Məhkəmə qərarları › İş №e-2-2(113)-2975/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2975/2025

17.03.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2975/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, Maraqlı şəxs dövlət büdcəsinə borcu vardır.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanmış bildirişlərin surətindən görünür ki, Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcunu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

3. Fiziki şəxs haqqında məlumat ilə müəyyən edilir ki, Maraqlı şəxs xx.xx.2007-ci il tarixdə VÖEN (**********) verilmişdir. Maraqlı şəxs Bakı şəhəri, Xəzər rayonu ünvanda qeydiyyatdadır. 4.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) Ərizəçinin tələbi və tələbinin dəlilləri

5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 14675,65 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 14675,65 manat məbləğində (o cümlədən, vergilər üzrə 11961,29 manat, faizlər üzrə 2714,36 manat) olmaqla, ümumilikdə 14675,65 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********513500 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs Bakı şəhəri, Buzovna qəsəbəsi, X1 küçəsi, ev 15 ünvanda yaşayır.

7. Ərizəçi tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 73-cü, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.1, 77.3 və 78.1-ci maddələrinə istinad etmişdir.

b) Ərizəyə qarşı etirazın dəlilləri

8. Ərizəyə qarşı etiraz təqdim olunmamışdır.

a) İşdə iştirak edən şəxslər və onların izahatları

9. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirmişdir ki, vergi borcunun mövcudluğunu qəbul etmir. Vergi borcunu Bakı İnzibati Məhkəməsində mübahisələndirmişdir. Qaimə ləğv olunmuş, hesaba pul köçürülməmişdir. Ona görə də, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

10. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (MPM-in 305.1.12-ci maddəsi).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Аzərbаycаn Rеspublikаsı Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur.

15. AR MPM-in: - 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. V. MƏHKƏMƏNİN MÖVQEYİ

16. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir.

17. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, maraqlı şəxs tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müraciətlərinə dair məktublar təqdim etmişdir. Bundan əlavə maraqlı şəxs tərəfindən aşağıdakı sənədlər təqdim olunmuşdur: -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 25 fevral 2025-ci il tarixli müraciətə baxılması haqqında məktubuna əsasən, kameral vergi yoxlaması ilə hesablanmış vergiləri inzibati qaydada mübahisələndirməsi nəzərə alınaraq, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədi ilə, aidiyyəti məhkəməyə müraciət olunmaması, müraciətin nəticəsinə dair qəbul ediləcək yekun qərara uyğun olaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı qanunamüvafiq tədbirin görülməsinin təmin edilməsi, xx.xx.2025-ci il tarixə kimi vergilər üzrə ümumillikdə 14,397,37 borcun mövcud olduğu göstərilmiş; - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 26 avqust, 06 sentyabr, 09 oktyabr və 19 noyabr 2024-cü il tarixli müraciətə baxılması haqqında məktublarına əsasən, izahat məktubunda qeyd olunanları nəzərə alaraq kameral vergi yoxlamaları zamanı Vergi Məcəlləsinin tələblərinə uyğun qanunmüvafiq tədbirlər görüləcəyi göstərilmiş; - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 28 noyabr 2024-cü il tarixli müraciətə baxılması haqqında məktubuna əsasən, kameral vergi yoxlamalarının araşdırılması zamanı kənarlaşmalar müəyyən edildikdə Vergi Məcəlləsinin tələblərinə uyğun qanunamüvafiq tədbirlər görüləcəyi göstərilmişdir.

18. Məhkəmə qeyd edir ki, maraqlı şəxs tərəfindən təqdim olunmuş sənədlərə əsasən vergi borcunun olmaması barədə nəticəyə gəlmək mümkün deyildir. Belə ki, Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə məlumat çıxarışından görünür ki, vergi ödəyicisi Maraqlı şəxs (VÖEN: **********) hazırkı borcu 14623.9 manat təşkil edir.

19. Maraqlı şəxs məhkəmə iclasında izahatında vergi borcunun mövcudluğunu qəbul etmədiyini və əsassız olaraq hesablandığını göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, maraqlı şəxs yaranmış borc məbləğinin əsaslı olub-olmamasını inzibati məhkəmədə mübahisələndirə bilər.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs dövlət büdcəsi qarşısındakı öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Vergi ödəyicisinə vergi borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.

21. Odur ki, borclu fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin dövlət büdcəsinə borcunun ödənilməsini təmin etmək məqsədilə həmin fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

22. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, vergi ödəyicisi olan fiziki şəxs – xx.xx.1977-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Bakı şəhəri, Buzovna qəsəbəsi, X1 küçəsi, ev 15 ünvanda qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

23. Məhkəmə xərclərinə gəldikdə hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Dövlət büdcəsinə olan ümumilikdə 14675,65 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi olan fiziki şəxs – xx.xx.1977-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Bakı şəhəri, Buzovna qəsəbəsi, X1 küçəsi, ev 15 ünvanda qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar