Məhkəmə qərarları › İş №e-2-2(113)-2937/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2937/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2937/2023 31.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli, 2022ET025 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçınin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.222,45 manat (ƏDV daxil) əsas və 200 manat mediasiya təşkilatına ödənilmiş rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında 19 oktyabr 2022-ci il tarixdə, 2022ET025 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu nüqaviləyə əsasən satıcı bağlantı elemanlarını alıcıya satır, alıcı isə malları qəbul edib dəyərini ödəyir. Müqavilənin 2.1.-ci maddəsinə əsasən müqavilə üzrə satılan mala görə alıcı satıcıya hər sifariş üzrə qiymət razılaşma protokolu və ona müvafiq tərtib olunan qaimə-fakturada qeyd olunan malın tam dəyərinin nağd və ya nağdsız qaydada ödənilməsini təmin etməlidir. (Müqavilənin surəti qoşma kimi əlavədə sizə təqdim olunur.) Müqavilə üzrə 19 oktyabr 2022-ci il tarixində cavabdehə 1.566,45 manat dəyərində mallar göndərilmiş və cavahdeh tərəfindən təhvil alınmışdır. 19 oktyabr 2022-ci il tarixində buna dair cavabdehə elektron-qaimə də göndərilmişdir. 24 oktyabr 2022-ci il tarixində cavabdehə 3.776 manat dəyərində mallar təhvil verilmiş, tərəflər arasında buna dair qiymət razılaşdırma protokolu təsdiqlənmiş və iddiaçı tərəfindən cavabdehə elektron-qaimə göndərilmişdir. 01 noyabr 2022-ci il tarixində 4.720 manat məbləğində mallar cavabdehə təhvil verilmiş, buna dair 3 saylı qiymət razılaşdırma protokolu tərəflərin imzası ilə təsdiqlənmiş və elektron-qaimə göndərilmişdir. 16 noyabr 2022-ci il tarixində 4.720 manat məbləğində mallar cavabdehə təhvil verilmiş, buna dair 4 saylı qiymət razılaşdırma protokolu tərəflərin imzası ilə təsdiqlənmiş və elektron-qaimə göndərilmişdir. 06 dekabr 2022-ci il tarixində 9.440 manat dəyərində mallar cavabdehə təqdim edilmiş və buna dair elektron-qaimə göndərilmişdir. Yuxarıda göstərilən mallar satıcı tərəfindən alıcıya təhvil verilsə də, alıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək bugünədək malların dəyərini ödəməmişdir. Müqaviləyə əsasən onların şirkətinə müxtəlif çeşidli mallar təhvil verilmişdir. Hazırda alqı-satqı müqaviləsi üzrə cavabdehin 24.222,45 manat (ƏDV daxil) borcu mövcuddur. Yuxarıda göstərilən borcun ödənilməsi ilə əlaqədar qarşı tərəflə dəfələrlə əlaqə saxlanılmağa çalışılmış, xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. Lakin məsələ həllini tapa bilməmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış olan müqavilənin 8.4.-cü bəndinə əsasən cavabdeh müəyyən olunmuş vaxt ərzində ödənişi gecikdirdiyi üçün gecikdirmənin hər günü üçün 0,5 faiz həcmində cərimə ödəməli idi. Cavabdeh müqavilə üzrə ona göndərilmiş elektron-qaimənin ona çatdığı gündən etibarən 30 gün ərzində ödənişi etmədiyindən hal-hazırda 24.222,45 manat əsas borcla yanaşı 6.745,56 cərimə məbləğini ödəməlidir. Əsas borcun və mediasiyaya ödənilmiş rüsumla yanaşı 6.745,56 cərimə məbləğinin də cavabdehdən tələb etmələri nəzərə alınmalıdır. Bu səbəbdən 24.222,45 manat (ƏDV daxil) əsas və 200 manat mediasiyaya təşkilatına ödənilmiş rüsumu və 6.745,56 cərimə məbləğini iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaya qarşı etiraz verərək iddianın rədd olunmasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbləri əsassızdır. Belə ki, Cavabdeh xx.xx.2022-ci il tarixində fiziki şəxs X4 ilə ( AZE16020567, Fin kod 2G2NHK7) 01/22 nömrəli müqavilə bağlayaraq və üzləşmə aktı tərtib etməklə bu öhdəliklərin icrasını ona həvalə etmişdir. Həmin şəxs dələduzluq edərək bu hərəkəti dəfələrlə Cavabdeh və digər şəxslərə qarşı təkrarlamış və barəsində Xətai RPİ-də araşdırma başlanılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək iddia ərizəsinə qarşı vermiş olduğu etirazında göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəömə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçınin Azərbaycan Respublikasındakı Filialı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 19 oktyabr 2022-ci il tarixdə, 2022ET025 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən, satıcı bağlantı elemanlarını (bundan sonra «Mal» adlanacaq) alıcıya satır, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəyir. 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtlərindən irəli gələn alqı-satqı obyekti olan Malın adı, çeşidi (növü), sayı (miqdan), dəyəri hər bir mal sifarişi üzrə qiymət razılaşma protokolu və ona müvafiq tərtib edilən qaimə-faktura (və ya elektron qaimə) ilə müəyyən edilir. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə satılan mala görə alıcı satıcıya hər sifariş üzrə qiymət razılaşma protokolu və ona müvafiq tərtib edilən qaimə- fakturada (və ya elektron qaimə) qeyd olunan malın tam dəyərinin nağd və ya nağdsız şəkildə ödənilməsini təmin etməlidir. 2.2-ci bəndinə əsasən malın dəyəri pul vəsaiti formasında malın alıcıya təhvil verildiyi tarixdən etibarən 30 təqvim günü ərzində satıcıya ödənilməlidir. 3.1.1-ci bəndinə əsasən satıcı müqavilənin 3.4-cü bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra olunmasını və onların pozulmasına yol verilməməsini alıcıdan tələb edə bilər. 3.4.3-cü bəndinə əsasən alıcı malın qiymətini müqavilənin 2-ci bəndi ilə müəyyən olunan şərtlərlə və qaydada satıcıya ödəməlidir. 3.4.4-cü bəndinə əsasən alıcı müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür. 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və “xx.xx.2023-ci ilədək/12 ay” müddətinə qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir. 19 oktyabr 2022-ci il tarixli, 2022ET025 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan 01 nömrəli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti (ümumilikdə 238,95 manat ƏDV daxil 1.566,45 manat olaraq) razılaşdırılmışdır. 01 nömrəli qiymətlərin razılaşdırılma protokolu hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ümumilikdə (ƏDV daxil) 1.566,45 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 527749 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh göndərilmişdir. xx.xx.2022-ci il tarixli 001779 nömrəli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixində müxtəlif adda, miqdarda və qiymətlərdə olan cəmi (238,95 manat ƏDV daxil) 1.566,45 manat məbləğində mallar Cavabdeh təhvil verilmişdir. Malların təhvil-qəbul aktı satıcı ilə yanaşı, alıcı Cavabdehyın imzası ilə də təsdiq edilmişdir. 19 oktyabr 2022-ci il tarixli, 2022ET025 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan 02 nömrəli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti (ümumilikdə 576 manat ƏDV daxil 3.776 manat olaraq) razılaşdırılmışdır. 02 nömrəli qiymətlərin razılaşdırılma protokolu hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ümumilikdə (ƏDV daxil) 3.776 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 778988 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh göndərilmişdir. xx.xx.2022-ci il tarixli 001785 nömrəli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixində müxtəlif adda, miqdarda və qiymətlərdə olan cəmi (576 manat ƏDV daxil) 3.776 manat məbləğində mallar Cavabdeh təhvil verilmişdir. Malların təhvil-qəbul aktı satıcı ilə yanaşı, alıcı Cavabdehyın imzası ilə də təsdiq edilmişdir. 19 oktyabr 2022-ci il tarixli, 2022ET025 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan 03 nömrəli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti (ümumilikdə 720 manat ƏDV daxil 4.720 manat olaraq) razılaşdırılmışdır. 03 nömrəli qiymətlərin razılaşdırılma protokolu hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ümumilikdə (ƏDV daxil) 4.720 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 411499 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh göndərilmişdir. xx.xx.2022-ci il tarixli 001795 nömrəli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixində müxtəlif adda, miqdarda və qiymətlərdə olan cəmi (720 manat ƏDV daxil) 4.720 manat məbləğində mallar Cavabdeh təhvil verilmişdir. Malların təhvil-qəbul aktı satıcı ilə yanaşı, alıcı Cavabdehyın imzası ilə də təsdiq edilmişdir. 19 oktyabr 2022-ci il tarixli, 2022ET025 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan 04 nömrəli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti (ümumilikdə 720 manat ƏDV daxil 4.720 manat olaraq) razılaşdırılmışdır. 04 nömrəli qiymətlərin razılaşdırılma protokolu hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ümumilikdə (ƏDV daxil) 4.720 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 306746 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh göndərilmişdir. xx.xx.2022-ci il tarixli 001606 nömrəli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixində müxtəlif adda, miqdarda və qiymətlərdə olan cəmi (720 manat ƏDV daxil) 4.720 manat məbləğində mallar Cavabdeh təhvil verilmişdir. Malların təhvil-qəbul aktı satıcı ilə yanaşı, alıcının imzası ilə də təsdiq edilmişdir. Cavabdeh (satıcı) ilə X4 (alıcı) arasında 18 may 2022-ci il tarixdə, 01/22 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti satıcının alıcını müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda (əlavədə) göstərilən mallarla təmin etməkdən ibarətdir. 7-ci bəndinə görə bu müqavilə tərəflərin razılığına əsasən xx.xx.2022-ci il tarixindən müddətsiz olaraq bağlanmışdır. Tərəflərdən birinin təşəbbüsü ilə 30 gün əvvəl qabaqcadan yazılı bildiriş verməklə müqaviləyə xitam verilə bilər. xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşdirmə aktı ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə alıcıya 63.528 manatlıq mal verilmiş, 21.213,20 manat ödəniş edilmiş və alıcı X1 Cavabdeh xx.xx.2022-ci il tarixə 42.314,80 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ümumilikdə (ƏDV daxil) 9.440 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 618298 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh göndərilmişdir. xx.xx.2022-ci il tarixli 001628 nömrəli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixində müxtəlif adda, miqdarda və qiymətlərdə olan cəmi (1.440 manat ƏDV daxil) 9.440 manat məbləğində mallar Cavabdeh təhvil verilmişdir. Malların təhvil-qəbul aktı satıcı ilə yanaşı, alıcının imzası ilə də təsdiq edilmişdir. Cavabdeh ilə X4 arasında 2022-ci il üçün aparılmış qarşılıqlı hesablaşma vəziyyətinə görə müəyyən olunur ki, xx.xx.2022-ci il üçün malların və xidmətlərin təqdim edilməsi (EBCH seriyalı, 5277492) üzrə 1.565,45 manat, xx.xx.2022-ci il üçün malların və xidmətlərin təqdim edilməsi (EBCH seriyalı, 778988) üzrə 3.776 manat, xx.xx.2022-ci il üçün malların və xidmətlərin təqdim edilməsi (EBCH seriyalı, 411499) üzrə 4.720 manat, xx.xx.2022-ci il üçün malların və xidmətlərin təqdim edilməsi (EBCH seriyalı, 306746) üzrə 4.720 manat və xx.xx.2022-ci il üçün malların və xidmətlərin təqdim edilməsi (EBCH seriyalı, 618298) üzrə 9.440 manat olmaqla Cavabdeh Necmeddin oöluna xx.xx.2022-ci il tarixinə ümumilikdə 24.222,45 manat borcu vardır. xx.xx.2022-ci il tarixli müqavilə üzrə alıcıya 63.528 manatlıq mal verilmiş, 21.213,20 manat ödəniş edilmiş və alıcı X1 Cavabdeh xx.xx.2022-ci il tarixə 42.314,80 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlayaraq 3 gün müddətində borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında 19 oktyabr 2022-ci il tarixli 2022ET025 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən ümumilikdə ƏDV daxil 24.222,45 manat dəyərində olan malları cavabdehə təqdim edərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Nəticədə Cavabdeh həmin müqavilə üzrə İddiaçınin Azərbaycan Respublikasındakı Filialına ƏDV daxil 24.222,45 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, malların təqdim edilməsi faktı iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələrlə və eləcə də ikitərəfli təhvil-qəbul aktları ilə təsdiq edilməklə yanaşı, həmin fakt məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili tərəfindən də mübahisələndirilməmişdir. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 24.222,45 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iCavabdeh 24.222,45 manat məbləğində pul tutularaq iddiaçı X6 Elemanlari Teknolojileri Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına ödənilməlidir. Mübahisəli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin Cavabdeh tərəfindən X3 ötürülməsi barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, həmin halı təsdiq etmək üçün iddiaçının təqdim etdiyi Turqay Tuna ilə X4 arasında bağlanmış müqavilə mahiyyətinə görə alqı-satqı müqaviləsi olmaqla iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehin öhdəliklərinin S.Səlimova verilməsi barədə şərtləri ehtiva etmir. Digər tərəfdən Mülki Məcəllənin: 522.1-ci maddəsinə görə kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddəsinə görə əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Hazırkı halda isə cavabdeh Turqay Tuna ilə S.Səlimov arasında öhdəliyin verilməsi barədə razılaşmanın olması ehtimal edilsə belə, həmin razılaşmanın bağlanmasına kreditorun (iddiaçının) razılığının olması iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, həmin razılaşmanın etibarlı əqd kimi qəbul edilməsi üçün əsas yoxdur. İddiaçı alqı-satqı müqaviləsi üzrə əsas borcla yanaşı dəbbə pulunun tutulması tələbinə də irəli sürmüşdür. Mülki Məcəllənin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin yuxarıda göstərilən halları ilə cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərin pozulmasının müəyyən edildiyini, eləcə də həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsinin nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı əsas borcla yanaşı dəbbə pulunun da cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 183 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 180 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ƏDV daxil 24.222,45 manat əsas borc, 1200 manat məbləğində dəbbə pulu, cəmi 25.422,45 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 180 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar