Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2985/2021 26.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliuyyətli Cəmiyyətindən maddi zərərə görə 124.400 (yüz iyirmi dörd min dörd yüz) manat, çəkilmiş yol xərclərinə görə 4000 (dörd min) manat, 10.000 (on min) manat əldən çıxmış fayda, 5000 (beş min) manat mənəvi zərər və 30 manat dövlət rüsumunun, ümumilikdə 143.430 (yüz qırx üç min dörd yüz otuz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında 24.07.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, sözügedən müqaviləyə əsasən cavabdeh tərəfindən ona satılacaq mal və ya göstəriləcək xidmət birbaşa olaraq müqavilədə göstərilmiş qaydada yerinə yetirilməli idi. Müqavilə üzrə götürülmüş öhdəliyə əsasən cavabdeh tərəfindən ona 450.00 ton metal boru təhvil verilməli idi. Cavabdeh MMC müqavilə üzrə öhdəlik düzgün və tam formada icra edilməmişdir. Belə ki, bağlanmış müqavilə üzrə cavabdehə 101.762 (yüz bir min yeddi yüz altmış iki) manat məbləğində ödəniş edilmiş və həmin ödənişin müqabilində metal boru alınmışdır. Alınmış metal borulardan 34.434 (otuz dörd min dörd yüz otuz dörd) manat məbləğində satış edilmişdir. Satılmamış 67.328 (altmış yeddi min üç yüz iyirmi səkkiz) manatlıq metal borunun üzərinə isə birbaşa cavabdehin təqsiri səbəbindən Nəqliyyat Baş Polis İdarəsi tərəfindən həbs qoyulmuş və həmin mallar götürülmüşdür. Bu isə onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Belə ki, həmin materialları ilə o şəxsi sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə etmək və gəlir əldə etmək üçün almışdı. Lakin hazırda sözügedən mallardan təyinatı üzrə istifadə edə bilmir. Bu isə birbaşa olaraq cavabdehin qanunsuz əməlləri səbəbindən baş vermişdir. Dəfələrlə bununla bağlı cavabdehə irad bildirib yol verdiyi səhvlərə görə ona vurulan 67.328 (altmış yeddi min üç yüz iyirmi səkkiz) manat məbləğində zərəri və həmçinin 4000 (dörd min) manat məbləğində olan yol xərcini tələb etsə də bunun heç bir faydası olmamışdır. Cavabdehin qanunsuz hərəkətlərinə görə əldən çıxmış faydaya münasibətdə mənə vurulmuş maddi zərər 10.000 manat dəyərindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 24.07.2020-ci il tarixdə alqı-satqı müqaviləsi və elə həmin tarixdə 1 X4 Protokolu imzalanmışdır. Alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC (satıcı) Cəfərov Elsəvərə (alıcı) qiymət razılaşma protokolunda nəzərdə tutulmuş metal boruları verməyi, Cəfərov Elsəvər isə malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə əsas borc tələbi 29 ədəd metal boruya görə verilmiş olan pul təşkil edir. İddiaçı tərəf qeyd edilən 29 ədəd metal borunun hazırki bazar dəyərinin 124.400 manat olmasına istinad edir və bu halın təsdiqi üçün Legitim Qiymətləndirmə və Consulting MMC tərəfindən verilmiş rəyi təqdim edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli olan ilk məqam müqavilənin etibarlılıq şərtlərinin yoxlanmasıdır. İş materillarında olan İddiaçı ilə Cavabdeh MMC arasında 24.07.2020-ci il tarixdə alqı-satqı müqaviləsindən görünür ki, müqavilə 2020-ci il tarixdə bağlansa da müqavilədə MMC-nin direktoru kimi göstərilmiş X2 12.09.2018-ci il tarixdən MMC-nin qanuni təmsilçisi deyil, hazırda qanuni təmsilçi X1r. Ancaq bununla yanaşı qeyd edilməlidir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış olan müqavilə və qiymət razılaşma protokolu Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə iş materiallarında olan 28 iyun 2020-ci il tarixlərdə olan 2 ədəd Qaimə- Fakturanın kötüyündən (5 ədəd metal boru), 30 iyun 2020-ci il 2 ədəd Qaimə-Fakturanın kötüyündən (6 ədəd metal boru), 31 iyun 2020-ci il tarixli 1 ədəd Qaimə-Fakturanın kötüyündən (3 ədəd metal boru), 02 avqust 2020-ci il tarixli 2 ədəd Qaimə-Fakturanın kötüyündən (6 ədəd metal boru), 03 avqust 2020-ci il tarixli 1 ədəd Qaimə-Fakturanın kötüyündən (3 ədəd metal boru), 04 avqust 2020-ci il tarixli 2 ədəd Qaimə-Fakturanın kötüyündən (6 ədəd metal boru) görünür ki, cəmi 29 ədəd metal boru İddiaçı göstərmiş olduğu şəxslərə təhvil verilmişdir. Həmçinin qeyd edilən qaimə-fakturalar Şahmarov Rabil tərəfindən imzalanmaqla, Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 24.07.2020-ci il tarixdə alqı-satqı müqaviləsi, müqaviləyə 1 X4 Protokolu, malların verilməsi ilə bağlı olan qaimə-fakturar Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müqavilə bağlanan zaman Şahmarov Rabil MMC-nin qanuni təmsilçisi olmasa da, MMC-nin möhürünün onda olması və sənədləri həmin möhürlə təsdiqlənməsi bağlanmış müqavilələrin MMC-nin iradəsi ilə əhatə olunduğuna dəlalət edir. Belə ki, fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Hazırda da adı çəkilən sənədlər Cavabdeh MMC-nin möhürü ilə təsdiq edildiyi üçün müqavilə etibarlı müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, tərəflər arasında olan mübahisəyə müqavilə münasibətlərindən irəli gələn öhdəlik normaları əsasında qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş 30.08.2021-ci il tarixli ittiham Aktının surətindən görünür ki, istintaq zamanı ifadə vermiş təqsirləndirilən şəxs Şahmarov Rabil ifadə verərək çəkisi 166 ton olan 29 ədəd metal boruya görə Cəfərov Elsəvərin ona 71.380 manat, sonradan çəkisi 80 ton təşkil edən 14 ədəd metal boruya görə 34.400 manat pul verməsini və qeyd edilən boruların "xxxx" ASC-yə məxsus borular olduğunu etiraf etmiş və oğurluq malları Cəfərov Elsəvərə satdığını etiraf etmişdir. Adı çəkilən ittiham aktından göründüyu kimi, Cəfərov Elsəvər şahid qismində dindirilmiş və verdiyi ifadədən görünür ki, o çəkisi 166 ton olan 29 ədəd metal boruya görə Şahmarov Rabilə 71.380 manat pul vermiş, sonradan da çəkisi 80 ton təşkil edən 14 ədəd metal boruya görə 34.400 manat pul vermişdir. Çəkisi 80 ton təşkil edən 14 ədəd metal borunu satsa da, dəyəri 71.380 manat 29 ədəd metal borunu satmaq istəyərkən Azərsunun əməkdaşları onunla əlaqə saxlamış və həmin boruların Azərsuya məxsus olduğunu bildirmişdir. Sonradan o həmin 29 ədəd borunu Azərsunun əməkdaşlarına təhvil vermişdir. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, d-1420 mm 29 ədəd metal boru X3 tərəfindən "xxxx" ASC-nin Əsas fondlarının idarə olunması şöbəsinin rəis muavini Fərzəliyev Teymur akif oğluna təhvil verilmişdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından göründüyü kimi, Cəfərov Elsəvər ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə iddiaçının iddiasında qeyd etmiş olduğu 29 ədəd metal boru iddiaçıya təhvil verilmiş, həmin metal borulara görə 71.380 manat məbləğində pul verilmişdir. Sonradan həmin 29 ədəd metal boruların "xxxx" ASC-yə məxsus olduğu müyyən olunmuş və Azərsu ASC-yə təhvil verilmişdir. Yuxarıda sadalan hallara istinad edərək məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisəyə müqavilə münasibətlərindən irəli gələn öhdəlik normaları əsasında qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının pulun tutulması ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməmiş yəni müqavilənin predmetini təşkil edən məhsullar (hazırkı halda 29 ədəd metal boru) MMC-yə deyil, "xxxx" ASC-yə məxsus olmuşdur. və həmin borular "xxxx" ASC-yə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizədə 29 ədəd metal boruların bazar dəyərinin 124.400 manat olmasına istinad edərək cavabdehdən həmin məbləğin tutulmasını xahiş etsə də, istintaq zamanı həm Cəfərov Elsəvərin həm də Şahmarov Rabilin verdiyi ifadələrdən məlum olur ki, mübahisə predmetini yaradan 29 ədəd metal boruya görə sonuncuya 71.380 manat məbləğində pul verilmişdir. Belə olan halda iddia əsas borcun tələb edilməsi hissəsində qismən əsaslıdır və 71.380 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddianın digər hissələri olan çəkilmiş yol xərclərinə görə 4000 (dörd min) manat, 10.000 (on min) manat əldən çıxmış fayda, 5000 (beş min) manat mənəvi zərərin tələb edilməsi hissəsi ilə bağlı hesab edir ki, qeyd edilən hissələrdə iddia təmin edillə bilməz. Belə ki, yol xərclərinin nə qədər və kim tərəfindən ödənilməsinə dair sənəd təqdim edilməmiş, əldən çıxmış fayda və mənəvi zərərin də nədən ibarət olması sübut olunmamışdır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 71.380 (yetmiş bir min üç yüz səksən) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2985/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2985/2021
26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver