Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2965/2023 03.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təhvil aldığı mallara görə 2271 manat məbləğində əsas borc və 1021,95 manat məbləğində dəbbə borcu olmaqla ümumilikdə 3292 manat məbləğində borcun və ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat məbləğində haqqın tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – İddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 08 iyun 2021-ci il tarixli, VO25001 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı cavabdeh tərəfindən ona gələn sifarişlər əsasında, razılaşdırılmış miqdarda və çeşiddə malı Cavabdehə təhvil verməyi, Cavabdeh isə sözügedən malları qəbul edib, qəbul etdiyi malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası müddətində İddiaçı ilə Cavabdeh arasında bir sıra malların təhvil-təslimi müvafiq aktlar əsasında həyata keçirilmişdir. Lakin, Cavabdeh ona verilmiş malların müəyyən bir hissəsinin dəyərini İddiaçıya ödəməmişdir. İddia ərizəsinə əlavə edilmiş arayışdan müəyyən olunur ki, dəyəri ödənilməyən mallara görə cavabdehin iddiaçıya 2271 manat məbləğində ödənilməmiş borc öhdəliyi vardır. Bundan əlavə, qeyd olunan borc məbləği cavabdeh tərəfindən ödənilmədiyindən yuxarıda qeyd olunan müqavilənin 4.5-ci maddəsinin tələbi əsasında cavabdehin əlavə olaraq 1021,95 manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli VO25001 nömrəli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcını malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.5-ci bəndinə əsasən alıcı satıcıya olan borcun ödənişini 3.1-ci bənddə göstərilən şərtə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya sonuncunun tələbinə əssaən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,05%-i miqdarında cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir. xx.xx.2021-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, satıcı İddiaçı MMC alıcı Cavabdeh toplam 2592,67 manat məbləğində məhsul təhvil vermişdir. xx.xx.2021-ci il tarixli EBBD seriyalı 312823 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh 2592,67 manat məbləğində vəsait tələb olunur. xx.xx.2023-cü il tarixli MŞB/14/2023-00372 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, satıcı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, alıcı 2271 manat məbləğində alınan malların dəyərini ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlar işə əlavə edilmiş müqavilə, həmçinin təhvil-qəbul aktı, elektron qaimə ilə öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə iddia tələbinin dəbbə pulu hissəsi ilə bağlı isə qeyd edir ki, dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək hesablandığına görə azaldılaraq 29 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 2271 manat əsas borc və 29 manat dəbbə pulu cəmi 2300 manat, habelə mediasiya xərci olan 60 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ödənilməmiş 2271 manat əsas borc və 29 manat dəbbə pulu cəmi 2300 manat, habelə mediasiya xərci olan 60 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2965/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2965/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver