Məhkəmə qərarları › İş №e-2-2(113)-3010/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3010/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3010/2022 10.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Nümayəndə və İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin və zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nümayəndə və İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi zamanı sığorta olunan nəqliyyat vasitəsi tam yararsız vəziyyətə düşdüyündən 40000 manat məbləğində sığorta ödənişinin, vurulmuş maddi ziyanın əvəzi olaraq 42750 manat məbləğinin və iş üzrə ödənilmiş 339 manat məbləğinin Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Nümayəndə mülkiyyətində olan “Audi A6” minik markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobili 17 iyul 2021-ci il tarixdə idarə etmək üçün “Rent Center" MMC-yə etibar etmiş, Bakı şəhəri 23 saylı notariat kontorunda etibarnamə verilmişdir. “Rent Center" MMC 28 iyul 2021-ci il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC-də “Audi A6” minik markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobili könüllü sığorta – kasko ilə sığortalamışdır. Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsində sığorta məbləği 40000 manat göstərilmiş, “Rent Center" MMC 2256 manat sığorta haqqı ödəmişdir. Bundan sonra “Rent Center" MMC 02 avqust 2021-ci il tarixdə 209 saylı etibarnamə ilə həmin avtomobili idarə etmək üçün X11 etibar etmişdir. 03 avqust 2021-ci il tarixdə saat 23 radələrində X17 idarə etdiyi həmin avtomobillə Qaraməryəm - İsmayıllı - Şəki magistral yolunun 63-cü kilometrliyində Qəbələ şəhərindən İsmayıllı rayon istiqamətində Qəbələ rayon ərazisində hərəkətdə olarkən, idarəetməni itirərək yoldan çıxmış, nəticədə avtomobil yolun sol hissəsində olan beton maneəyə çırpılmış, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X17 özü və sonuncunun idarə etdiyi avtomobildə sərnişin qismində olan X14, X15, X6 və X23 müxtəlif dərəcəli bədən xəsarətləri almışdırlar. Qəbələ RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı İlkin Göyçəlinin 23 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən K-1/955 saylı material üzrə yol nəqliyyat hadisəsi törətmiş sürücü X17 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci və 263.1-1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməklə o, cinayət məsuliyyətindən azad edilmiş və X9 barəsində Azərbaycan Respublikasının CM-nin 263-1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “Audi A6” minik markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız hala düşmüşdür. Buna dair Qəbələ RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı İlkin Göyçəli tərəfndən bütün toplanmış materiallar və forma 4 28 sentyabr 2021-ci il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC-yə göndərilmişdir. Hadisədən 9 ay keçməsinə baxmayaraq Cavabdeh Sığorta Şirkəti ASC sığorta ödənişini ödəməkdən boyun qaçırır. Yol nəqliyyat hadisəsi zamanı sığorta olunan avtomobil tam məhv (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi) edilib, sığorta şəhadətnaməsində göstərilən və nəqliyyat vasitəsinin sığorta olunan məbləği, yəni 40000 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Bundan başqa İddiaçı MMC-nin fəaliyyəti nəqliyyat vasitələrinin icarə verilməsidir və 2015-ci il buraxılşlı “Audi A6” minik markalı avtomobili günlük 150 manat məbləğində icarəyə verir. Hadisənin 03 avqust 2021-ci il tarixdə baş verməsi nəzərə alınaraq, həmin tarixdən nəqliyyat vasitəsi yararsız haldadır. Cavabdeh hadisədən dərhal sonra sığorta ödənişini və ya eyni tipli avtomobili sığortalıya təqdim etmiş olsa idi, “Rent Center" MMC-yə maddi ziyan dəyməzdi. Lakin bu günə qədər cavabdeh heç bir hərəkət etmədiyindən, hadisə günündən 285 gün keçdiyi nəzərə alınarsa, maşının günlük icarə haqqı 150 manat olan halda iddiaçıya 42750 manat məbləğində ziyan dəymişdir. Yuxarıda göstərilənlərə əsasən, yol nəqliyyat hadisəsi zamanı sığorta olunan nəqliyyat vasitəsi tam yararsız vəziyyətə düşdüyündən 40000 manat sığorta dənişi və 42750 manat ziyan cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Bundan sonra Nümayəndə və İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi zamanı sığorta olunan nəqliyyat vasitəsi tam yararsız vəziyyətə düşdüyündən 40000 manat məbləğində sığorta ödənişinin, vurulmuş maddi ziyanın əvəzi olaraq 42750 manat məbləğinin və 14440 manat məbləğində dəbbə pulunun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Sığorta Şirkəti ASC-nin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, Nümayəndə “Audi A6” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün İddiaçı MMC-yə notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. İş materiallarına əsasən, **********2 saylı sığorta şəhadətnaməsi ilə İddiaçı MMC sığortalı qismində olmaqla “Audi A6” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində könüllü qaydada Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. Sığortalanmış avtomobilin idarə edilməsi üçün İddiaçı MMC tərəfindən xx.xx.2021xx.xx.2021-ci il müddətinə X12 etibarnamə vermişdir. Etibarnamə E.R.X7 Ştatları səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi və E.R.Qurbanlının ümumvətəndaş passportu əsasında verilmişdir. xx.xx.2021-ci il tarixində X10 idarə etdiyi “Audi A6” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı təqdim edilən sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, E.R.Qurbanlı “Audi A6” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobili bir aydan artıq müddətə xarici səlahiyyətli orqan tərəfindən verilən sürücülük vəsiqəsi əsasında idarə etmiş, sürücülük vəsiqəsini qanunla müəyyən edilmiş qaydada dəyişdirməmişdir. xx.xx.2021-ci ildə baş vermiş hadisə nəticəsində sərnişinlərin ağır xəsarət almaları səbəbindən Qəbələ rayon Polis idarəsində araşdırma aparılmış və xəsarət alan şəxslərin E.R.Qurbanlı ilə barışması nəzərə alınaraq HL-1/995 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda E.R.Qurbanlının xarici sürücülük vəsiqəsi əsasında avtomobili idarə etməsi faktı əksini tapmışdır. Qərarda bir tərərfdən “araşdırma zamanı müəyyən edilmişdir ki, hadisə zamanı E.R.Qurbanlı avtomobili sürücülük hüququ olmaqla idarə etmişdir” qeyd edilsə də, digər tərəfdən bu halı şübhə altına alaraq “Yuxarıda sadalanan plenum qərarına və yol hərəkəti haqqında qanunun tələbinə uyğun olaraq E.R.Qurbanlının xarici səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi əsasıda idarə etməsi halı onun avtomobili hadisə vaxtı idarəetmə hüququ olmadan idarə etməsini şübhə altına alır” göstərilmişdir. E.R.Qurbanlının hadisə vaxtı sürücülük hüququ olması əsaslandırılarkən “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına və “Yol hərəkəti haqqında” qanunun 33-cü maddəsinin V hissəsinə istinad edilmişdir. Lakin istinad edilən qəraların və qanunun normasının heç biri xarici səlahiyyətli orqan tərəfindən verilmiş sürücülük vəsiqəsinin hüquqi qüvvəsi ilə bağlı məsələni tənzimləmir. “Yol hərəkəti haqqında” Qanunun 35-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Baxılan iş üzrə görünən odur ki, İddiaçı MMC xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi əsasında ölkə ərazisində bir aydan artıq müddətə olan və qanunun tələbinə əsasən idarə etmək hüququ olmayan şəxsə etibarnamə vermişdir. Xarici dövlətin səlahiyyətli orqan tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşının hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2022-ci il tarixli Qərarında təsbit edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinə görə, bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 2014-cü il 24 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan normasında (33-cü maddəsində) nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Eyni zamanda nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə nəzərdə tutulmuş əməllərin (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) törədilməsi həmin Məcəllənin 263-1-ci maddəsi üzrə (daha ağır) cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Yuxarıda qeyd olunan Qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Qanunvericilik şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasının üç şərtini müəyyən etmişdir: sürücülük vəsiqəsinin etibarlıq müddətinin bitməsi; yol hərəkəti qaydalarının bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulması; şəxsdə müvafiq xəstəliklərin və ya fiziki qüsurların müəyyən edilməsi. Sürücülük vəsiqəsinin etibarlıq müddəti “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsində göstərilmişdir. Maddənin məzmununun təhlili belə nəticəyə gəlməyə əsas verir ki, onun müddəaları, o cümlədən vəsiqənin etibarlıq müddətinə dair tələblər Azərbaycan Respublikası tərəfindən verilən sürücülük vəsiqələrinə şamil edilir. Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələri əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrinin idarə olunmasının şərtləri “Yol hərəkəti haqqında” Qanunun 35-1- ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə bu cür vəsiqələrin Respublika ərazisində etibarlıq müddətinə dair müddəalar birbaşa müəyyən edilməmişdir. Bununla belə, qanunverici həmin normada Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan xarici vətəndaşların və apatridlərin üzərinə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti bitməmiş sürücülük vəsiqəsini dəyişdirmək vəzifəsini qoymuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 35-1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Qeyd edildiyi kimi, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ onun sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — vəsiqə dəyişdirilənədək müvəqqəti məhdudlaşdırılmış şəxs kimi qiymətləndirilir və bu əsasla Cinayət Məcəlləsinin 263-1 -ci maddəsində göstərilmiş “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” kimi tanınır. Bununla da, “Audi A6” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobil iddiaçı (sığortalı) tərəfindən qanunvericiliyə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan X12 idarəetməyə verilmiş və xx.xx.2021-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə zərər dəymişdir. İddiaçı ilə Cavabdeh Sığorta Şirkəti arasında bağlanmış sığorta müqaviləsinin ayrılmaz hissəsi olan “Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta” Qaydalarının anlayışlar bölməsinə əsasən sığorta müqaviləsində göstərilmiş və ya Sığortaçı tərəfindən başqa cür tanınmış, qanunvericiliyiə uyğun olaraq müvafiq avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs səlahiyyətdirilmiş sürücü hesab edilir. Həmin sığorta qaydalarının 21.6-cı maddəsinə əsasən avtonəqliyyat vasitəsinin bu Qaydalara əsasən səlahiyyətləndirilmiş sürücü olmayan şəxs tərəfindən idarə edilməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsas hesab edilir. İddiaçı iddia ərizəsində cavabdehdən maddi ziyan kimi 42750 manat tutulmasını tələb edir. Həmin tələbi əsaslandırarkən iddiaçı avtomobilin icarə haqqının 150 manat olmasını və xx.xx.2021-ci il tarixindən yararsız olmasını, cavabdehin iddiaçıya eyni növlü avtomobil və sığorta ödənişi verilməməsini əsas tutur. Məlum olduğu kimi tərəflər arasında münasibətlər sığota şəhadətnaməsi və onun ayrılmaz hissəsi olan müvafiq sığorta qaydaları əsasında tənzimlənir. Sığorta qaydalarının 4.1.2 bəndinə əsasən, avtonəqliyyat vasitəsinin tam məhv olması halında cavabdeh tərəfindən iddiaçıya eyni növlü avtomobil vermə şərti nəzərdə tutulmamış, tam məhv olma halında sığorta ödənişinin verilməsinin müvafiq şərtləri müəyyən edilmişdir. Bununla belə sığorta ödənişinin verilməsi üçün baxılan halda hadisənin özü sığorta hadisəsi kimi tanınmalıdır. Lakin yuxarıda qeyd edildiyi kimi, “Audi A6” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobil İddiaçı (sığortalı) tərəfindən nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan X12 idarəetməyə verilmiş və xx.xx.2021-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə zərər dəymişdir. İdarəetmə hüququ olmayan şəxsə sığortalanmış nəqliyyat vasitəsinin isə iddiaçı etibar etmişdir. Bu halda cavabdehin iddiaçıya sığorta ödənişi ödəmək öhdəliyi yaranmır, cavabdehə qarşı olan tələblər, o cümlədən 42750 manatın ödənilməsi tələbi zərər vurulmasında təqsirli olan şəxsə qarşı irəli sürülməlidir. İddiaçının tələbindən aydın olur ki, o cavabdehdən faktiki olaraq əldən çıxmış fayda və gəlir itkisini tələb edir. Bu tələb sığortaçıya deyil, mülki qanunvericiliyin tələbinə əsasən zərər vurulmasında təqsirli olan şəxsdən tələb edilməlidir. Ümumiyyətlə sığorta qanunvericiliyi və tərəflər arasında bağlanmış müqavilə cavabdehin əldən çıxmış fayda və digər dolayı itkiləri ödəməsini istisna edir. Belə ki, sığorta qaydalarının 3, 3.4-cü bəndinə əsasən, əgər sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, əldən cıxmış fayda və digər dolayı itkilərə təminat verilmir. Bundan əlavə “İcbari sığortalar haqqında” qanunun 21.1.3 bəndinə əsasən, sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda ödənilmir. İddiaçı cavabdehdən nəqliyyat vasitəsinə dəymiş zərərə görə 40000 manat sığorta ödənişi tələb edir. 40000 manat tərəflər arasında bağlanmış sığorta müqaviləsi üzrə sığorta məbləğinə bərabərdir. Mülki Məcəllənin 904.1-ci maddəsinə görə, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. “Renr Center” ilə Cavabdeh Sığorta Şirkəti arasında bağlanmış sığorta müqaviləsinin ayrılmaz hissəsi olan “Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta” Qaydalarının 4-cü maddəsi avtonəqliyyat vasitəsinə qismən zərər dəyməsi və tam məhv olması halında sığorta ödənişi verilməsi şərtlərini müəyyən edir. İddiaçı sığorta müqaviləsi şərtlərini və sığorta ödənişi məbləğinin hesablanması zamanı avtomobilin hadisədən əvvəlki bazar dəyəri və hadisədən sonrakı qalıq dəyərinin müəyyən edilməsinin zəruriliyini nəzərə almır. Odur ki, hər hansı hesablamaya əsaslanmadan və sığorta müqaviləsi şərtlərini nəzərə almadan İddiaçının Cavabdehdən 40000 manat tam sığorta məbləğini tələb etməsinin əsassızdır. xx.xx.2021-ci ildə baş vermiş hadisə ilə bağlı Qəbələ rayon Polis idarəsi tərəfindən HL-1/995 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın E.R.Qurbanlının nəqliyyat vasitəsini idarə etmə hüququ ilə bağlı hissəsi qanunvericiliyin tələblərinə zidd olduğu üçün həmin qərarın ləğv edilməsi üçün müvafiq addımlar atılmışdır. Belə ki, 5 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinə X17 qanuna uyğun olaraq, 1 ay müddətində xarici sürücülük vəsiqəsini dəyişməzsə nəqliyyat vasitəsini idarə etmək hüququnun olub-olmaması barədə məlumat verilməsi üçün sorğu ünvanlanmışdır. 30 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsi “Yol hərəkəti haqqında” Qanunun 35-1 maddəsinin İ hissəsinə və Qanunun 33-cü maddəsinin V hissəsinə istinad edərək sorğuya cavab vermişdir. 25 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinə təhqiqat sənədlərində düzəliş olunaraq, X9 avtomobili idarə etmək hüququnun olmamasının qeyd edilməsi xahiş olunmuşdur. 07 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsi sorğuya cavab olaraq, işin aidiyyatı üzrə Qəbələ Rayon Polis Şöbəsinə göndərildiyini bildirmişdir. 25 noyabr 2021-ci il tarixində eyni məzmunlu məktub Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. 06 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğu Cavabdeh Sığorta Şirkətinə məktubun surəti ünvanlanmaqla Qəbələ Rayon Prokurorluğuna məktub göndərilmişdir. Həmin məktubda işin araşdırılması və nəticəsi barədə Cavabdeh Sığorta Şirkətinə məlumat verilməsi nəzərdə tutulmuşdur. Lakin hazırki tarixədək Qəbələ Rayon Prokurorluğu sorğulara cavab verməmişdir. Bundan başqa Cavabdeh Sığorta Şirkəti tərəfindən məktubun surəti İddiaçı MMC-yə ünvanlanmaqla, X3 ünvanlanmışdır. Həmin sorğuda sığorta hadisənin tənzimlənməsi ilə əlaqədar X9 Azərbaycan Respublikası ərazisinə hansı tarixdə daxil olması barədə məlumatın verilməsinin zəruri olduğu qeyd edilmiş, həmçinin ondan ümumvətəndaş pasportunun surətinin təqdim edilməsi xahiş olunmuşdur. Lakin həmin sorğuya nə X17, nə də İddiaçı MMC tərəfindən cavab verilməmişdir. Nəticədə 25 oktyabr 2021-ci il və 11 noyabr 2021-ci il tarixlərində X10 Azərbaycan Respublikası ərazisinə daxilolma tarixi barədə məlumatın təqdim olunması üçün AR Dövlət Sərhəd Xidmətinə sorğular ünvanlanmışdır. AR Dövlət Sərhəd Xidməti sorğuya cavab olaraq, şəxslərin ölkə hüdudlarını keçmələri barədə məlumatlar istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verildiyini, bununla yanaşı məlumatların əldə olunması üçün AR Vəkillər X1 hüquqi yardım göstərilməsi barədə orderin və ya məhkəmə tərəfindən müvafiq sorğunun olmasının zəruri olduğu bildirilmişdir. Cavabdeh Sığorta Şirkəti zəruri məlumatı müstəqil əldə edə bilmədiyi üçün həmin məlumatların əldə edilməsi məqsədilə məhkəməyə yazılı vəsatət vermişdir. Məhkəmə vəsatəti təmin edərək, “Elektron Məhkəmə Sistemi” vasitəsilə X10 Azərbaycan Respublikası ərazisinə 12 iyun 2021-ci il tarixində daxil olmasına dair sənəd təqdim etmişdir. Cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etmədiyini bildirərək etiraz ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, avtomobilə dəymiş zərər Cavabdeh Sığorta Şirkəti tərəfindən 37525,24 manat müəyyən edilmiş və həmin məbləğ sığorta məbləğinin 75%-dən artıq olduğu üçün “Audi A6” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil tam məhv olmuş hesab edilir. Avtonəqliyyat vasitəsinin tam məhv olması halında Qaydaların 4.1.2.1-ci bəndinə əsasən, sığortaçının avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından imtina etməsi şərtilə, Avtonəqliyyat vasitəsinin sığorta hadisəsinin baş vermə anından sonrakı vəziyyətinə uyğun gələn bazar qiyməti çıxılmaqla, onun sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiyməti tətbiq edilir. İş üzrə “Audi A6” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiyməti 40000 manat, qalıqları isə 6000 manat təşkil etdiyi ehtimal edilir. Bundan başqa X18 yol-nəqliyyat hadisəsi törədərkən sürücülük təcrübəsi 2 ildən və yaşı 24-dən az olmuşdur. Sığorta Şəhadətnaməsinin “Əlavə şərtlər və təminatlar” bölməsinin 1-ci bəndinə əsasən Avtonəqliyyat vasitəsini, yaşı 24-dən və ya sürücülük təcrübəsi 2 ildən az olan şəxs idarə edən zaman sığorta hadisəsi baş verdikdə əlavə şərtsiz azadolma məbləği tətbiq olunur. Əlavə olaraq, sığorta şəhadətnaməsinin “Əlavə şərtlər və təminatlar” bölməsinin 5-ci bəndinə əsasən avtomobil tam məhv olduğu halda sığorta məbləğinin 10%-i həddində əlavə şərtsiz azadolma məbləği tətbiq olunur. Sığorta Şəhadətnaməsindən görünür ki, sığorta məbləği 40000 manat təşkil edir. Buradan belə nəticəyə gəlmək olar ki, avtonəqliyyat vasitəsinin bərpası üçün ehtimal olunan 37525,24 manat zərər məbləğindən 11000 manat (4000 manat avtomobil tam məhv olması səbəbindən + 1000 manat azadolma məbləği + 6000 qalıq) çıxılmalı və iddia tələbinin 26525,24 manat həcmində olması ehtimal edilir. Sonda cavabdehin nümayəndəsi məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan: **********2 nömrəli, 28 iyul 2021-ci il tarixli Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitələrinə dəyən zərər bölməsi üzrə ümumi sığorta məbləği 40000 manat təşkil edir; 17 iyul 2021-ci il tarixli etibarnaməyə əsasən Nümayəndə mülkiyyətində olan Audi A6 minik markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün “Rent Center" MMC-yə etibar etmişdir; 07 avqust 2021-ci il tarixli etibarnaməyə əsasən “Rent Center" MMC Audi A6 minik markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X12 etibar etmişdir; Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən “Rent Center" MMC-yə ünvanlanmış 26 oktyabr 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, sığorta ödənişinin verilibverilməməsi məsələsi hazırda baxılmaqdadır və məsələnin araşdırılması üçün müvafiq orqanlara sorğular göndərilmişdir; "xxxx" MMC-nin 23 iyun 2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, 2015-ci il buraxılışlı “Audi A 6” markalı nəqliyyat vasitəsinin son 3 il ərzində günlük icarə haqqı 150- 200 manat təşkil edir; “Rent Center" MMC-nin 14 iyun 2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, 2015-ci il buraxılışlı “Audi A 6” markalı nəqliyyat vasitəsinin son 3 il ərzində günlük icarə haqqı 130-160 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq etməklə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 884.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir; 884.5-ci maddəsinə əsasən sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır; 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır; 884.6–1-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır; 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır; 899.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada; 899.2-ci maddəsinə əsasən həmin Məcəllənin 899.1.2-ci maddəsində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır; 904.1-ci maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir; 904.2-ci maddəsinə əsasən sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. İşin faktiki halları ilə təsdiq olunur ki, İddiaçı MMC ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında sığorta müqaviləsi müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona 28 iyul 2021-ci il taricxli sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanmış, sığorta müqaviləsinin tərəfləri qismində sığortalı qismində İddiaçı MMC, sığortaçı kimi isə Cavabdeh Sığorta Şirkəti ASC, sığorta məbləği, yəni, sığorta öhdəliyinin son həddi 40000 manat müəyyən olunmuş və müqavilənin qüvvədə olduğu müddət ərzində (03 avqust 2021-ci il) sığorta hadisəsi baş vermişdir. Hazırkı mübahisə üzrə sığorta ödənişinin verilməsi tələbi həm əmlakın mülkiyyətçisi olaraq Nümayəndə, həmçinin sığortalı kimi İddiaçı MMC tərəfindən irəli sürülsə də, müqavilədə faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmadığından işin halları İddiaçı MMCyə münasibətdə qiymətləndirilməlidir. Cavabdeh Sığorta Şirkəti ASC-nin iddiaya etirazını təşkil edən əsas hal bundan ibaprətdir ki, sığorta hadisəsi baş verən zaman “Audi A6” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs X18 “səlahiyyətləndirilmiş sürücü” olamışdır. Belə ki, xarici səlahiyyətli orqan tərəfindən ona verilən sürücülük vəsiqəsi yerli qanunericiliyin tələblərinə uyğun olaraq bir aylıq müddət keçdikdən sonra dəyişdirilməmişdir və bu hal da, sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Cavabdeh iddiaya etirazının hüquqi əsası kimi “Yol hərəkəti haqqında” Qanunun 35- 1.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 19 may 2022-ci il tarixli qərarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935–ci maddəsində sığorta ödənişinin verilməsindən imtinanın aşağıdakı əsasları göstərilmişdir: 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; 935.1.9. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda; 935.1.10. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda. Yuxarıda qeyd olunan əsaslar Tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz hissəsi olan “Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta qaydaları”nın 38-ci maddəsində də əksini tapmışdır. “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinə görə, həmin maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 2014-cü il 24 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan normasında (33-cü maddəsində) nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Eyni zamanda nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə nəzərdə tutulmuş əməllərin (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) törədilməsi həmin Məcəllənin 263-1-ci maddəsi üzrə (daha ağır) cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Yuxarıda qeyd olunan Qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələri əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrinin idarə olunmasının şərtləri “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə bu cür vəsiqələrin Respublika ərazisində etibarlıq müddətinə dair müddəalar birbaşa müəyyən edilməmişdir. Bununla belə, qanunverici həmin normada Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan xarici vətəndaşların və apatridlərin üzərinə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti bitməmiş sürücülük vəsiqəsini dəyişdirmək vəzifəsini qoymuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 35-1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 19 may 2022-ci il tarixli qərarının nəticəvi hissəsində qeyd olunmuşdur ki, “yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir.” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, avtomobili idarə etmiş şəxs - X10 hadisənin baş verdiyi 03 avqust 2021-ci il tarixdən əvvəl ölkə ərazisinə girişi 12 iyun 2021-ci il tarixdə qeydə alınmışdır. Yəni, sürücülük vəsiqəsi “Yol hərəkəti haqqında” Qanunun 35-1.1-ci maddəsinə uyğun olaraq dəyişdirilməli olduğu halda dəyişdirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz hissəsi olan “Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta qaydaları”nın anlayışlar bölməsinə əsasən “səlahiyyətləndirilmiş sürücü” dedikdə sığorta müqaviləsində göstərilmiş və ya sığortaçı tərəfindən başqa cür tanınmış, qanunvericiliyə uyğun olaraq müvafiq avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs başa düşülür. Qəbələ RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı İlkin Göyçəlinin 23 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən K- 1/955 saylı material üzrə yol nəqliyyat hadisəsi törətmiş sürücü X17 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci və 263.1-1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməklə o, cinayət məsuliyyətindən azad edilmiş və X9 barəsində Azərbaycan Respublikasının CM-nin 263-1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, “...Araşdırma zamanı müəyyən edilmişdir ki, hadisə zamanı X17 avtomobili sürücülük hüququ olmaqla idarə etmişdir.” Bundan sonra Cavabdeh Sığorta Şirkəti ASC Azərbaycan Respublikasının Baş Prokuroruna 25 noyabr 2021-ci il tarixli məktubla müraciət edərək X9 avtomobili idarə etmək səlahiyyətinin olmaması barədə düzəlişin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cavabdeh Sığorta Şirkəti ASCyə ünvanladığı 05 oktyabr 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “..müraciətinizə baxılan zaman həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsini törədən X4 Birləşmiş Ştatları tərəfindən verilmiş sürücülük vəsiqəsini Azərbaycan Respublikası ərazisinə daxil olduğu gündən 1 aydan artıq vaxt keçməsinə baxmayaraq müvafiq qaydada dəyişdirməmişdir. Bu səbəbdən də hadisə baş verdiyi vaxt, yəni xx.xx.2021-ci il tarixdə sürücülük hüququ məhdudlaşdırılmış şəxs hesab edilməlidir. Odur ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış materialda Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin əlamətləri olduğundan, Qəbələ RPŞ-də qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması üçün Baş prokurorun birinci müavini qarşısında məsələ qaldırılmışdır.” Lakin, hazırda 23 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan halla bağlı cinayət təqibi üzrə qüvvəyə minmiş qərar mövcud olduğundan və həmin qərara əsasən X2 hüququnun olması qənaətinə gəlindiyindən etiraz bu hissədə əsassızdır və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Həmçinin, məhkəmə bu qənaətə gələrkən sığorta ödənişinin verilməsindən imtinanın əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935–ci maddəsində və tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz hissəsi olan “Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta qaydaları”nın 38-ci maddəsində nəzərdə tutulan əsaslardan heç birinin mövcud olmadığını da əsas götürür. Cavabdehin iddiaya etirazının əsasını təşkil edən digər hallar ondan ibarətdir ki, avtomobilə dəymiş zərər Cavabdeh Sığorta Şirkəti tərəfindən 37525,24 manat müəyyən edilmiş və həmin məbləğ sığorta məbləğinin 75%-dən artıq olduğu üçün “Audi A6” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil tam məhv olmuş hesab edilir. Avtonəqliyyat vasitəsinin tam məhv olması halında Qaydaların 4.1.2.1-ci bəndinə əsasən, sığortaçının avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından imtina etməsi şərtilə, Avtonəqliyyat vasitəsinin sığorta hadisəsinin baş vermə anından sonrakı vəziyyətinə uyğun gələn bazar qiyməti çıxılmaqla, onun sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiyməti tətbiq edilir. İş üzrə “Audi A6” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiyməti 40000 manat, qalıqları isə 6000 manat təşkil etdiyi ehtimal edilir. Bundan başqa X18 yol-nəqliyyat hadisəsi törədərkən sürücülük təcrübəsi 2 ildən və yaşı 24-dən az olmuşdur. Sığorta Şəhadətnaməsinin “Əlavə şərtlər və təminatlar” bölməsinin 1-ci bəndinə əsasən Avtonəqliyyat vasitəsini, yaşı 24-dən və ya sürücülük təcrübəsi 2 ildən az olan şəxs idarə edən zaman sığorta hadisəsi baş verdikdə əlavə şərtsiz azadolma məbləği tətbiq olunur. Əlavə olaraq, sığorta şəhadətnaməsinin “Əlavə şərtlər və təminatlar” bölməsinin 5-ci bəndinə əsasən avtomobil tam məhv olduğu halda sığorta məbləğinin 10%-i həddində əlavə şərtsiz azadolma məbləği tətbiq olunur. Sığorta Şəhadətnaməsindən görünür ki, sığorta məbləği 40000 manat təşkil edir. Buradan belə nəticəyə gəlmək olar ki, avtonəqliyyat vasitəsinin bərpası üçün ehtimal olunan 37525,24 manat zərər məbləğindən 11000 manat (4000 manat avtomobil tam məhv olması səbəbindən + 1000 manat azadolma məbləği + 6000 qalıq) çıxılmalı və iddia tələbinin 26525,24 manat həcmində olması ehtimal edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898.2-889.4-cü maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. Sığorta şəhadətnaməsinin “Əlavə şərtlər və təminatlar” bölməsinin 1-ci bəndinə əsasən avtonəqliyyat vasitəsini, yaşı 24-dən və ya sürücülük təcrübəsi 2 ildən az olan şəxs idarə edən zaman sığorta hadisəsi baş verdikdə 1000 manat məbləğində əlavə şərtsiz azadolma məbləği tətbiq olunur. Sığorta hadisəsi baş verdiyi tarixdə (xx.xx.2021) avtonəqliyyat vasitəsini idarə edən X9 (xx.xx.1998) yaşı 24-dən az olmuş, ABŞ-ın səlahiyyətli orqanı tərəfindən sürücülük vəsiqəsi isə ona 23 yanvar 2020-ci il tarixdə verilmişdir. Bundan başqa, sığorta şəhadətnaməsinin “Əlavə şərtlər və təminatlar” bölməsinin 5-ci bəndinə əsasən avtomobil tam məhv olduğu halda sığorta məbləğinin 10%-i həddində əlavə şərtsiz azadolma məbləği tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə etirazın qeyd olunan 2 əsası ilə razılaşır. Yəni, yaşı 24-dən və ya sürücülük təcrübəsi 2 ildən az olan şəxs idarə edən zaman sığorta hadisəsi baş verdiyinə görə 1000 manat, avtomobil tam məhv olduğu halda sığorta məbləğinin 10%-i həddində əlavə şərtsiz azadolma məbləği tətbiq edilməsi nəzərdə tutulduğundan 4000 manat, ümumilikdə 5000 manat məbləğində şərtsiz azadolma məbləği tətbiq edilməklə həmin məbləğ sığorta ödənişindən çıxılmalıdır. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta” Qaydalarının 8.1-ci bəndində göstərilmişdir ki, avtonəqliyyat vasitəsinin tam məhv olması halında avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlardan istifadə etmək seçimi sığortaçıya məxsusdur. Sığortalı sığortaçının razılığı olmadan əmlaka olan hüquqlarından ikincinin xeyrinə imtina etmək hüququna malik deyil. Lakin hazırkı vəziyyətdə Cavabdeh Sığorta Şirkəti ASC ümumiyyətlə sığorta ödənişinin verilməsindən imtina edir və bu halda avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlardan hansı həcmdə istifadə etməsini müəyyənləşdirmək mümkün deyildir. Çünki, bu barədə qarşı tərəfə hər hansı bir müraciət və ya təklif olunması ilə bağlı sübut təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, sığorta şəhadətnaməsinə əsasən sığorta məbləği 40000 manat təşkil etsə də, əlavə şərtsiz azadolma məbləğləri tətbiq olunduqdan sonra cavabdeh tərəfindən iddiaçıya (faydalanan şəxsə) ödəniləcək məbləğin miqdarı 35000 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 903.1 – 903.6-cı maddəsində qeyd olunmuşdur ki, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. - 934.1 və 934.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Cavabdeh Sığorta Şirkəti ASC-nin sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə bildiriş iddiaçıya 26 oktyabr 2021-ci il tarixdə göndərilmişdir. Məhkəmə araşdırması zamanı ödəniləcək sığorta məbləğinin 35000 manat qəbul edilməli olması müəyyən edildiyindən, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli bildiriş məktubu ilə iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilməsini nəzərə alınaraq, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İmtina məktubunun 26 oktyabr 2021-ci il tarixdə göndərilməsinə baxmayaraq iddiaçı tərəfindən məhkəməyə 24 may 2022-ci il tarixdə müraciət olunmuş, yəni, zərərin həcminin artmasına şərait yaradılmışdır. Buna görə də məhkəmə hesab edir ki, dəbbə pulunun miqdarı azaldılaraq 4000 manat miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı MMC tərəfindən vurulmuş maddi ziyan, yəni, əldən çıxmış fayda 42750 manat məbləğində müəyyən edilmiş və əsas kimi müxtəlif şirkətlərin 2015-ci il buraxılışlı Audi A6 markalı nəqliyyat vasitəsinin günlük icarə haqqının məbləğinə dair arayışlara istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin məzmununa əsasən həmin sənədlər şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, əldən çıxmış faydanın məvcudluğunu təsdiq edən sübut kimi məhkəməyə avtonəqliyyat vasitəsinin əvvəlki dövrlərdə icarədən əldə edilmiş gəlirlərinə dair rəsmi sənədlər təqdim olunduğu təqdirdə məhkəmə həmin sənədlərə əsasən şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri müəyyən edə bilərdi. Lakin, məhkəməyə bu barədə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Buna görə də məhkəmə hesab edir ki, iddianın əldən çıxmış faydanın əvəzinin ödənilməsi barədə hissəsi rədd edilməlidir. İddiaçının iddia tələbi qiymətləndirilən iddialara aiddir və iddia tələbi 97190 manat təşkil etdiyindən 381,57 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Lakin, buna baxmayaraq, iddiaçı tərəfindən həm ilkin mediasiya sessiyasının keçirilməsinə görə 60 manat məbləğində pul vəsaiti, həm də dövlət rüsumu qismində dövlət büdcəsinə 339 manat + 134 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.1.1-ci madəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də, artıq ödənilmiş dövlət rüsumu kimi vəsaitin əvəzi qismində 92 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən iddiaçıya qaytarılmalı, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 152 manat məbləğində pul vəsaiti Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı MMC-yə qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Nümayəndə və İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin və zərərin əvəzinin ödənilməsi barədə iddiası qismən təmin edilsin. 35000 manat sığorta ödənişi və 4000 manat dəbbə pulu olmaqla, ümumilikdə 39000 manat məbləğində vəsaiti Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 152 manat məbləğində pul vəsaiti Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi artıq ödənilmiş vəsaitin əvəzi qismində 92 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən İddiaçınə qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar