Məhkəmə qərarları › İş №e-2-2(113)-294/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-294/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-294/2020 31.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil Rəfail oğlunun, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı verilmiş malları geri təhvil götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 3.313,44 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh MMC ilə aralarında bağlanmış olan alğı-satqı müqaviləsinə əsasən cavabdehə malın satışı həyata keçirilmiş və qeyd olunan malın miqdarı, qiyməti və digər əlamətləri qaimə-fakturalarda müəyyən edilmişdir. Bununla əlaqədar olaraq cavabdehə iddia ərizəsinə əlavə edilmiş elektron qaimə əsasında 3.313,44 manat məbləğində mal verilmişdir. Ümumilikdə, borc məbləğini təşkil etmiş 3.313,44 manat pul vəsaiti cavabdeh tərəfindən onlara bugünədək ödənilməmişdir. Bununla əlaqədar olaraq xx xxxxxx 2019-cu il tarixdə cavabdehə pretenziya verilərək borclu olduqları 3.313,44 manat məbləğin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh öhdəliyi icra etməmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri olaraq Cavabdeh MMC-nin “xxxxxxxxx“ ASC-də olan AZ33PAHA40040AZNHC********** hesab nömrəsi üzərinə iddia tələbi həcmində həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1580/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddianın təmin etmə tədbiri kimi Cavabdeh MMC-nin “xxxxxxxxx“ ASC-də olan AZ33PAHA40040AZNHC********** hesab nömrəsi üzərinə iddia tələbi həcmində, yəni 3.343,44 manat həcmində həbs qoyulmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-294/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kredit üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 qarşılıqlı iddia ərizəsini təqdim edərək, verilmiş malları geri təhvil götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli SAM/AV-156 saylı alğı-satqı müqaviləsinə uyğun olaraq Cavabdeh MMC müxtəlif çeşidli mallar sifariş vermişdir. Verilmiş sifariş əsasında mallar Cavabdeh MMC-nin anbarına çatdırıldıqda, məlum olmuşdur ki, mallar onların verdiyi satınalma sifarişinə uyğun deyil. Belə ki, verilmiş satınalma sifarişində 20 ədəd “plastik styajka” göstərilsə də, həmin malın əvəzinə 20 ədəd “rezinli dəmir xamut 300 mm (ağır yük kələpçəsi) təqdim edilmişdir. Bundan başqa məlum olmuşdur ki, “Led işıq silikon (hermetik) 30/14 adlı mal cəmi 20 metr (1rulon) əvəzinə 20 rulon(2000 metr) sifariş verilib. Bu yanlışlıqla bağlı Cavabdeh MMC-nin məsul şəxsi dərhal cavabdehə email vasitəsi ilə məlumat vermiş, yanlış gəlmiş malların dərhal dəyişdirilməsi və sifariş verilmiş artıq malların geri təhvil götürülməsini xahiş etmişdir. Lakin yanlış çatdırılmış malların dəyişdirilməsindən və artıq verilmiş malların geri təhvil götürülməsindən cavabdeh tərəfindən imtina edilmişdir. Daha sonra təhvil verilmiş malların bütövlükdə geri götürülməsini cavabdeh İddiaçı MMC-dən dəfələrlə xahiş etsələr də, onların tələbinə əməl edilməmişdir. Belə olan halda Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə xx xxxxxx 2019-cu il tarixli 639 saylı təkliflə müraciət edərək, xx xxxx 2019-cu il tarixli hesab-faktura ilə Cavabdeh MMC-yə verilmiş malları bütövlükdə geri təhvil götürülməsini xahiş etmişdir. Lakin cavabdeh bu təklifə də məhəl qoymamış və malları geri təhvil götürməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 qarşılıqlı iddia ərizəsinə əlavə verərək, ilkin iddianın rədd edilməsi, cavabdeh İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli SAM/AV-156 saylı alğı-satqı müqaviləsi çərçivəsində xx xxxx 2019-cu il tarixli elektron qaimə və elektron vergi hesab-fakturası əsasında Cavabdeh MMC-yə verilmiş malları bütövlükdə geri təhvil götürmək vəzifəsinin cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulması və ödənilmiş 7.384,03 manat məbləğində pulun İddiaçı MMC-dən alınaraq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddia tələbində göstərilən xx xxxx 2019-cu il tarixli hesab-faktura ilə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş malların dəyəri Cavabdeh MMC tərəfindən cavabdehə tam şəkildə ödənilmişdir. Hesab edir ki, qarşılıqlı iddia ərizəsində göstərilən əsaslara görə xx xxxx 2019-cu il tarixli elektron qaimə və vergi hesab-faktura əsasında təhvil verilmiş mallar İddiaçı MMC-yə geri qaytarılmalıdır, həmin mallara görə Cavabdeh MMC tərəfindən ödənilmiş pul da İddiaçı MMC-dən alınaraq geri qaytarılmalıdır. Eyni zamanda cavabdehin nümayəndəsi X2 iddianı təmin etmək üçün tədbirlər görülməsi barədə ərizə təqdim edərək, cavabdeh İddiaçı MMC-nin iş materiallarında olan bank hesabına həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin bank hesablarında olan pul vəsaitinin üzərinə qarşılıqlı iddia tələbi həddində, yəni 7.384,03 manat həcmində həbs qoyulmuşdur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili ilkin iddia tələbini müdafiə edib ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx xxxxxx 2019-cu il tarixdə SAM/AV- 156 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən qiymət razılaşma protokolunda adı, təsnifatı, çeşidi, markası, ölçü vahidi və digər xüsusiyyətləri qeyd olunmuş mal-materialı alıcıya satır, alıcı isə malı satıcıdan alır və müqabilində satıcıya müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. 2.2-ci bəndinə əsasən satıcının vəzifələri: - satıcının günahı ucbatından və ya müqaviləyə uyğun olaraq öz öhdəliklərini yerinə yetirilməməsi nəticəsində alıcının məruz qaldığı hər hansı zərər və itkilərin əvəzini alıcıya ödəmək və hər hansı öhdəliyə qarşı alıcını qorumaq; - malın təhvil–təslimi zamanı aşkar edilmiş qüsur və çatışmazlıqları dərhal aradan qaldırmaq və qüsurlu malı müqavilədə nəzərdə tutulmuş keyfiyyətlə yenisi ilə əvəz etmək; 2.4-cü bəndinə əsasən alıcının vəzifələri: - malın təhvil–təslimi zamanı aşkar olunan qüsurlar,əksiklik və çatışmazlıqlar barədə satıcını dərhal məlumatlandırmaq; - malın dəyərini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək; 3.2-ci bəndinə əsasən ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə və malın təhvil-təslimini təsdiq edən müvafiq qaimə-fakturaya əsasən malın alıcı tərəfindən qəbul edildiyi tarixdən etibarən 30 təqvim günü ərzində alıcı tərəfindən nağdsız hesablaşmalar qaydasında aparılır. 4.5-ci bəndinə əsasən malın çatdırılma məntəqəsində alıcının malı təhvil alması malın kəmiyyət və keyfiyyətinin qəbul edilməsi kimi qəbul edilir. Alıcı satıcıya malın ümumi yararlılıq və/və ya zəmanət müddəti ərzində malın keyfiyyətinə dair aşkarlanan hər hansı gizli qüsur və nöqsanlara görə belə qüsur aşkar edilən vaxtdan etibarən 30 gündən gec olmayaraq, malın kəmiyyətinə dair aşkar edilən görünməz çatışmazlıqlara görə isə malın çatdırılmasından 14 gün ərzində yazılı qaydada iddia tələbi irəli sürə bilər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli satınalma sifarişinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə 7.384,03 manat dəyərində mal verilmiş, həmin mallara dair EAAR seriyalı, 245259 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə 1.047,37 manat dəyərində mal verilmiş, həmin mallara dair EAAT seriyalı, 156468 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə 123,90 manat dəyərində mal verilmiş, həmin mallara dair EAAT seriyalı, 649361 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə 543,98 manat dəyərində mal verilmiş, həmin mallara dair EAAT seriyalı, 817935 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə 230,10 manat dəyərində mal verilmiş, həmin mallara dair EAAT seriyalı, 934146 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə 57,82 manat dəyərində mal verilmiş, həmin mallara dair EAAT seriyalı, 934475 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə 236,00 manat dəyərində mal verilmiş, həmin mallara dair EAAU seriyalı, 162768 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə 123,90 manat dəyərində mal verilmiş, həmin mallara dair EAAU seriyalı, 514732 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə 590,00 manat dəyərində mal verilmiş, həmin mallara dair EAAU seriyalı, 515773 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə 100,06 manat dəyərində mal verilmiş, həmin mallara dair EAAX seriyalı, 147228 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə 174,17 manat dəyərində mal verilmiş, həmin mallara dair EAAZ seriyalı, 943788 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə 86,23 manat dəyərində mal verilmiş, həmin mallara dair EAAX seriyalı, 464094 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ilə müraciət edilərək 3.313,44 manat məbləğində pulun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli hesab-faktura ilə “Cavabdeh MMC-yə verilmiş malların bütövlükdə geri təhvil götürülməsi tələb edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasındaalğı-satqı müqaviləsinəəsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı xx.xx.2019 -xx.xx.2019-cu il tarixləri arası dövrdə cəmi 3.313,44 manat dəyərində olan sifariş edilmiş malları cavabdehə təhvil versə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı ilkin iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İlkin iddia üzrə İddiaçı MMC iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün ilkin iddia üzrə Cavabdeh MMC-yə malların təqdim edilməsi barədə təhvil-təslim aktlarını və elektron qaimələri məhkəməyə təqdim etmişdir. Həmçinin Cavabdeh MMC-nin nümayəndəsiməhkəmə iclasında verdiyi izahatında İddiaçı MMC tərəfindən xx.xx.2019 xx.xx.2019-cu il tarixləri arası dövrdə cəmi 3.313,44 manat dəyərində olan malların onlara təhvil verildiyini, həmin mallarla bağlı tərəflər arasında mübahisə olmadığını, mübahisənin xx.xx.2019cu il tarixli elektron qaiməyə əsasən təqdim edilmiş mallarla bağlı olduğunu, İddiaçı MMC xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən təqdim edilmiş malları dəyişdirməkdən və geri götürməkdən imtina etdiyindən sonrakı partiya malların dəyərini ödəmədiklərini bildirmişdir. Belə olan halda məhkəmə ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının müqaviləyə əsasən verilmiş malların dəyərini–3.313,44 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmadığını nəzərə alaraq hesab edir ki, ilkin iddia təmin edilməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-dən3.313,44 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC malların geri götürülməsi və ödənilmiş pulun qaytarılması tələbinə dair iddiasına münasibətdə isə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini xx.xx.2019-cu il tarixli satınalma sifarişinə əsasən təqdim edilmiş bəzi malların sifarişə uyğun gəlməməsi - 20 ədəd “plastik styajka” əvəzinə 20 ədəd “rezinli dəmir xamut 300 mm (ağır yük kələpçəsi) təqdim edilməsi, “Led işıq silikon (hermetik) 30/14 adlı malın 20 metri (1rulon) əvəzinə 20 rulon(2000 metr) miqdarda təqdim edilməsi ilə əsaslandırmışdır. Məhkəmə əvvəla qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli SAM/AV- 156 saylı alğı-satqı müqaviləsinə 1 saylı Əlavə ilə təsdiq edilmiş qiymətlərin razılaşdırılması protokoluna əsasən həmin müqavilə üzrə təqdim ediləcək Led-hermetik (100) metr adlı malın sayı 20 ədəd, hər ədədinin qiyməti 253 manat, cəmi qiyməti isə 5.060 manat olması müəyyən edilmişdir. Digər tərəfdən iş materiallarına əlavə edilmiş satınalma sifarişindən də aydın görünür ki, Cavabdeh MMC tərəfindən qarşılıqlı iddia ərizəsində göstərildiyi kimi 20 metr deyil, 20 ədəd “Led işıq silikon” (hermetik) adlı mal sifariş edilmişdir. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş və həqiqiliyi cavabdeh tərəfindən təsdiq edilmiş e-mail yazışmalarından da müəyyən edilir ki, “Led işıq silikon” (hermetik) adlı mal sifariş verilərkən Cavabdeh MMC tərəfindən satınalma sifarişində səhvən “20 metr” əvəzinə “20 ədəd” göstərilmişdir. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC sifariş verərkən “Led işıq silikon” (hermetik) adlı malın kəmiyyətində özü səhvə yol vermiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC isə “Led işıq silikon (hermetik) adlı malı müqaviləyə əlavəyə və satınalma sifarişinə uyğun kəmiyyətdə Cavabdeh MMC-yə təqdim etmişdir. Digər tərəfdən işin mübahisəedilməyən hallarından görünür ki, satınalma sifarişinə əsasən mallar xx.xx.2019-cu il tarixli hesab-fakturaya əsasən Cavabdeh MMC tərəfindən təhvil alınmış, bundan sonra Cavabdeh” MMC tərəfindən malların dəyəri ödənilmiş və yalnız xx.xx.2019-cu il tarixdə, yəni malların təhvil verilməsindən 26 gün keçdikdən sonra Cavabdeh MMC tərəfindən sifarişə uyğun gəlməyən malların dəyişdirilməsi ilə bağlı İddiaçı MMC-yə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi də verdiyi izahatında qüsurların malların təhvil-təslimi aparılarkən aşkar edilmədiyini, sonradan qarşılıqlı iddia üzrə iddiaçıya e-maillə bildirildiyini göstərmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə görə alıcı malın təhvil– təslimi zamanı aşkar olunan qüsurlar, əksiklik və çatışmazlıqlar barədə satıcını dərhal məlumatlandırmaq vəzifəsi daşıyır. Müqavilənin 4.5-ci bəndinə əsasən isə alıcı malın kəmiyyətinə dair aşkar edilən görünməz çatışmazlıqlara görə malın çatdırılmasından 14 gün ərzində yazılı qaydada iddia tələbi irəli sürə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili təqdim edilmiş malların dəyişdirilməsindən imtina etdiklərini təsdiq etmiş və imtinanı onunla əsaslandırmışdır ki, Cavabdeh MMC tərəfindən malların çeşid və kəmiyyət uyğunsuzluğu ilə bağlı onlara müqavilədə göstərilən müddətdə məlumat verilməmiş, nəticədə malların dəyişdirilməsi barədə tələb irəli sürüldüyü vaxt malların təhvil verilməsindən 14 gündən artıq müddət keçdiyindən onlar digər şəxsdən aldıqları malları dəyişdirmək imkanından məhrum olmuşlar. Mülki Məcəllənin: 595.1-ci maddəsinə görə alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 580.4-cü maddəsinə görə alğı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin. Beləliklə, işin yuxarıda göstərilən hallarından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin mallarla bağlı istinad etdikləri uyğunsuzluqlar gözlə görünən, aşkar uyğunsuzluqlar olmasına baxmayaraq MMC qanunla və müqavilə ilə müəyyən edilmiş müddətdə kəmiyyətə və çeşidə uyğun olmayan malların dəyişdirilməsi ilə bağlı İddiaçı MMC-yə müqavilədə nəzərdə tutulmuş müddətdə bildiriş göndərməmiş, bildirişin vaxtında göndərilməməsi isə İddiaçı MMC-nin vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkməsinə səbəb olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC Cavabdeh MMC-nin tələbinə əsasən təqdim edilmiş malların dəyişdirilməsindən imtina etməkdə haqlı olmuşdur. Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı verilmiş malları geri təhvil götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və pulun geri qaytarılması tələbinə dair qarşılıqlı iddia tələbi isə əsassız olduğundan rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə ilkin iddianin təmin edildiyini, qarşılıqlı iddianın isə rədd edildiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməli, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin iddiası təmin edilsin. İlkin iddia üzrə Cavabdeh MMC-dən 3313,44 manat (üç min üç yüz on üç manat qırx dörd qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMCyə qarşı pulun geri qaytarılması və malların geri təhvil alınması tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar