20 manat ƏDV daxil mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 252408 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Firması tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12264,92 manat (ƏDV daxil) təşkil edir.

13. İddiaçı Firması və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 45 nömrəli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 2 adda 12264,92 manat ƏDV daxil mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 806267 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Firması tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 23629,56 manat (ƏDV daxil) təşkil edir.

15. İddiaçı Firması və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 46 nömrəli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 3 adda 23629,56 manat ƏDV daxil mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 350874 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Firması tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12402,98 manat (ƏDV daxil) təşkil edir.

17. İddiaçı Firması və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 47 nömrəli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 2 adda 12402,98 manat ƏDV daxil mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

18. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 956524 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Firması tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 19400,38 manat (ƏDV daxil) təşkil edir.

19. İddiaçı Firması və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 48 nömrəli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 3 adda 19400,38 manat ƏDV daxil mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

20. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 572867 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Firması tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 23651,92 manat (ƏDV daxil) təşkil edir.

21. İddiaçı Firması və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 49 nömrəli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 4 adda 23651,92 manat ƏDV daxil mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

22. xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 973835 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Firması tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 37614,98 manat (ƏDV daxil) təşkil edir.

23. İddiaçı Firması və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 50 nömrəli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 3 adda 37614,97 manat ƏDV daxil mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

24. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 062837 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Firması tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10036,79 manat (ƏDV daxil) təşkil edir.

25. İddiaçı Firması və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 51 nömrəli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 2 adda 10036,79 manat ƏDV daxil mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

26. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 099344 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı Firması tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 23576,40 manat (ƏDV daxil) təşkil edir.

27. İddiaçı Firması və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 52 nömrəli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 1 adda 23576,40 manat ƏDV daxil mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

28. İddiaçı Firması və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, İddiaçı Firmasının xx.xx.2023-cü il tarixə Cavabdeh MMC-yə 181632,12 manat və 6513,75 manat ƏDV borcunun olduğu qeyd edilmişdir. Qarşılıqlı borcların üzləşdirilməsi barədə akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

29. İddiaçı Firması və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, İddiaçı Firmasının xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-yə 134271,73 manat və 22328,13 manat ƏDV borcunun olduğu qeyd edilmişdir. Qarşılıqlı borcların üzləşdirilməsi barədə akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

30. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı müvafiq pretenziya göndərilmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

33. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən iddiaçı tikinti materiallarını satmağı, cavabdeh isə həmin tikinti materiallarını təhvil almağı və dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə satdığı tikinti mareriallarını ona təhvil vermiş, bununla bağlı tərəflər arasında təhvil-təslim aktları tətib edilərərək imzalanmış və möhürlənmiş, eyni zamanda cavabdehə müvafiq elektron qaimələr göndərilmişdir. İddiaçı məhkəməyə tərəflər arasında tərtib olunmuş 2 üzləşmə aktı təqdim etmişdir. Sonuncu xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, İddiaçı Firmasının xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-yə 134271,73 manat əsas borcu və 22328,13 manat ƏDV borcunun olduğu qeyd edilmişdir. Qarşılıqlı borcların üzləşdirilməsi barədə akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Beləlikə, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, xx.xx.2024-cü il tarixə iddiaçıya 134271,73 manat əsas borc və 22328,13 manat ƏDV borcu yaranmışdır.

34. İddia tələbini cavabdehdən Cavabdeh MMC-dən 134271,73 manat əsas və 22328,13 ƏDV olmaqla, cəmi 156509,86 manat məbləğində ödənilməmiş qalıq borcun tutulması təşkil edir.

35. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixə yaranan 134271,73 manat (yüz otuz dörd min iki yüz yetmiş bir manat yetmiş üç qəpik) əsas borc və 22328,13 manat (iyirmi iki min üç yüz iyirmi səkkiz manat on üç qəpik) əlavə dəyər vergisi məbləği tutularaq İddiaçı Firmasına ödənilməlidir.

36. Eləcə də, məhkəmə xərcləri ilə bağlı iddiaçı müvəqqəti təminat tətbirlərinin verilməsinə dair ərizəyə görə ödənilmiş 45 manat, hazırkı iddia ərizəsinə görə ödənilmiş 447 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

37. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 447 (dörd yüz qırx yeddi) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, müvəqqəti təminat tətbirlərinin tətbiq edilməsinə dair ərizə təmin olunmadığından ərizəyə görə ödənilmiş 45 manat rüsum cavabdehdən tutulmamalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2024-cü il tarixə olan 134271,73 manat (yüz otuz dörd min iki yüz yetmiş bir manat yetmiş üç qəpik) əsas borc və 22328,13 manat (iyirmi iki min üç yüz iyirmi səkkiz manat on üç qəpik) əlavə dəyər vergisi məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 447 (dörd yüz qırx yeddi) manat olmaqla, ümumilikdə 157046,86 manat (yüz əlli yeddi min qırx altı manat səksən altı qəpik) məbləğində pul vəsaiti İddiaçı Firmasının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar