Məhkəmə qərarları › İş №e-2-2(113)-295/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-295/2020

01.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-295/2020 01.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızı Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 2.241 manat 70 qəpik abunə və xidmət haqqı, 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.271 manat 70 qəpik vəsaitin İddiaçı xeyrinə məcburi tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə bağladığı müqavilələr üzrə iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 2.241 manat 70 qəpik məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən, Abunəçi xidmət haqqını, Müqavilə olə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, hesab-fakturada göstərilən ödəniş müddətləri Abunəçi tərəfindən pozularsa, İddiaçı Abunəçiyə faktura kəsildiyi tarixdən 45 təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğində 0,1 % miqdarında hesablanır. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən olmamaq şərti ilə, borc(lar) tam ödənilənə qədər İddiaçı tərəfindən davam etdirilir. Cavabdeh öz borcunu ödəməsinin son tarixi xx.xx.2018-ci il müəyyən olunsa da o, müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC ilə Cavabdeh MMC (abunəçi) arasında çoxsaylı nömrələrə telkommunikasiya xidmətlərinin göstərilməsinə dair xx.xx.2017-ci il tarixlli 6046 saylı Saziş bağlanılmışdır. Sazişin 1-ci bəndinə görə sazişin predmetini İddiaçı MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi; abunəçi tərəfindən isə həmin xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı tərəflər arasında yaranacaq münasibətlərin tənzimlənməsi təşkil edir. Tərəflər arasında yaranacaq münasibətlərə “Abunə müqaviləsi”nin şərtləri tətbiq ediləcəkdir. “Abunə müqaviləsi” nümunəsi üzərində “Əlavə 1” yazılmaqla, tərəflər arasında qarşılıqlı təsdiq edilməklə bu Sazişə əlavə edlir və onun tərkib hissəsi hesab edilir. Saşinin 2-ci bəndinə görə sazış yalnız müvafiq nömrələrlə bağlı münasibətlərə tətbiq edilir. Nömrələrin siyahısı sazişə əlavə edilən və onun tərkib hissəsi olan Əlavə 2-də öz əksinə tapır. Həmin sazişə 2 saylı Əlavə ilə sazişə əsasən xidmət göstəriləcək nömrələrin siyahısı təsdiq edilmişdir. Siyahıda ***-***-**-**; ***-***-**-**; ***-***-**-**, ***-***-**-**, ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***- ***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***- **-** nömrələri də yer almışdır. Sazişə əsasən İddiaçı MMC ilə Cavabdeh MMC (abunəçi) arasında yuxarıda göstərilən nömrələrə telekommunikasiya xidmətlərinin göstərilməsinə dair xx.xx.2017-ci il tarixli abunə müqavilələri bağlanılmışdır. Həmin müqavilələrin 2.1-ci bəndinə əsasən müqavilələrin predmetini İddiaçı MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi; abunəçi tərəfindən isə həmin xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilələrin 4.1-ci bəndinə görə abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. İddiaçı MMC tərəfindən verilmiş cari hesab arayışları ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu ***-***-**-** nömrəsi üzrə 122,76 manat; ***-***-**-** nömrəsi üzrə 46,65 manat; ***-***-**-** nömrəsi üzrə 76,88 manat; ***-***-**-** nömrəsi üzrə 57 manat; ***-***-**-** nömrəsi üzrə 57 manat; ***-***-**-** nömrəsi üzrə 55 manat; ***-***-**-** nömrəsi üzrə 57 manat; ***-***-**-** nömrəsi üzrə 248,96 manat; ***-***-**-** nömrəsi üzrə 257,48 manat; ***-***-**-** nömrəsi üzrə 33 manat; ***-***-**-** nömrəsi üzrə 33 manat; ***-***-**-** nömrəsi üzrə 33 manat; ***-***-**-** nömrəsi üzrə 33 manat; ***-***- **-** nömrəsi üzrə 33 manat; ***-***-**-** nömrəsi üzrə 87,01 manat; ***-***-**-** nömrəsi üzrə 97,69 manat; ***-***-**-** nömrəsi üzrə 282,11 manat; ***-***-**-** nömrəsi üzrə 291,26 manat; ***-***-**-** nömrəsi üzrə 53,09 manat; ***-***-**-** nömrəsi üzrə 286,75 manat, cəmi borcu 2.241 manat 70 qəpik təşkil edir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən müqavilələr üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış 2242 manat 15 qəpik məbləğində borcun xx.xx.2019-cu il tarixdən gec olmayaraq tam həcmdə ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə xx.xx.2017-ci il tarixli Sazişdən və həmin əsasən bağlanmış abunə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh MMC-nin adına olan mobil telefon nömrələrinə telekommunikasiya xidmətləri göstərmiş, lakin cavabdeh göstərilmiş xidmət və abunə haqqını ödəməməklə saziş və müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə 2.241 manat 70 qəpik borcu yaranmışdır. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, borc məbləğinin ödənilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən göstərilmiş telekommunikasiya xidmətlərin müqabilində 2.241 manat 70 qəpik abunə və xidmət haqqı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2.241,70 (iki min iki yüz qırx bir manat, yetmiş qəpik) manat abunə və xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar