Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2949/2022 31.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 iyul 2020-ci il tarixli, 0244-9Yİ0-GM/20 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsinə əsasən 3,500.00 manat əsas borcun, 1,914.50 manat manat cərimə borcunun, 60.00 manat mediasiya xərclərinin, 24.00 manat dövlət rüsumunun, toplam 5,498.50 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 iyul 2020-ci il tarixli, 0244-9Yİ0-GM/20 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsinə əsasən 3,500.00 manat əsas borcun, 1,914.50 manat manat cərimə borcunun, 60.00 manat mediasiya xərclərinin, 24.00 manat dövlət rüsumunun, toplam 5,498.50 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Buna görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 iyul 2020-ci il tarixli, 0244-9Yİ0-GM/20 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsinə əsasən 3,500.00 manat əsas borcun, 1,914.50 manat manat cərimə borcunun, 60.00 manat mediasiya xərclərinin, 24.00 manat dövlət rüsumunun, toplam 5,498.50 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2949/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2949/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver