Məhkəmə qərarları › İş №e-2-2(113)-2925/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2925/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2925/2022 24.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 229,14 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 22,91 manat məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı X3 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanılmışdır. Əməkdaşlığımız müddətində cavabdeh ayrıayrı tarixlərdə İddiaçı MMM-nə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin, cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldıqları mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək bu günə kimi İddiaçı MMMnə olan 229,14 manat borcunu ödəməmiş və aramızda bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Alqı-Satqı Müqaviləsinin 5.1-ci bəndinə əsasən, alıcı kreditlə aldığı malın dəyərini 2 saylı əlavədə müəyyən edilmiş müddət ərzində, yəni 30 iş günü ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10% müəyyən edilir. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh qeydiyyatda olduğu ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli 4841/J20 nömrəli İddiaçı ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh sifarişi əsasında malları Cavabdeh satır. Cavabdeh isə malların dəyərini nağd və ya hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 2 saylı əlavənin şərtlərinə əsasən İddiaçınə ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən Cavabdeh kreditlə aldığı malın dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 2 saylı əlavəsində müəyyən edilmiş müddət ərzində ödəmədikdə İddiaçı Cavabdeh gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2 %-i həcmində faiz tələb etmək hüququna malikdir. xx.xx.2020-ci il tarixli EBAV seriyalı 213327 nömrəli və xx.xx.2020-ci il tarixli EBAS seriyalı 889819 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı Cavabdeh ümumi dəyəri 310,5 manat məbləğində olar malları satmışdır. xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli HDP/7 nömrəli malların təhvil-qəbul aktından görünür ki, müqavilədə qeyd olunan mallar Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 18757791 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş 30 manat məbləğində mediasiyaya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsindən görünür ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddiaçının 229,14 manat əsas borc 22,91 manat dəbbə pulu və mediasiya sessiyasına ödənilmiş 30 manatın tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh 229,14 manat əsas borc, 22,91 manat dəbbə pulu və mediasiya sessiyasına ödənilmiş 30 manat, cəmi 282,05 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar