Məhkəmə qərarları › İş №e-2-2(113)-2957/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2957/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2957/2021 27.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı " (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı " (Fermer) Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyəti (" (Fermer) Təsərrüfatı" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən (əvvəlki adı: “X4” MMC) 33398,95 manat xidmət haqqı, 306935,43 manat dəbbə pulu, cəmi 340334,38 manat, hüquqi yardıma görə ödənilmiş 315 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin iddiaçı “ (Fermer) Təsərrüfatı ” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X2 Təsərrüfatı” MMC ilə cavabdeh “X4” MMC arasında CPSX18/0417 nömrəli 01 aprel 2018-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı "xxxx" MMC-nin istehsalı olan kisə sement məhsullarının öz nəqliyyat vasitələri ilə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən məntəqədən qeyd edilmiş şəhər və rayonlara təyin edilmiş qiymət tarifinə uygun olaraq daşınması və sifarişçinin təyin etdiyi anbara boşaldılması xidmətlərini göstərir və sifarişçi isə bu xidmət müqabilində icraçıya müvafiq haqq ödəyir. 2018-ci ilin avqust və sentyabr aylarında ümumi məbləğ 33398,85 manat olmaqla daşınma xidməti həyata keçirilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, təhviltəslim aktı imzalandıqdan və ay ərzində göstərilmiş xidmətə dair hesab-faktura “sifarişçiyə”yə təqdim olunduqdan sonra 45 gün ərzində nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilməlidir. Lakin Müqavilənin qeyd olunan bəndlərinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, bir neçə dəfə şifahi xahişlərinə baxmayaraq icra edilən daşınma xidmətinə görə bu günə kimi heç bir ödəniş həyata keçirilməmiş, müqaviləyə əsasən götürdükləri öhdəliyi icra etməmişdir. Nəticədə Şirkətə ziyan vurulmuşdur. Müqavilənin 8.2-ci bəndinə əsasən tərəflər arasında yaranmış mübahisələr danışıqlar yolu ilə həll olunmursa, bu halda mübahisə maraqlı tərəfin müraciəti ilə Azərbaycan Respublikasının müvafiq məhkəməsində həll olunur. Bununla bağlı qeyd olunan borcun ödənilməsi üçün 04.05.2021-ci il tarixli pretenziya məktubu cavabdehin hüquqi ünvanına göndərilmiş, pretenziya cavabdehin ünvanına aparılmış, lakin cavabdehin həmin ünvanda yerləşmədiyinin aşkar edilməsi səbəbindən məktub geri qaytarılmışdır. 01.08.2018-ci il tarixdən 19.09.2018-ci il tarixədək olan müddətdə göstərilmiş xidmət üçün verilmiş qaimələr üzrə 33398,85 manat olmaqla xidmət haqqı ödəniş müddəti pozulmaqla bu günə kimi Şirkətə ödənilməmişdir. Müqavilənin 10.2-ci bəndinə görə icraçı bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri müəyyən edilmiş müddət ərzində yerinə yetirmədiyi halda, gecikdirilmiş müddətin hər günü üçün müqavilənin ümumi məbləğinin 1% həcmində dəbbə pulu ödəyir. Müqavilənin 2.3-cü bəndinin tələbinə görə, yəni təqdim edilmiş 01.08.2018-ci il tarixdən 19.09.2018-ci il tarixədək olan müddətdə (müqavilə ödənişin hesab faktura təqdim edildikdən sonra 45 gün ərzində ödənişin təmin edilməsini nəzərdə tutduğu üçün dəbbə pulunun hesablanması 45 gün sonradan hesablanmışdır.) 01.08.2018-ci il tarixdən 19.09.2018-ci il tarixədək olan dövr üçün – (918 gün) 306935,43 manat məbləğində şirkətə ziyan vurulmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X1 məhkəmənin hazırlıq iclasında iştirak edən zaman izahat verərək, iddiaçıya borclarının olmasını bildirmişdi. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - " (Fermer) Təsərrüfatı" MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 01 aprel 2018-ci il tarixdə CPSX18/0417 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı "xxxx" MMC-nin istehsalı olan kisə sement məhsullarının öz nəqliyyat vasitələri ilə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən məntəqədən qeyd edilmiş şəhər və rayonlara təyin edilmiş qiymət tarifinə uygun olaraq daşınması və sifarişçinin təyin etdiyi anbara boşaldılması xidmətlərini göstərir və sifarişçi isə bu xidmət müqabilində icraçıya müvafiq haqq ödəyir. Müqavilənin 2.3-cü bəndinə əsasən, təhvil-təslim aktı imzalandıqdan və ay ərzində göstərilmiş xidmətə dair hesab-faktura “sifarişçiyə”yə təqdim olunduqdan sonra 45 gün ərzində nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilməlidir. Həmin Müqavilənin 10.2-ci bəndinə görə icraçı bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri müəyyən edilmiş müddət ərzində yerinə yetirmədiyi halda, gecikdirilmiş müddətin hər günü üçün müqavilənin ümumi məbləğinin 1% həcmində dəbbə pulu ödəyir. - Qeyd olunan müqaviləyə edilən 01.05 2018-ci il tarixli Əlavə 1-lə göstəriləcək xidmət tarifləri, regionlara qalaq sementin daşınma qiymətləri müəyyən edilmişdir. - 18.09.2018-ci il tarixli, EAAM seriyalı, 177481 nömrəli elektron qaimədən müəyyən edilir ki, " (Fermer) Təsərrüfatı" Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 24333,24 (ƏDV daxil) manat təşkil edir. - 23.10.2018-ci il tarixli, EAAN seriyalı, 065001 nömrəli elektron qaimədən müəyyən edilir ki, " (Fermer) Təsərrüfatı" Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9065,61 (ƏDV daxil) manat təşkil edir. - 13.03.2019-cu il tarixli, EAAR seriyalı, 624769 nömrəli elektron qaimədən müəyyən edilir ki, " (Fermer) Təsərrüfatı" Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14468,32 (ƏDV daxil) manat təşkil edir. - 23.04.2019-cu il tarixli, EAAT seriyalı, 462103 nömrəli elektron qaimədən müəyyən edilir ki, " (Fermer) Təsərrüfatı" Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9522,05 (ƏDV daxil) manat təşkil edir. - 27.05.2019-cu il tarixli, EAAU seriyalı, 970654 nömrəli elektron qaimədən müəyyən edilir ki, " (Fermer) Təsərrüfatı" Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5601,84 (ƏDV daxil) manat təşkil edir. - 03.07.2019-cu il tarixli, EAAW seriyalı, 641425 nömrəli elektron qaimədən müəyyən edilir ki, " (Fermer) Təsərrüfatı" Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3037,68 (ƏDV daxil) manat təşkil edir. - 14.08.2019-cu il tarixli, EAAY seriyalı, 438384 nömrəli elektron qaimədən müəyyən edilir ki, " (Fermer) Təsərrüfatı" Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2896,21 (ƏDV daxil) manat təşkil edir. - 26 iyul 2021-ci il tarixli, 14 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, " (Fermer) Təsərrüfatı" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 aprel 2018-ci il tarixdə CPSX18/0417 nömrəli müqavilə əsasında, sementin daşınması və müvafiq vergi hesabfakturalarının 01-31 avqust 2018-ci il tarixləri arasında 24333,24 manat məbləğində aparılması və 01-30 sentyabr 2018-ci il tarixləri arasında 9065,61 manat məbləğində Azərbaycan Respublikası daxilində sement daşınması həyata keçirilmişdir. - " (Fermer) Təsərrüfatı" MMC tərəfindən 24.05.2021-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı " (Fermer) Təsərrüfatı" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 aprel 2018-ci il tarixdə CPSX18/0417 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. İddia tələbinin bir hissəsini cavabdeh "xxxx" MMC-dən (əvvəlki adı: “X4” MMC) 33398,95 manat xidmət haqqının iddiaçı “ (Fermer) Təsərrüfatı ” MMC-nin xeyrinə tutulması təşkil edir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia 33398,95 manat məbləğində xidmət haqqının tutulması hissəsində təmin edilməli və cavabdehdən 33398,95 (otuz üç min üç yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat məbləğində xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 306935,43 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbinin digər hissəsini cavabdehdən iddiaçının xeyrinə hüquqi yardıma görə ödənilmiş 315 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 315 manatın 282 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissənin əvəzi olaraq 33 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 13 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 17 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 33398,95 manat (otuz üç min üç yüz doxsan səkkiz manat doxsan beş qəpik) xidmət haqqı, 2000 (iki min) manat cərimə, hüquqi yardıma görə ödənilmiş 33 (otuz üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3 (üç) manat olmaqla, cəmi 35434,95 manat (otuz beş min dörd yüz otuz dörd manat doxsan beş qəpik) məbləğində pul " (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 27 (iyirmi yeddi) manat hissəsi və hüquqi yardım üçün ödənilmiş məbləğin 282 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar