Məhkəmə qərarları › İş №e-2-2(113)-2951/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2951/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2951/2025 02.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Nümayəndə MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı Nümayəndə MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Nümayəndə MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2450,42 (iki min dörd yüz əlli manat qırx iki qəpik) manat məbləğində borcun və 45 (qırx beş) manat dövlət rüsumunun tutularaq Nümayəndə MMC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nümayəndə MMC ilə Cavabdeh MMC arasında 051/22N saylı 01 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. 051/22N saylı 01 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinin əlavəsində göstərilən mallar Cavabdeh MMC tərəfindən alınmışdır. Göstərilən müqavilə üzrə Cavabdeh MMCnin Nümayəndə MMC-yə 2450,42 (iki min dörd yüz əlli manat qırx iki qəpik) manat borcu var. Bununla bağlı cavabdehə pretenziya göndərilmiş, lakin borc məbləğinin ödənlməsinə dair heç bir tədbir görülməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Nümayəndə MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 051/22N nömrəli Malların alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 2.1-ci bəndinə əsasən Satıcı Alıcıya tələb olunan malı (bundan sonra “Mal”) satır. Alıcı isə həmin Malı qəbul edir və hazırki Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini Satıcıya ödəyir.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Tərəflərin razılaşması ilə bu müqaviləyə tərtib olunmuş Əlavələrlə müəyyən olunur.

11. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin icrası müddətində tərəflər (onların təmsilçiləri, səlahiyyətli nümayəndələri, səlahiyyət verilmiş iş icraçıları) arasında olan bütün məktublaşma və elektron poçt vasitəsi ilə aparılan yazışmalar tərəflərin iradə ifadəsini hesab olunur və bu müqavilənin tərkib hissəsi hesab olunur.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən Satıcı Alıcıya tələb olunan malları yararlı halda satmağı öz üzərinə götürür və həmin növ mallar üçün adi qaydada nəzərdə tutulmuş keyfiyyətə zəmanət verir.

13. Müqavilənin 3.2-ci bəndinə əsasən Satıcı Alıcının tələbi ilə. onu Məhsulların keyfiyyət sertifikatı və ya digər oxşar sənədlər ilə təmin edə bilər.

14. Müqavilənin 4.1-ci bəndinə əsasən Mallar Alıcının sifarişi əsasında 2 (iki) iş günü ərzində Satıcı tərəfindən öz hesabına çatdırılır.

15. Müqavilənin 4.2-ci bəndinə əsasən X2 razılığı əsasında öncədən təyin etdiyi yerdə təhvil verilir.

16. Müqavilənin 4.4-cü bəndinə əsasən Satıcı Alıcıya malları müvafiq qaimə-faktura (təhvil-təslim aktı) ilə təhvil verir. Malın Alıcının anbarına qəbul edilmə tarixi, malın göndərilinəsi tarixi sayılır.

17. Müqavilənin 5.1-ci bəndinə əsasən malların qiyməti Satıcı tərəfindən müəyyən edilir və tərəflər arasında razılaşdırılmış şəkildə hazırki Müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilir.

18. Müqavilənin 5.3-cü bəndinə əsasən bu müqavilə üzrə Alıcıya verilən malların ümumi məbləği Qaimə fakturada göstərilir.

19. Müqavilənin 5.4-cü bəndinə əsasən ödəniş Satıcının hazırki Müqavilənin rekvizitlərində göstərilmiş hesablaşma hesabına Malın əsas məbləği, ƏDV-si isə ƏDV depozit hesabına köçürmə yolu ilə həyala keçirilir.

20. Müqavilənin 5.5-ci bəndinə əsasən Alıcı ödənişi malı təhvil aldığı tarixdən 15 (on beş) iş günü müddətində həyata keçirməyi öz üzərinə götürür. Ödənişin ha/ırki Müqavilənin 5.5. bəndində göstərilən müddətdə ödənməsi gecikərsə hər gecikdirilən gün üçün Alıcı Satıcıya ödəməli olduğu məbləğin 0.3% məbləğində, lakin hər bir sifarişin ümumi məbləğin 3%-dəıı çox olmamaqla cərimə ödəyir.

21. Müqavilənin 5.6-cı bəndinə əsasən Malların qiymət dəyişimi haqqında Satıcı Alıcını 3 (üç) iş günü ər/ində məlumatlandırmalıdır. Hərçənd. Alıcı, heç bir sonrakı öhdəlik daşımadan. Məhsulların Satıcı tərəfindən müstəqil şəkildə müəyyən edilmiş qiymət dəyişikliyi ilə razılaşmamaq hüququna malikdir. Bu halda Satıcı da heç bir sonrakı məsuliyyət daşımadan məli əv vəlki qiymətlə satmaqdan imtina edə bilər.

22. İddiaçı tərəfindən müqavilə üzrə xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərində cəmi 42.768 manat məbləğlərində, xx.xx.2023 - xx.xx.2023-cü il tarixləri əhatə edən dövrdə cəmi 25.270,60 manat məbləğlərində e-qaimə tərtib edilərək cavabdehə göndərilmişdir.

23. 30.04.2025-ci il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən iddiaçının hesabına 54.869,83 manat məbləğində ödənişlər edilmişdir.

24. 12.05.2025-ci il tarixli ƏDV Sub-Uçot hesabından çıxarışa əsasən Cavabdeh MMC tərəfindən 9.876,75 manat məbləğində Nümayəndə MMC-nin sub uçot hesabına ödənişlər edilmişdir.

25. 20.04.2024-cü il tarixli maliyyə arayışına əsasən CavabdehMMC-nin 2022-ci ilin əvvəlinə borc qalığı 4708 AZN təşkil edir. Həmin vaxtdan müştəri ilə 76 497.50 AZN məbləğində mal dövriyyəsi olmuşdur. Lakin 78 755.08 AZN ödəniş edilmişdir. Son ödəniş xx.xx.2024 - cü il tarixində edilmişdir və həmin zamandan heç bir dövriyyə olmamışdır. Son qalıq borc 2450.42 AZN məbləğində olmuşdur.

26. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

29. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

30. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 051/22N nömrəli Malların alqısatqı Müqavilənin 2.1-ci bəndinə əsasən Satıcı Alıcıya tələb olunan malı (bundan sonra “Mal”) satır. Alıcı isə həmin Malı qəbul edir və hazırki Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini Satıcıya ödəyir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdehin alınmış mallara görə ödənilməmiş borcu qalmışdır.

33. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə və qismi ödənişlər ilə təsdiq olunduğu üçün 2450,42 manat borca dair iddia tələbi təmin edilməlidir.

34. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 2450,42 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2450,42 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

35. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 45 manat məbləğində dövlət rüsumu xərci iddiaçı tərəfindən ödənişlər edilmişdir.

36. Azərbaycan Respublikası MPM-in:

37. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

38. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

39. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi qismində ödənilmiş 45 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 2450,42 manat əsas borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 45 manat tutularaq iddiaçı Nümayəndə MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər..

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar