Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-293/2024 11.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 fevral 2022-ci il tarixli 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə üzrə 12977,85 manat məbləğində borc, 2336 manat cərimə məbləğinin və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak edərək, məhkəməyə xx.xx.2023-cü il tarixli barışıq sazişi təqdim etmiş və təsdiq olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Cavabdeh cərimə məbləği hissəsində güzəşt edilərək 100,0 manat kimi müəyyənləşdirilsin;
2. Cavabdeh iddiaçıya borcu 12977,85 manat əsas, 100,0 manat cərimə və 200,0 manat rüsum olmaqla, ümumilikdə 13277,85 manat (on üç min iki yüz yetmiş yeddi manat səksən beş qəpik) kimi müəyyənləşdirilsin;
3. Cavabdeh ümumi borcunu aşağıdakı cədvəldə qeyd edilmiş tarixlər üzrə və onlara müvafiq məbləğlərdə İddiaçınə qaytarmağı öz öhdəsinə götürür:
Ödənişin tarixi (İl/Ay) Ödəniləcək məbləğ (AZN) Qalıq borc (AZN) 13277,85 2023 Dekabr 1000,00 12277,85 2024 Yanvar 200,00 12077,85 2024 Fevral 200,00 11877,85 2024 Mart 3000,00 8877,85 2024 Aprel 200,00 8677,85 2024 May 200,00 8477,85 2024 İyun 200,00 8277,85 2024 İyul 200,00 8077,85 2024 Avqust 200,00 7877,85 2024 Sentyabr 200,00 7677,85 2024 Oktyabr 200,00 7477,85 2024 Noyabr 200,00 7277,85 2024 Dekabr 3400,00 3877,85 2025 Yanvar 200,00 3677,85 2025 Fevral 200,00 3477,85 2025 Mart 3477,85 0,00 Ümumi ödəniş məbləği: 13277,85 AZN
4. Cavabdeh yuxarıda qeyd edilən cədvəl üzrə ödəniş şərtlərinə əməl etmədikdə məhkəmə qərardadı əsasında təsdiq olunmuş bu “Barışıq sazişi” qanunvercilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldiləcəkdir. Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi – qanuni təmsilçisi X2 və cavabdeh tərəfindən imzalanmış, iddiaçının möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, adıçəkilən barışıq sazişində iddiaçının çəkdiyi mediasiya xərcinin də bölüşdürülməsi (cavabdehdən tutulması) barədə razılıq ifadə edildiyindən, həmin razılığa uyğun olaraq da qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh cərimə məbləği hissəsində güzəşt edilərək 100,0 manat kimi müəyyənləşdirilsin;
2. Cavabdeh iddiaçıya borcu 12977,85 manat əsas, 100,0 manat cərimə və 200,0 manat rüsum olmaqla, ümumilikdə 13277,85 manat (on üç min iki yüz yetmiş yeddi manat səksən beş qəpik) kimi müəyyənləşdirilsin;
3. Cavabdeh ümumi borcunu aşağıdakı cədvəldə qeyd edilmiş tarixlər üzrə və onlara müvafiq məbləğlərdə İddiaçınə qaytarmağı öz öhdəsinə götürür:
Ödənişin tarixi (İl/Ay) Ödəniləcək məbləğ (AZN) Qalıq borc (AZN) 13277,85 2023 Dekabr 1000,00 12277,85 2024 Yanvar 200,00 12077,85 2024 Fevral 200,00 11877,85 2024 Mart 3000,00 8877,85 2024 Aprel 200,00 8677,85 2024 May 200,00 8477,85 2024 İyun 200,00 8277,85 2024 İyul 200,00 8077,85 2024 Avqust 200,00 7877,85 2024 Sentyabr 200,00 7677,85 2024 Oktyabr 200,00 7477,85 2024 Noyabr 200,00 7277,85 2024 Dekabr 3400,00 3877,85 2025 Yanvar 200,00 3677,85 2025 Fevral 200,00 3477,85 2025 Mart 3477,85 0,00 Ümumi ödəniş məbləği: 13277,85 AZN
4. Cavabdeh yuxarıda qeyd edilən cədvəl üzrə ödəniş şərtlərinə əməl etmədikdə məhkəmə qərardadı əsasında təsdiq olunmuş bu “Barışıq sazişi” qanunvercilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldiləcəkdir.
İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Nərmin Əhmədova