Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-296/2020 18.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, məsləhətçi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə qarşı 3109,12 manat məbləğində sığorta ödənişinin, həmin məbləğin ödənilməsi cavabdeh tərəfindən gecikdirilmiş günlər üçün ödənilməli sığorta ödənişinin 0.1 faizi məbləğində yəni 5624,18 məbləğində dəbbə pulun və 30,40 məbləğində dövlət rüsumunun və bank xərcinin, cəmi 8763,70 manat məbləğin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 3109,12 manat məbləğində sığorta ödənişinin, 30,40 manat məbləğində dövlət rüsumunun və gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0.1 faizi məbləğində dəbbə pulun cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, 3109,12 manat məbləğində sığorta ödənişinin, həmin məbləğin ödənilməsi cavabdeh tərəfindən gecikdirilmiş günlər üçün ödənilməli sığorta ödənişinin 0.1 faizi məbləğində yəni 5624,18 məbləğində dəbbə pulun və 30,40 məbləğində dövlət rüsumunun və bank xərcinin, cəmi 8763,70 manat məbləğin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixində, Bakı şəhəri Babək prospektində X6 “Daewoo Nexia” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsini törətmiş və nəticədə, iddiaçıda “avtokasko” qaydaları ilə sığortalanmış, ”Honda City” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhər Dövlət X10 xx.xx.2014-cü il tarixli, 10872 saylı arayışına və xx.xx.2014-cü il tarixli, CYP 666122 saylı inzibati xəta haqqında protokola və qərara əsasən X6 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, www.isb.az saytından çıxarışdan göründüyü kimi X3 hadisə zamanı idarə etdiyi, “Daewoo Nexia” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda cavabdeh tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, ”Honda City” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin MİL-HO-0424/14 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, ”Honda City” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən xx.xx.2014 il tarixindən xx.xx.2015-ci il tarixinədək 17400,00 manat sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktlına əsasən hadisə nəticəsində ”Honda City” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3459,12 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2014-cü il tarixli, 751/14 saylı sığorta aktına və xx.xx.2014-cü il tarixli, 1100 saylı ödəniş tapşırığına əsasən 3109,12 manat məbləğində sığorta ödənişi 350,00manat azadolma məbləği çıxılmaqla avtomobilin təmiri üçün “Yenimotor” məhdud məsuliyyətli cəmiyyətinin “Bank Respublika” açıq səhmdar cəmiyyətində olan AZ37BRES******************** saylı hesabına köçürülmüşdür. Ödənilmiş sığorta ödənişi məbləğinin subroqasiya qaydasında geri ödənilməsi tələbinə dair iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq tələb icra edilməmiş, cavabdehə ünvanlandırılmış məktub cavabsız buraxılmışdır. Cavabdeh öhdəliklərini icra etmədiyi üçün iddiaçı tərəfindən X4 Palatasına xx.xx.2019-cu il tarixli, BS-C-19/0707 saylı məktubla müraciət edilmiş, bunun nəticəsində cavabdeh, X1 təqdim etdiyi məktuba cavab olaraq xx.xx.2019-cu il tarixli, 08/B-495 saylı məktubda xx xxxx 2015-ci il tarixli, 06-06/490 saylı sərəncamla 2422,00 manat sığortqa ödənişi hesablanmış və xx.xx.2015-ci il tarixdə iddiaçının hesabına köçürüldüyü qeyd edilmişdir. Lakin, qeyd edilən işlə bağlı bu günədək cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş daxil olmamışdır və tələb icra edilmədən qalmaqdadır.İddia tələbinin cavabdehə qarşı dəbbə pulunun hesablanması hissəsində müddətinin axımının cavabdehin sığorta məbləğinin iddiaçının hesabına köçürüldüyü bildirdiyi, yəni xx.xx.2015-ci il tarixindən başlayaraq bu günədək, yəni xx.xx.2020-ci il tarixinədək hesablanmaqla gecikdirilmiş günlər, yəni cəmi 1809 gün üçün ödənilməli olan sığorta ödənişi məbləğinin 0.1 faizi məbləğində dəbbə pulu cavabdehdən tutulmalıdır. İddiaçının nümayəndəsi X7 əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 əvvəl keçirilmiş məhkəmə iclasında iddianı qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti xx xxxxxx 1994-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxx 2014-cü il tarixli MİL-HO-0424/14 saylı “Avtomobillərin tam sığortası üzrə sığorta” Şəhadətnaməsinin surətindən görünür ki, “Honda City” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2014-cü il tarixdən xx xxxx 2015-ci il tarixədək iddiaçı tərəfindən sığortalanmışdır. xx xxxxxx 2014-cü il tarixli Zərərin hesablanması aktının surətindən görünür ki, “Honda City” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə 3459,12 manat ziyan dəymişdir. 751/14-CM768/14 saylı sığorta aktının surətindən və xx xxxxxx 2014-cü il tarixli 1100 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən sığortalı “Honda City” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə 350 manat azad olma məbləği çıxılaraq ümumilikdə 3109,12 manat məbləğində sığorta ödənişi “Yenimotor” məhdud məsuliyyətli cəmiyyətinin “Bank Respublika” açıq səhmdar cəmiyyətində olan AZ37BRES******************** saylı hesabına köçürülmüşdür. CYP seriyalı, 666122 saylı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, X3 idarə etdiyi “Daewoo Nexia” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Babək prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Honda City” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. www.isb.az saytından çıxarışın surətindən görünür ki, “Daewoo Nexia” markalı, **- XO-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə baş verən vaxtda cavabdeh tərəfindən sığortalı olmuşdur. Cavabdehin xx xxx 2019-cu il tarixli 08/B-49 saylı məktubun surətindən görünür ki, iddiaçıda sığortalanmış “Honda City” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi ilə əlaqədar xx xxxx 2015-ci il tarixli 06-06/490 saylı sərəncamla 2422 manat sığorta ödənişi hesablanmış və xx xxxx 2015-ci il tarixində iddiaçının hesabına köçürülmüşdür. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “Honda City” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2014-cü il tarixli MİL-HO-0424/14 saylı “Avtomobillərin tam sığortası üzrə sığorta” Şəhadətnaməsinə əsasən xx xxxx 2014-cü il tarixdən xx xxxx 2015-ci il tarixədək iddiaçı tərəfindən sığortalanmışdır. Cavabdeh tərəfindən sığortalanmış X3 idarə etdiyi “Daewoo Nexia” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Babək prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Honda City” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə “Honda City” markalı, **-AC- *** dövlət qeydiyyat nişanlı avtomobillə ziyan dəymişdir. Sığorta müqaviləsinə əsasən iddiaçı tərəfindən “Honda City” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə 350 manat azad olma məbləği çıxılaraq ümumilikdə 3109,12 manat məbləğində sığorta ödənişi “Yenimotor” məhdud məsuliyyətli cəmiyyətinin “Bank Respublika” açıq səhmdar cəmiyyətində olan AZ37BRES**********2 ********* saylı hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, iddia sığorta ödənişi hissəsində əsaslı olduğundan təmin edilməli və cavabdehdən 3109,12 manat məbləğində sığorta ödənişi iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materialları ilə sığorta hadisəsinin baş verməsi, iddiaçıda sığortalanmış avtomobilə görə iddiaçı tərəfindən 3109,12 manat pulun ödənilməsi təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb qanundan irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 5624,18 manat dəbbə pulu məbləği yaranmış 3109,12 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 155 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 3109,12 manat məbləğində sığorta ödənişi və 155 manat məbləğində dəbbə pulu, cəmi 3264,12 manat məbləğ cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (3264,12 manat) iddia tələbinin (8733,30 manat) 37,37 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun və bank xərcinin 11,36 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 18,64 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3109,12 manat məbləğində sığorta ödənişi və 155 manat məbləğində dəbbə pulu, cəmi 3264,12 manat məbləğ Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən tutularaq İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 11,36 manat məbləği Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən tutularaq İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilsin, qalan 18,64 manat məbləği İddiaçı açıq səhmdar cəmiyyətinə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-296/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-296/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver