Məhkəmə qərarları › İş №e-2-2(113)-2922/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2922/2022

16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2922/2022 16.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2426,42 manat məbləğində borcun və ilkin mediasiya sessiyasında ödənilən 60,00 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Kürdəmir filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 101 nömrəli alqı-satqı müqaviləsinə əsasən Kürdəmir rayonu, Mollakənd kəndi ərazisində 6,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5.852,72 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 260 manat məbləğində pambığın becərilməsi ilə bağlı ödənilən avans vəsait, 390,00 manat məbləğində şum, 442 manat məbləğində ziqzaqa mala, 156 manat məbləğində çiyid səpini, 338 manat məbləğində kultivasiya, 306,36 manat məbləğində əl yığımı, 1.536 manat məbləğində lifsiz çiyid, 2018-ci il mövsümündən ödənilməmiş 2424,36 manat nəzərə alınmaqla, ümumilikdə 5852,72 manat məbləğində avans verilmiş, işlər görülmüş, xidmətlər göstərilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq 3.226,30 manat məbləğində 4.986,35 kq. xam pambıq təhvil vermiş, 200 manat məbləğində ödəmə nəzərə alınmaqla, iddiaçıya 2.426,42 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Kürdəmir filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 101 nömrəli Müqavilə bağlanmışdır. Müqavilə hər iki tərəfin imzası və İddiaçı Kürdəmir filialının möhürü və nümayəndəsinin imzası ilə təsdiq edilmişdir. Müqavilənin pedmetini İddiaçı Kürdəmir filialı tərəfindən “Fermer” Cavabdeh məxsus (və ya icarədə olan) Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Fermer” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, “Filiala” təhvil verilməsi və “Filial” tərəfindən “fermerin” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. “Filial” tərəfindən “fermerə” məxsus və ya icarəsində olan torpaq sahəsində pambıq becərilməsi ilə əlaqədar Sözügedən müqavilənin 2.1.7-ci maddəsindəki cədvəldə göstərilən aqrotexniki xidmətlərin yerinə yetirilməsi razılaşdırılmışdır. İş materiallarında olan 30 mart 2019-cu il tarixli aktlarla müvafiq olaraq 2019-cu il pambıq mövsümü üçün müqavilə əsasında torpağın pambıq əkininə hazırlanması üçün müvafiq olaraq 7 ha sahədə (dəyəri 210 manat) və 6 ha sahədə (dəyəri 180 manat) cəm dəyəri 390 manat olan şum işlərinin görülməsini Cavabdeh özü də qəbul etmiş və qeyd edilən aktlar tərəflərin imzası və İddiaçı Kürdəmir filialının möhürü ilə təsdiq edilmişdir. Həmçinin də, İddiaçı Kürdəmir filialı tərəfindən Mollakənd kəndi ərazisində 13 ha sahədə səpin, kultivator işlərinin görülməsi müvafiq olaraq 2019-cu ilin may, iyun, iyul aylarında tərtib edilən aktlarla 442 manat məbləğində ziq-zaqa mala işlərinin, 156 manat məbləğində çiyid səpini, 338 manat məbləğində kultivasiya işlərinin görülməsi öz təsdiqini tapmışdır. Qeyd edilən aktlar fermer Cavabdeh və İddiaçı Kürdəmir filialının nümayəndələri tərəfindən imzalanmış və filialın möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş PAM00012161 nömrəli xx.xx.2019-cu il tarixli və PAM00021665 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqlarından məlum olur ki, İddiaçı tərəfindən Cavabdeh müvafiq olaraq arat suvarması üçün 260 manat və əl yığımı üçün 306.36 manat ödəniş edilmişdir. Eyni zamanda İddiaçı tərəfindən cavabdehə GVD seriyalı xx.xx.2019-cu il tarixli, 193478 nömrəli 1.536 manat məbləğində qaimə faktura verilmişdir. Qaimə-faktura həm İddiaçı nümayəndələri, həm də Cavabdeh tərəfindən imzalanmış və İddiaçı Kürdəmir filialının möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından Mülki Məcəllənin alqısatqı müqaviləsinə aid normalar tətbiq edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 101 nömrəli müqavilə mahiyyət etibarı ilə alqı-satqı müqaviləsidir. Adıçəkilən müqavilənin bağlanmasında əsas məqsəd yetişdirilmiş pambığın alınması təşkil edir. Müqavilə münasibətlərində satıcı olaraq fermer Cavabdeh, alıcı isə İddiaçı çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Hazırkı işdə də, xx.xx.2019-cu il tarixli tərəflərin imzalamış olduğu üzləşmə aktından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixə cəmi 12.922,8 borcu olmuşdur. İddiaçı tərəf də, qeyd edilən əvvəlki dövrə aid borc məbləğindən 2.424,36 manat məbləğində borcunun qaldığını, 260 manat məbləğində pambığın becərilməsi ilə bağlı ödənilən avans vəsait, 390,00 manat məbləğində şum, 442 manat məbləğində ziq-zaqa mala, 156 manat məbləğində çiyid səpini, 338 manat məbləğində kultivasiya, 306,36 manat məbləğində əl yığımı, 1.536 manat məbləğində lifsiz çiyid verildiyini və beləliklə cəmi 5.852,72 manat xərcin çəkildiyini bildirir. Həmçinin qeyd edilən məbləğdən 3.226,30 manatlıq xam pambıqın təhvil verildiyini, 200 manat ödəniş etdiyini bildirmiş və qalıq 2.426,42 manat pulu tələb edir. İş materiallarında olan aktlar və qəbzlərindən də göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə pambıqın yetişdirilməsi və yetişmiş xam pambığın ona satılması üçün iddiaçı tərəfindən 5.852,72 manat xərcin çəkilməsi və iddiaçının da iddia ərizəsində qeyd etdiyi məbləğlər çıxılmaqla cavabdehin 2.426,42 manat borcunun qaldığı öz təsdiqini tapır. Həmçinin də, iddiçı tərəf məhkəmə icraatı zamanı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 400 manat ödəniş edildiyini bildirərək borcun 2.026,42 manat qaldığını bildirir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2.026,42 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan Arayışdan görünür ki, İddiaçı mediasiya xərci olaraq 60 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 2,026 (iki min iyirmi altı) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar