Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3017/2023 26.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “KORUFEY” məhdud məsuliyyətli cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 12291,48 manat məbləğində (o cümlədən, vergilər üzrə 9751,91 manat, faizlər üzrə 2539,57 manat), Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 22,2 manat, dövlət büdcəsinə 296,04 manat məbləğində (o cümlədən, vergilər üzrə 218 manat, faizlər üzrə 78,04 manat), Dövlət Sosial Müdafiə Fonduna 138,88 manat olmaqla, ümumilikdə 12748,6 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********512000 xx.xx.2021-ci il tarixli **********102600, xx.xx.2021-ci il tarixli **********571700, xx.xx.2021ci il tarixli **********103300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Ərizəçinin nümayəndəsi məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs qeyd etmişdir ki, onu aldadaraq adına şirkət açılmışdır. Etibarnamə əsasında şirkətin idarəetməsini həmin şəxsə tapşırmışdır. Lakin şirkət açıldığı gündən ona heç bir ödəniş olmamışdır. Həmin şəxsin özünü isə tapa bilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. İş üzrə ərizəçinin məhkəməyə gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İİİ. Sübutların tədqiqi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş şəxsi hesab vərəqəsindən məlum olur ki, ********** nömrəli vergi ödəyicisinin dövlət büdcəsinə, ********** nömrəli vergi ödəyicisinin Dövlət Sosial Müdafiə Fonduna, dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu mövcuddur. Dövlət Vergi Xidmətinin internet vergi idarəsi çıxarışından məlum olur ki, ********** nömrəli vergi ödəyicisinin 13100,91 manat, ********** nömrəli vergi ödəyicisinin isə 297,57 manat borcu mövcuddur. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “KORUFEY” məhdud məsuliyyətli cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 12291,48 manat məbləğində (o cümlədən, vergilər üzrə 9751,91 manat, faizlər üzrə 2539,57 manat), Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 22,2 manat, dövlət büdcəsinə 296,04 manat məbləğində (o cümlədən, vergilər üzrə 218 manat, faizlər üzrə 78,04 manat), Dövlət Sosial Müdafiə Fonduna 138,88 manat olmaqla, ümumilikdə 12748,6 manat borcu vardır. V. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə uyğun olaraq, vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Qeyd olunan Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Vİ Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, maraqlı şəxsin ödənilməmiş vergi borclarının olması iş materialları ilə məhkəmə araşdırması nəticəsində sübuta yetirilmişdir. Bu baxımdan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin ərizəsi əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs ölkədən getmək hüququ onun və icra orqanının rəhbəri olduğu hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan ümumilikdə 12587,52 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 138,88 manat, İcbari Tibbi Sığorta Fonduna olan 22,2 manat məbləğində borcu tam ödənilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Vİİ Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-17, 355-17.1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququ onun və icra orqanın rəhbəri olduğu hüquqi şəxs “KORUFEY” məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan ümumilikdə 12587,52 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 138,88 manat, İcbari Tibbi Sığorta Fonduna olan 22,2 manat məbləğində borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3017/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3017/2023
26.05.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver