Məhkəmə qərarları › İş №e-2-2(113)-2998/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2998/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2998/2024 12.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24773,75 manat (iyirmi dörd min yeddi yüz yetmiş üç manat yetmiş beş qəpik) məbləğində borc və 165 (bir yüz altmış beş) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 106/22 N saylı, 15 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. 106/22 N saylı, 15 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin əlavəsində göstərilən mallar Cavabdeh MMC tərəfindən alınmışdır. Göstərilən müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 24773,75 (iyirmi dörd min yeddi yüz yetmiş üç manat yetmiş beş qəpik) manat borcu yaranmışdır. Bununla bağlı cavabdehə pretenziya göndərilmiş, lakin borc məbləğinin ödənilməsinə dair heç bir tədbir görülməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 389.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 106/22 N saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı alıcıya tələb olunan malı (bundan sonra Mal) satır, alıcı isə həmin malı qəbul edir və hazırki Müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir; 2.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri tərəflərin razılaşması ilə bu müqaviləyə tərtib olunmuş əlavələrlə müəyyən olunur; 4.1-ci bəndinə əsasən mallar alıcının sifarişi əsasında 2 (iki) iş günü ərzində satıcı tərəfindən satıcının hesabına çatdırılır; 4.2-ci bəndinə əsasən müqaviləyə əsasən mallar alıcıya tərəflərin razılığı əsasında öncədən tavin etdiyi yerdə təhvil verilir; 4.3-cü bəndinə əsasən satıcı malın daşınmasını satdığı malın tələb edilən daşınma standartlarına uyğun olaraq həyata keçirir; 4.4-cü bəndinə əsasən satıcı alıcıya malları müvafiq qaimə - faktura (təhvil - təslim aktı) ilə təhvil verir. Malın alıcının anbarına qəbul edilmə tarixi malın göndərilməsi tarixi sayılır.

8. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, fəaliyyət dövründə müştəri ilə 90209,43 manat məbləğində mal dövriyyəsi olmuş, lakin 65435,68 manat ödəniş edilmişdir. Son qaimə xx.xx.2023-cü il tarixdə göndərilmiş və həmin zamandan heç bir dövriyyə olmamışdır. Son qalıq borc 24773,75 manat məbləğindədir.

9. İddiaçı MMC tərəfindən təqdim edilmiş elektron qaimələrdən çıxarışdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 92347,38 manat məbləğində elektron qaimələr göndərilmişdir.

10. İddiaçı MMC–nin xx.xx.2024-cü il tarixli ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə EBCE seriyalı, 035270 nömrəli və EBCE seriyalı, 035573 nömrəli elektron qaimələr üzrə 405,28 manat, xx.xx.2023-cü il tarixdə EBDA seriyalı, 291144 nömrəli və EBDA seriyalı, 290989 nömrəli elektron qaimələr üzrə 301,21 manat, xx.xx.2023-cü il tarixdə EBBZ seriyalı, 583715 nömrəli elektron qaimə üzrə 320,62 manat, xx.xx.2023-cü il tarixdə EBDN seriyalı, 792129 nömrəli, EBDM seriyalı, 774233 nömrəli və EBDM seriyalı, 705131 nömrəli elektron qaimələr üzrə 422,58 manat, xx.xx.2022-ci il tarixdə EBCE seriyalı, 421651 nömrəli və EBCE seriyalı, 422189 nömrəli elektron qaimələr üzrə 442,39 manat, xx.xx.2022-ci il tarixdə EBCE seriyalı, 589197 nömrəli elektron qaimə üzrə 372,76 manat, xx.xx.2022-ci il tarixdə EBCG seriyalı, 359820 nömrəli elektron qaimə üzrə 242,36 manat, xx.xx.2022-ci il tarixdə EBCG seriyalı, 646905 nömrəli və EBCG seriyalı, 646979 nömrəli elektron qaimələr üzrə 252,61 manat, xx.xx.2022-ci il tarixdə EBCH seriyalı, 328785 nömrəli və EBCG seriyalı, 328784 nömrəli elektron qaimələr üzrə 252,61 manat məbləğində ödənişlər edilmişdir.

11. İddiaçı MMC–nin xx.xx.2024-cü il tarixli bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 1781,22 manat, xx.xx.2023-cü il tarixdə 1601,69 manat, xx.xx.2023-cü il tarixdə 2207,62 manat və 140 manat, xx.xx.2022ci il tarixdə 2251,53 manat, xx.xx.2022-ci il tarixdə 2457,70 manat, xx.xx.2022-ci il tarixdə 2070,91 manat, xx.xx.2022-ci il tarixdə 1346,44 manat, xx.xx.2022-ci il tarixdə 1403,39 manat, xx.xx.2022-ci il tarixdə 1403,38 manat məbləğində ödənişlər edilmişdir.

12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 03 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

15. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 106/22 N nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı malları satmağı, alıcı isə həmin malların razılaşdırılmış qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, alıcı öhdəliklərini tam şəkildə icra etməmiş və borcu yaranmışdır. Tərəflər arasında göstərilən məbləğdə mal dövriyyəsinin olması, onların bir qisminin ödənilməsi, nəticədə qalıq borcun yaranması təqdim olunmuş sübutlarla (elektron qaimələr, hesabdan çıxarışlar və s.) öz təsdiqini tapır.

16. İddia tələbini cavabdehdən 24773,75 manat (iyirmi dörd min yeddi yüz yetmiş üç manat yetmiş beş qəpik) məbləğində borcun İddiaçı MMC-nin xeyrinə tutulması təşkil edir.

17. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən borca görə 24773,75 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilməlidir.

18. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

19. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 164,32 manat (iş üzrə ödənilməli olan dövlət rüsumu olmuşdur) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 24773,75 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 164,32 manat olmaqla, cəmi 24938,07 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar