Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2943/2025 29.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alqı-satqı, mal göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 500/61 nömrəli Alqı-Satqı Müqaviləsinə əsasən yaranmış 6129 manat borcun və iddia ərizəsinin verilməsinə dair ödənilmiş 30 manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 13 sentyabr 2024-cü il tarixli 500/61 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən “Satıcı”ya sözügedən müqaviləyə əsasən alqı-satqı obyekti olan mallar qaimə-faktura əsasən cavabdehə təqdim edilmişdir. Müqavilənin 3.2-ci bəninə əsasən “satıcı” tərəfindən “alıcı” ya təqdim olunan malların dəyəri E-qaimə və E-VHF təqdim olunduqdan sonra 15 gün ərzində “satıcı” nın hesablaşma hesabına ödənilir. Cavabdeh müqaviləyə əsasən götürdüyü mallara dair ödənilməli olan 6129 manat pul hazıradək ödənilməmiş olaraq qalmaqdadır. Mallar cavabdehin sifarişinə əsasən “878 Bizim YÜK” daşıma şirkəti vasitəsi ilə cəmiyyətin anbarından təhvil alınmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə dəfələrlə şifahi xəbərdarlıq və 05 dekabr 2024-cü il tarixli pretenziya həm kağız daşıyıcıda, həm də cavabdehin elektron kabinetinə göndərilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1, 386.1, 442, 445.2.1, 448.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC “satıcı”, Cavabdeh MMC “alıcı” olmaqla tərəflər arasında 500/61 nömrəli xx.xx.2024-cü il tarixli “Alqı-satqı” müqaviləsinin 1-ci bəndinə əsasən, bu Müqaviləyə əsasən “Satıcı” 2-ci maddədə göstərilən mah “Alıcı”nın mülkiyvətinə verməyi, “Alıcı” isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən, alqı-satqı obyekti olan malın adı və miqdarı bu müqaviləyə əlavə olunan 1 sayli razılaşma protokoluna əsasən (qaimə-faktura) müəyyən olunur. Müqavilənin 3.1-ci bəndinə əsasən Müqavilə üzrə alınmış malın qiyməti öncədən razılaşdırılmış qiymətə əsasən müəyyən olunur. Müqavilənin 3.2-ci bəndinə əsasən “Satıcı” tərəf qiymətlərə hər hansı dəyişiklik edərsə, bu qərarın qüvvəyə minmə tarixindən ən az 15 iş günü öncə “Alıcı” tərəfə yazılı və yaxud şifahi xəbərdarlıq etməlidir. Əks halda,"Alıcı" tərəfin ziyanına və yaxud “Satıcı” tərəfin xeyrinə qiymət dəyişikliyi edilmiş Qaimə-faktura “Alıcı” tərəfdən düzəlişə göndəriləcək. Müqavilənin 3.3-cü bəndinə əsasən “Satıcı” tərəfindən “Alıcı”ya təqdim olunan malların dəyəri E-qaimə və E-VHF təqdim olunduqdan sonra 21 gün ərzində “Satıcı”nın hesablaşma hesabına ödənilir. Müqavilənin 4.2-ci bəndinə əsasən “Alıcı” “Satıcı”nın ona satdığı malı öz mülkiyyətinə qəbul edib onun dəyərini bu müqavilənin maddəsində müəyyən edilmiş qaydada “Satıcı”ya ödənilməsini öz öhdəsinə götürür. MT2409 seriyalı 11052456 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 4584,28 manat və MT2409 seriyalı 11077191 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1544,76 manat müxtəlif çeşidli mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə onun xeyrinə ödənilməli olan 6129 manat vəsaitin 3 (üç) gün müddətində ödənilməsi barədə pretenziya məktubu göndərilmişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı və xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzlərindən görünür ki, İddiaçı MMC 30 manat və 52 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt e-qaimələrlə də öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, 6129 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 6129 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddia təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 82 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia təmin edilsin. Cavabdeh MMC-dən 500/61 nömrəli xx.xx.2024-cü il tarixli “Alqı-satqı” müqaviləsi üzrə 6129 manat (altı min yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti və ödənilmiş 82 (səksən iki) manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2943/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2943/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver