Məhkəmə qərarları › İş №e-2-2(113)-2922/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2922/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2922/2024 02.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdehlə bağlanmış 28 noyabr 2017-ci il tarixdə 281117 saylı müqavilə üzrə öhdəliklərin məcburi icrasının cavabdehə həvalə edilməsi, cavabdeh "xxxx" MMC-dən müqavilə öhdəliyi üzrə gecikdirilmiş dəbbə pulu olan 13.500 ABŞ dolları məbləğində pulun, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhər 18 saylı Vəkil bürosuna ödənilmiş 400 manat pulun, işin icrasının gecikdilməsi nəticəsində İddiaçı Mənzil Tikinti Koperativi-nə vurulmuş mənəvi zərərin əvəzi kimi 20.000 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi kimi, 213 manat pulun tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə 02 avqust 2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə təqdim edərək iddianın baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələblərinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. ********** nömrəli qəbzə əsasən ödənilmiş 212 (iki yüz on iki) manat məbləğində dövlət rüsumu İddiaçınə geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar