Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-298/2023 19.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İlk iddia üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdehnə qarşı “borcun silinməsi və pulun hesaba qaytarılması” tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlk iddia üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" MTK) Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən"xxxx" Mənzil Tikinti Kooperativinə aktlar əsasında hesablanmış 759783,78 (yeddi yüz əlli doqquz min yeddi yüz səksən üç manat yetmiş səkkiz qəpik) manat məbləğində ümumi borcun 732640,92 (yeddi yüz otuz iki min altı yüz qırx manat doxsan iki qəpik) manat hissəsinin **********00700 nömrəli abonent hesabından silinməsi, həmin borcdan ödənilmiş 27142,86 (iyirmi yeddi min yüz qırx iki manat səksən altı qəpik) manat hissəsinin isə **********00700 nömrəli abonent hesabına geri qaytarılması və dövlət rüsumuna görə ödənilmiş 1049,78 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır-Novxanı şossesinin sol tərəfi ünvanda yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus qeyri yaşayış sahəsi (Qazanxana) xx.xx.2010-cu il tarixli, 2794-12- 10 saylı müqavilə əsasında **********00700 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilmişdir. 2016-cı ilin ikinci yarısına qədər tərəflər arasında hər hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim iddiaçı tərəfindən ödənilmişdir. "xxxx" MTKya 2016-cı ilin noyabr ayından 2022-ci ilin oktyabr ayınadək ayrı-ayrı tarixlərdə ümumi məbləği 759783,78 manat olan sayğac göstəricilərindən əlavə borclar hesablanmışdır. Ümumi mübahisə məbləğinin bir hissəsi ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur. Ümumi mübahisə məbləğinin 347499,40 manat hissəsi Ali və Bakı Apellyasiya Məhkəmələrinin qətnamələrindən irəli gəlir. Belə ki, xx.xx.2016-cı il tarixdə cavabdeh təşkilat tərəfindən iddiaçının istifadəsində olan ELSTER G-100 tipli, 83045291 nömrəli qaz sayğacı çıxarılaraq götürülmüşdür. Qaz sayğacı olmadığı müddət ərzində, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək cavabdeh tərəf qanunvericiliyin tələblərinə zidd şəkildə iddiaçıya artıq borc hesablamışdır. Bununla bağlı "xxxx" MTK tərəfindən 2018-ci ildə ümumi məbləğdə 459986 manat olan əsassız hesablanmış borcun silinməsi və dəymiş zərərin əvəzi olaraq 100000 manat pulun iddiaçının xeyrinə tutulması tələbi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-93/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 317476,02 manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-228/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilərək, "xxxx" MTK-nın iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti Ali məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-2(102)-512/2019 saylı qərarı ilə təmin edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsində təkrar baxış zamanı xx.xx.2020-ci il tarixli, 2-2(103)-140/2020 saylı qətnamə ilə "xxxx" MTK-nın iddia tələbi qismən təmin edilərək, **********00700 saylı abonent koduna xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək hesablanmış 257405,58 manat borcun silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın 5.4-cü bəndinə istinad etmişdir. Həmin bəndin tələbinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Eyni zamanda məhkəmə həmin qaydaların 4.9-cu bəndinə istinadən qeyd etmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(103)- 140/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-2(102)-89/2021 saylı qərarı ilə təmin edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin kassasiya şikayətinin təmin edilməsinə əsas isə iş üzrə iddiaçı qismində çıxış edən "xxxx" MTK-nin **********00700 abonent hesabı olan "xxxx" MTK-ya hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququnun olmaması olmuşdur. Bu səbəbdən xx.xx.2021-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 895/2021 saylı qətnaməsi ilə "xxxx" MTK-nin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Qətnamədən "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-2(102)-314/2022 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(103)-895/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, hazırda mübahisələndirilən ümumi dövrün xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan hissəsinə dair Ali və Apellyasiya məhkəmələrinin mövqeyinə əsasən Cavabdeh İB tərəfindən “X3”nın 5.4-cü bəndinə zidd şəkildə borcun hesablandığı öz təsdiqini tapmışdır. “X3”nın 5.4-cü bəndinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə, yəni sayğac olmadığı müddətdə qazın dəyəri 2016-cı ilin oktyabr ayının. yəni sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablanmalı idi. Abonent saldosuna baxdıqda 2016-cı ilin oktyabr ayı ərzində 9838,50 manat dəyərində qaz sərf edilmişdir. Belə olan halda gündəlik sərfiyyat 317 manat (9838,50 : 31 gün = 317 manat) təşkil edir. Sayğacsız istifadə dövrünü nəzərə alsaq, xx.xx.2016 - xx.xx.2017-ci il, bu 98 gün və 31066 manat (98 X 317 = 31066) edir. Göründüyü kimi, sayğacsız dövr üzrə Cavabdeh İB tərəfindən hesablanmış 378565,4 manat borcun 347499,40 manat (378565,40 – 31066 = 347499,40) hissəsi qanunvericiliyin tələblərinə riayət edilmədiyindən artıq hesablanmışdır. Mübahisələndirilən məbləğin 386597,18 manat hissəsi isə 2019-cu ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində guya qaz sayğacı işləmədiyinə görə “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 23 ədəd akt əsasında hesablanmışdır. İddia tələbinin bu hissəsi ilə bağlı qeyd edilir ki, 2019cu ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək iddiaçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən hər ay borc hesablanmış, lakin bu azmış kimi cavabdeh tərəfindən heç bir qanuna, hüquqi akta əsaslanmadan sayğac göstəricilərindən əlavə borclar hesablanmışdır. Xüsusi ilə 2021-ci ilin yanvar ayını qeyd edilir. Belə ki, abonent saldosundan da göründüyü kimi, 2021-ci ilin yanvar ayında qaz sayğacı tam saz vəziyyətdə olmuş və cari ay ərzində 105354,40 manat məbləğində sərf edilmiş qazın dəyərini qeydə almışdır. Buna baxmayaraq, cavabdeh təşkilat həmin ay üçün xx.xx.2021ci il tarixdə heç bir hüquqi əsası olmayan ******* saylı akt tərtib edərək, əlavə 148603,40 manat məbləğində borc hesablamışdır. Bu tendensiya 2019-cu ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək davam etmişdir. Bundan başqa, abonent saldosuna baxdıqda cavabdehin qanunsuz əməllərini digər hallardan da görmək olar. Belə ki, hazırda qaz sayğacı yerindədir və iddiaçı tərəfindən X5 edilmir, lakin buna baxmayaraq, cavabdeh öz qanunsuz əməllərindən geri qalmayaraq, MTK-ya 2022-ci ilin iyul, avqust və sentyabr aylarında borclar hesablayır. Hamıya bəlli olan haldır ki, yaşayış binalarının isidilməsi üçün nəzərdə tutulmuş qazanxanalarda təbii qazdan mövsümi istifadə edilir. Yəni yay aylarında istilik mövsümü olmadığından X5 edilmir. Buna baxmayaraq, cavabdeh təşkilat yay aylarında belə MTK-ya qanunsuz aktlar əsasında əlavə borclar hesablamışdır. Belə bir hesabat növü qanunsuzdur və heç bir hüquqi məntiqə sığmır. Mübahisələndirilən məbləğin 25687,20 manat hissəsi isə “X5 X1” xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmışdır. Akta əsasən iddiaçının müvəqqəti istifadəsində olan ELSTER G-1000 tipli, 83047151 nömrəli qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Yoxlama rəyinə əsasən cavabdeh təşkilat tərəfindən 25687,20 manat borc hesablanmışdır. Göründüyü kimi, cavabdeh təşkilat növbəti dəfə qanunsuz yoxlama aktına əsasən iddiaçıya əlavə borc hesablamışdır. Hazırda cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui istifadə edərək, sözügedən qanunsuz aktları və onlar əsasında hesablanmış qanunsuz borcu qəbul edilməsinə dair təzyiqlər göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “X3”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi, cavabdeh təşkilat 2016-cı ildən özlərinin müəyyən etdiyi tərzdə iddiaçıya əlavə 669689,96 manat məbləğində borc hesablamışdır. Belə bir hesablama düsturu və hüququnun hansı qanunla müəyyən olunduğu məlum deyildir. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya hüquqi şəxsin müflisləşməsinə səbəb olur. Mediasiya prosesinə dəvət olunmuş cavabdeh mediatorun çağırışlarına reaksiya verməmiş, bundan başqa, iddiaçı tərəfindən cavabdeh təşkilata pretenziya qaydasında müraciət olunmuş və əsassız hesablanmış borcun silinməsi tələb edilmişdir, lakin göründüyü kimi, müsbət nəticə əldə edilməmişdir. İlk olaraq qeyd edilir ki, aktlar iddiaçının və ya onun nümayəndəsinin iştirakı olmadan tərtib olunmuşdur. Halbuki, bu cür aktlar tərtib olunarkən iddiaçının iştirakı təmin edilməli idi. Digər bir məsələ isə hər ay qaz paylayıcının nümayəndəsi iddiaçının istixananın qaz sayğacına və daşıyıcı qaz xəttinə baxış keçirərək, 1 aylıq qaz sərfiyyatının məbləği barədə bildirişi iddiaçıya verir. MTK-ya hər ay təqdim edilən hesab fakturalarda borcun aktlar əsasında hesablandığı qeyd edilməmişdir, bu səbəbdən də aktlar əsasında borcun hesablanmasından məlumatları olmamışdır. Qaz paylayıcının nümayəndəsi hər ay ardıcıl olaraq bu işi gördüyü halda necə olur ki, iddiaçının istifadəsində olan sayğacda qüsuru və hər hansı çatışmazlığı görür və bu barədə iddiaçıya məlumat vermir. Hesablanma qaydasının bu cür aparılmasının hansı normativ hüquqi aktda öz əksini tapdığı müəyyən deyildir. Təbii ki, heç bir hüquqi sənədə əsaslanmayan, subyektiv mülahizələrə əsaslanan hesablanma qaydası şişirdilmiş qanunsuz borcun hesablanmasına şərait yaratmışdır. Cavabdeh İB tərəfindən barəmizdə tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan isə görünür ki, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmamışdır. Halbuki, yuxarıda sadalanan normalara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Abonent saldosundan göründüyü kimi, mübahisələndirilən ümumi məbləğin 732640,92 manat hissəsi ödənilməmiş borc kimi qalmışdır. "xxxx" MTK tərəfindən sayğac göstəricilərinə əsasən müəyyən edilmiş qazın dəyərinin ödənişi üçün edilmiş cavabdehin hesabına köçürülmüş pul məbləğləri iddiaçının məlumatı olmadan mübahisələndirilən ümumi məbləğin 27142,86 manat hissəsinin ödənişinə çıxılmışdır. Cavabdeh təşkilat tərəfindən iddiaçıya təqdim edilən hesab fakturalarda hansı məbləğin aktlar əsasında hesablandığı əks olunmur. Bu da öz növbəsində istehlakçının hesablanmış borc haqqında məlumatsız olması, cavabdehin isə bu vəziyyətdən faydalanması deməkdir. Cavabdeh "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan X5yə görə yaranmış 730472,97 (yeddi yüz otuz min dörd yüz yetmiş iki manat doxsan yeddi qəpik) manat borcun və 1020,47 manat ödənilmiş rüsum xərcinin məcburi qaydada tutularaq Cavabdeh İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Cavabdeh İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB müqavilə əsasında "xxxx" MTK-ya məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən qeyriyaşayış sahəsini (qazanxana) təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixə 730472,97 (yeddi yüz otuz min dörd yüz yetmiş iki manat doxsan yeddi qəpik) borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəfimizdən mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X3”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında ilkin iddianı müdafiə edib, ilkin iddia ərizəsində göstərilənləri təsdiq edərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qaşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında bildirdi ki, "xxxx" MTK-nın 2016-cı ilin oktyabr ayı üzrə sərfiyyatı ilə həmin ilin noyabr-dekabr ayları üzrə sərfiyyatı eyni olmamışdır. Sayğac yoxlanılması üçün çıxarılaraq laboratoriyaya aparıldığı zaman sərfiyyatın dəyəri cihazların iş qüvvəsinə əsasən hesablanmışdır. Yay aylarında qazanxana işləməsə də, digər cihazların iş qüvvəsinə görə hesablama aparılmışdır. 2019-cu ilin avqust ayından 2020-ci ilin aprel ayınadək sayğac söndüyü üçün elektron hissəsi sərfiyyatı qeydə almamış və mexaniki hissə üzrə hesablamalar aparılmışdır. 2020-ci ildə sayğac dövlət yoxlaması üçün çıxarılaraq aparılmışdır. Digər dövrlərdə əvvəlki illərin müvafiq dövrlərinə uyğun hesablanmışdır. Həmçinin tərtib olunmuş aktlar iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə araşdırma apararaq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli və qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - "Azəriqaz" İB ilə istehlakçı "xxxx" MTK arasında müəssisə və obyektlərin təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında xx.xx.2010-cu il tarixli, 2794-12-10 nömrrəli müqavilə bağlanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) 2016-cı ilin noyabr ayı üçün aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 387212 m3, qaz sərfinin məbləği – 38721,20 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2016-xx.xx.2016-cı il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 473397 m3, qaz sərfinin məbləği – 154679,40 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli, 000253 nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2017-xx.xx.2017-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 177475 m3, qaz sərfinin məbləği – 35495 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) 2019-cu ilin avqust ayı üçün sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4119 m3, qaz sərfinin məbləği – 829,80 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) 2019-cu ilin sentyabr ayı üçün sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 1511 m3, qaz sərfinin məbləği – 302,20 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) 2019-cu ilin oktyabr ayı üçün sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 5355 m3, qaz sərfinin məbləği – 1071 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2019-xx.xx.2019-cu il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 99928 m3, qaz sərfinin məbləği – 19985,60 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2019-xx.xx.2019-cu il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 135050 m3, qaz sərfinin məbləği – 27010 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 000053 nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 177475 m3, qaz sərfinin məbləği – 35495 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 000343 nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 224271 m3, qaz sərfinin məbləği – 44854,20 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli, 000253 nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) 2017-ci ilin mart ayına sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 81442 m3, qaz sərfinin məbləği – 16288,4 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 189998 m3, qaz sərfinin məbləği – 37999,60 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 156010 m3, qaz sərfinin məbləği – 31202 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 1735 m3, qaz sərfinin məbləği – 347 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) 2021-ci ilin yanvar ayı üçün sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 743017 m3, qaz sərfinin məbləği – 148603,40 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4352 m3, qaz sərfinin məbləği – 870,40 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4212 m3, qaz sərfinin məbləği – 892,40 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4352 m3, qaz sərfinin məbləği – 565,76 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4352 m3, qaz sərfinin məbləği – 565,76 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4212 m3, qaz sərfinin məbləği – 547,56 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4352 m3, qaz sərfinin məbləği – 565,76 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4212 m3, qaz sərfinin məbləği – 694,98 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 180858 m3, qaz sərfinin məbləği – 29841,57 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 8424 m3, qaz sərfinin məbləği – 1389,96 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 1841 m3, qaz sərfinin məbləği – 303,76 manat hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4352 m3 hesablanmışdır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus qeyri yaşayış sahəsinə (abonent kodu: **********00700) xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında, sözügedən müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində qaz sərfiyyatının miqdarı – 4212 m3 hesablanmışdır. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 29/1640-00951-5 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd edilmişdir ki, "Azəriqaz" İB-nin xx.xx.2020-cı il tarixli, SOCAR**********31791640X00951 saylı telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Abşeron rayon Xidmət sahəsinin "xxxx" MTK-nın qaz xətti üzərində quraşdırılmış G1000 markalı 83045291 nömrəli turbin tipli "Elster" qaz sayğacı xx.xx.2020-ci il tarixində xətdən çıxarılmış (Forma-2 № 9018995), xx.xx.2020-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, 1) ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. İmpuls ötürücüsünün qulaqcığı qırıqdır. Korrektor sönüb; 2) sayğac yuyuldu, təmizləndi, hava vuruldu. Pər ağır fırlanır. Sayğac abonentin iştirakı ilə söküldü daxilinə baxış zamanı məlum oldu ki, sayğacın pəri deformasiyaya uğrayıb və ötürücü mexanizm ağır fırlanır; 3) ehtiyyat batareya quraşdırıldı, korrektor xx.xx.2019-cu ıl tarixində sönüb. Pbaza = 1.01325, Pbaza = 20 C Göstəricilər Vot = 18402137, Vt = 11702959 m3 əks olundu. Batareya yoxlandı, gərginliyi 0V. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən ******* m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı gözləmə rejimində cərəyan şiddəti 77 mkA qeydə alındı. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* saylı “X5 X1” aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin 29/1640-00951-5 nömrəli akta əsasən dəymiş ziyan hesablansın. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 29/1640-03082-6 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd edilmişdir ki, “Azəriqaz" İB-nin xx.xx.2021-ci il tarixli, SOCAR**********31791640X03082 saylı telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Abşeron rayon Xidmət sahəsinin Rahat Həyat MTK-ya məxsus qaz xətti üzərində quraşdırılmış G1000 markalı 83047151 nömrəli turbin tipli “Elster" qaz sayğacı xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış (Forma-2 № 9027110), xx.xx.2021-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmiş və müəyyən edilmişdir ki, 1) ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektor sönüb. İmpuls otürücüsü qırıqdır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Korrektor açıldı, yapışqaz plomb (********) normaldır. Korrektorun daxili naqillərinin izolyasiyası normaldır. Pər işləkdir; 2) sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir; 3) ehtiyyat batareya quraşdırıldı, korrektor xx.xx.2021-ci il tarixində sönüb. Pbaza = 1,01325, Pbaza = 20 C. Göstəricilər Vot = 8000506, Vt = ******* m3 əks olundu. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı, gözləmə rejimində cərəyan şiddəti 77 mkA qeydə alındı. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çevriciləri normaldır. İmpuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 227661 m3 azdır. Şteyker yenisi ilə əvəz edilməlidir. - Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı “X5 X1” aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin 29/1640-03082-6 nömrəli akta əsasən dəymiş ziyan hesablansın. -Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul olunmuş uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədə qeyd edilmişdir ki, sayğacların müayinəsi laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, 29/1640-03082-6 nömrəli aktına əsasən G-1000 markalı 83047151 №li sayğacda impuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 227561 m3 azdır. Respublikada qüvvədə olan ГОСТ 2939-63 “Газы. Условия для определения объема” standartının tələblərinə əsasən istehlakçılara təhvil verilən qazın həcmi standart şəraitdə təzyiq 1,01325 bar və temperatur 293.15 (20 °C) olmaqla hesablanmalıdır. ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına uyğun olaraq mexaniki hissədən keçən qaz həcminin 227561 m3, əmsal 2.52 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır: 227561 x 2.52=573454 – 19676 (göstərici fərqi) = 553778 m3 ; 553778-217240 (mexaniki göstərici) – 180858 (əmsal/fərq) = 155680 m3 - Abonentin saldosundan müəyyən olunur ki, "xxxx" MTK-nın qeyd edilən tarixə ümumilikdə borcu 851651,31 manat (sayğac oxunması: 5007043,81 manat + aktlar: 870948,86 manat – ödəmələr: 5026341,35 manat = son borc: 851651,31 manat) təşkil edir. - "xxxx" MTK tərəfindən Cavabdeh İB-yə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən hesablanmış borcun 3 (üç) gün müddətində silinməsi və əsassız hesablanmış borcun ümumi məbləğindən ödənilmiş 27142,86 (iyirmi yeddi min yüz qırx iki manat səksən altı qəpik) manat hissəsinin "xxxx" MTK-nın hesabına geri qaytarılması xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Cavabdeh İB tərəfindən "xxxx" MTK-ya xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilərək, borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər arasında müəssisə və obyektlərin təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqavilə bağlanmış, tərəflər həmin müqavilə üzrə üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Cavabdeh İB müqavilə üzrə öhdəliyini icra edərək iddiaçını təbii qazla təchiz etmiş, sonuncu da öz növbəsində Cavabdeh İB-nin xeyrinə müvafiq ödənişləri həyata keçirmişdir. Lakin müəyyən dövrlər üzrə tərəflər arasında müqavilə üzrə mübahisələr yaranmış, nəticədə iddiaçı cavabdehə qarşı iddialarla məhkəməyə müraciət etmişdir. Belə ki, müəyyən dövrlərdə iddiaçı təbii qazdan qaz sayğacı olmadan istifadə etmiş, bununla bağlı, eləcə də qaz sayğacının olduğu müddətlər ərzində iddiaçı barəsində aktlar tərtib olunmuş və tərtib olunan aktlara əsasən "xxxx" MTK-ya borc hesablanmışdır. Hazırda ilk iddia üzrə iddiaçı "xxxx" MTK Cavabdeh İB tərəfindən qaz sayğacı olmadığı dövrlərdə qazdan istifadəyə görə aparılan hesablamaların, eləcə də tərtib edilmiş aktların əsassız və qanunsuz olduğunu bildirərək, hazırkı ilkin iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh İB tərəfindən də məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edilərək, "xxxx" MTK tərəfindən borcun ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İkin iddia tələbini Cavabdeh İB tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə aktlar əsasında hesablanmış 759783,78 (yeddi yüz əlli doqquz min yeddi yüz səksən üç manat yetmiş səkkiz qəpik) manat məbləğində ümumi borcun 732640,92 (yeddi yüz otuz iki min altı yüz qırx manat doxsan iki qəpik) manat hissəsinin **********00700 nömrəli abonent hesabından silinməsi, həmin borcdan ödənilmiş 27142,86 (iyirmi yeddi min yüz qırx iki manat səksən altı qəpik) manat hissəsinin isə **********00700 nömrəli abonent hesabına geri qaytarılması təşkil edir. İddiaçı, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə, yəni sayğac olmadığı müddətdə sayğacsız dövr üzrə Cavabdeh İB tərəfindən hesablanmış 378565,4 manat borcun 347499,40 manat hissəsinin qanunvericiliyin tələblərinə riayət edilmədiyindən artıq hesablandığına görə silinməsini xahiş etmişdir. İddiaçı həmin hissədə tələbin hüquqi əsası kimi “X3”nın 5.4-cü bəndinə istinad etmişdir. İddiaçı hesab etmişdir ki, “X3”nın 5.4-cü bəndinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə, yəni sayğac olmadığı müddətdə qazın dəyəri 2016-cı ilin oktyabr ayının, yəni sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablanmalı idi. “X3”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Abonent saldosundan müəyyən olunur ki, iddiaçı tərəfindən 2016-cı ilin oktyabr ayı ərzində 9838,50 manat dəyərində qaz sərf edilmiş, həmin ay üçün gündəlik sərfiyyat 317 manat (9838,50:31gün=317 manat) təşkil etmişdir. Sayğacsız istifadə dövrü 98 gün (xx.xx.2016 - xx.xx.2017-ci il) olmuşdur və “X3”nın 5.4-cü bəndinə uyğun hesablama aparıldıqda bu 31066 manat (98 X 317=31066) edir. Həmçinin müəyyən olunur ki, həmin dövr üzrə Cavabdeh İB tərəfindən iddiaçıya 362277 manat məbləğində borc hesablanmışdır. Məhkəmənin qənaətinə əsasən həmin məbləğdən 31066 manat çıxılmalı və 331211 manat məbləğndə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. Həmçinin müəyyən olunur ki, iddiaçı 16288,40 manat məbləği xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə hesablanan borc məbləğinə daxil edərək silinməsini xahiş etmişdir. Müəyyən olunur ki, 16288,40 manat məbləğində borc iddiaçıya 2017-ci ilin mart ayında tərtib edilmiş akt əsasında hesablanmışdır. xx.xx.2017-ci il tarixli Aktda mart ayı üçün qazdan sayğacsız istifadə yazılsa da, aktda sayğacsız istifadənin hansı müddəti əhatə etdiyi göstərilməmişdir. Eyni zamanda 2017-ci ilin mart ayına sayğac göstəricisinə əsasən iddiaçıya 211828,80 manat borc hesablanmışdır. Ona görə məhkəmənin qənaətinə əsasən xx.xx.2017-ci il tarixli Akt əsasında iddiaçıya hesablanan 16288,40 manat məbləğində borc da iddiaçının hesabından silinməlidir. İddiaçının nümayəndəsi iddiaçıya sayğac olmadığı müddətdə qeyd olunan qaydada və məbləğdə hesablamanın aparılmasının hüquqi əsasını göstərə bilməmişdir. Eləcə də, sözügedən abonentin saldosunun aktlar bölməsindən görünür ki, 2019-cu ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək abonentə aktlar üzrə (qeyd: iddiaçı tərəfindən iddia tələbində qeyd edilən 23 akt üzrə hesablanan məbləğlər öz əksini tapır) 386597,18 manat borc məbləğləri hesablanmışdır. Aktlarda aktın tərtib olunma səbəbi kimi müəssisədə sayğacın işləmədiyi dövr qeyd olunmuş, halbuki həmin qeyd olunan dövrlərdə iddiaçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə iddiaçıya sərfiyyat məbləğləri hesablanmışdır, məsələn 2020-ci il üzrə 585848,60 manat, 2021-ci il üzrə 662469 manat və s. Mübahisələndirilən məbləğin 25687,20 manat hissəsi isə “X5 X1” xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmışdır. Akta əsasən müvəqqəti istifadədə olan ELSTER G-1000 tipli, 83047151 nömrəli qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, yoxlama rəyinə əsasən cavabdeh tərəfindən iddiaçıya akt əsasında 25687,20 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir; 3.5-1-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3.5-2 ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Beləliklə, iş materiallarında olan və Cavabdeh İB tərəfindən "xxxx" MTK-nin barəsində tərtib edilmiş və hazırda nəticələri mübahisələndirilən aktlardan müəyyən olunur ki, Cavabdeh İB "xxxx" MTK-nin barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, Cavabdeh İB tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək hesab edir ki, borcun silinməsinə dair ilkin iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə aktlar əsasında hesablanmış 759783,78 (yeddi yüz əlli doqquz min yeddi yüz səksən üç manat yetmiş səkkiz qəpik) manat məbləğində ümumi borcun 730472,97 (yeddi yüz otuz min dörd yüz yetmiş iki manat doxsan yeddi qəpik) manat hissəsi **********00700 nömrəli abonent hesabından silinməlidir. Belə ki, müəyyən olunur ki, 2022ci ilin oktyabr ayına qalıq borcun məbləği 730472,97 manat təşkil etmişdir. Eləcə də, Cavabdeh İB tərəfindən tərtib edilən aktlar qanunsuz olduğundan onun hüquqi nəticəsi kimi "xxxx" MTK tərəfindən Cavabdeh İB-yə ödənilmiş 27142,86 manat məbləğində pul vəsaiti, Cavabdeh İB tərəfindən "xxxx" MTK-nin **********00700 nömrəli abonent hesabına geri qaytrarılmalıdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh 1049,78 manat ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun məbləği 650 (altı yüz əlli) manat təşkil etdiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq həmin məbləğdə pul Cavabdeh İB-dən tutularaq "xxxx" MTK-yə ödənilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə ilk öncə qeyd olunmalıdır ki, qarşılıqlı iddia 730472,97 manat məbləğində borcun "xxxx" MTK-dən tutulmasından ibarətdir. Məhkəmə ilkin iddia tələbi ilə aktlar üzrə borc məbləğinin silindiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, qarşılıqlı iddia rədd olunmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə aktlar əsasında hesablanmış 759783,78 (yeddi yüz əlli doqquz min yeddi yüz səksən üç manat yetmiş səkkiz qəpik) manat məbləğində ümumi borcun 730472,97 (yeddi yüz otuz min dörd yüz yetmiş iki manat doxsan yeddi qəpik) manat hissəsi **********00700 nömrəli abonent hesabından silinsin, həmin borcdan ödənilmiş 27142,86 (iyirmi yeddi min yüz qırx iki manat səksən altı qəpik) manat hissəsi isə **********00700 nömrəli abonent hesabına geri qaytarılsın. Ödənilmiş dövlət rüsumuna görə 650 manat (altı yüz əlli) məbləğində pul Cavabdehndən "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-298/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-298/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver