Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2975/2022 09.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti ilə bağlanmış 20 sentyabr 2020-ci il tarixli sığorta ekspertizası üzrə xidmət göstərilməsi haqqında müqavilənin şərtlərinə əsasən mənəödənilməli olan 20140 manat pulun, mediasiya xərci hesab olunan 200 manat məbləğində vəsaitin, əldən çıxmış fayda kimi 5000 manat pulun, ümumilikdə 25340 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti ilə 20 sentyabr 2020-ci il tarixli sığorta ekspertizası üzrə xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən şirkət tərəfindən göndərilmiş işlər üzrə özəl ekspert qismində iştirak edərək qiymətləndirməni həyata keçirmişəm. Bu xidmətlərim müqabilində bəzi ödənişlər həyata keçirilsə də bu günədək 20140 manat məbləğində şirkətin mənə borcu qalmışdır. Müxtəlif vaxtlarda ödənişlərin həyata keçirilməsi ilə bağlı müraciətlərim cavabsız qalmışdır. Bu səbəbdən də pozulmuş hüquqlarımın müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, əldən çıxmış fayda beş ədəd elektron qaimənin hər biri üçün 1000 manat məbləğində vəsait hesablamaqla müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 izahatında iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim olunan elektron qaimənin məhkəmənin hazırlıq iclası mərhələsində deyil, məhkəmə baxışı mərhələsində təqdim edildiyini bildirərək MPM-nin 167.1.2-ci maddəsinin tələblərinin pozulduğunu və eyni zamanda tərəflər arasında bağlanılmış müqavilənin cavabdeh şirkətin direktoru tərəfindən imzalanmadığını bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 20 sentyabr 2020-ci il tarixli İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış sığorta ekspertizası üzrə xidmətlərin göstərilməsi haqqında müqavilə görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sifarişləri əsasında baş verəcək hər bir sığorta hadisələrinin səbəblərini araşdırmaq və hadisə ilə bağlı yaranan zərər məbləğinin müəyyən olunması üzrə sığorta ekspertizası xidmətlərini həyata keçirməyi nəzərdə tutur. xx.xx.2021-ci il tarixli EBBL seriyalı 838262 nömrəli, xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 736874 nömrəli, xx.xx.2022-ci il tarixli EBBP seriyalı 540861 nömrəli, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 795642 nömrəli və xx.xx.2022-ci il tarixli EBBP seriyalı 541047 nömrəli elektron qaimələrdən görünür ki, iddiaçı 20140 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli yerinə yetirilmiş xidmətlərin təhvil-qəbul aktından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin tapşırığı ilə İddiaçı sığorta hadisəsinin baş verdiyi ərazilərdə olmuş, sığorta hadisələrinin səbəblərini araşdırmış və hadisələr ilə bağlı yaranan zərər məbləğini qiymətləndirmişdir. 06 aprel 2022-ci il tarixli MŞB/2-00532 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında qanunvericiliyə uyğun olaraq sığorta ekspertizası üzrə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti isə görülmüş işlərə görə xidmət haqqı ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının əsas borc və mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddiaçının 5000 manat məbləğində əldən çıxmış fayda tələbi ilə bağlı isə qeyd edir ki, sözügedən tələblə bağlı iddiaçı qanunvericiliyin hər hansı normasına istinad etmədiyindən və məhkəməyə sübut təqdim etmədiyindən həmin hissədə iddia tələbi rədd edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 istinad etdikləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı elektron qaydada məhkəməyə müraciət edərkən sistemə yüklədiyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda 20140 manat tələbini əks etdirən 5 ədəd elektron qaimələrin nömrələri və tarixləri göstərdiyinə görə sözügedən qaimələrin sonradan sistemə əlavə edilməsinin mülki prosessual qanunvericiliyin tələblərinə zidd deyil. Bununla yanaşı müqavilənin imzalanmaması iddianın rədd olunmasına əsas ola bilməz, belə ki, həmin müqavilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin möhürü ilə təsdiq edilmiş və tərəflərin arasında məhz həmin müqavilə çərçivəsində xidmətlər göstərilmiş və bunun müqabilində pullar ödənilmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 20140 manat əsas borc və 200 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 20140 manat əsas borc və 200 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2975/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2975/2022
09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver