Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3021/2022 16.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 33.018,71 manat məbləğində borc pulun və ödənilmiş 200 manat mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh oğlu arasında xx.xx.2015-ci il tarixdə yataq, qonaq, uşaq, yumşaq və digər mebellərin satışı ilə əlaqədar № NO-0008 saylı satış müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi Cavabdeh istənilən üsulla sifariş edilmiş mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədilə sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öhdəsinə götürür. Cavabdeh "xxxx" MMC-dən götürdüyü malların dəyərini tam ödəməmiş və nəticədə "xxxx" MMC-yə 33.018,71 manat məbləğində borcu əmələ gəlmişdir. Bununla əlaqədar Cavabdeh ilə 16 mart 2018-ci il tarixdə üzləşmə aktı tərtib edilmişdir. Cavabdeh 33.018,71 manat məbləğində borcu olduğunu imzası ilə təsdiq etmişdir. Hal-hazırda Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 33.018,71 manat məbləğində borcu vardır. Cavabdeh borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. O, hər dəfə borcunu ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Onun bəhanələri məsuliyyətdən boyun qaçırma məqsədi daşıyan formal xarakterli subyektiv mülahizələrindən ibarətdir. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edirlər. Cavabdeh borcunun ödənilməsi ilə əlaqədar sonuncu dəfə 01 fevral 2022-ci il tarixdə yazılı şəkildə yazılmış 08 saylı iddia bildirişi məktubları göndərilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1994-cü il tarixdə kommersiya qurumu kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən Nümayəndə Təvəkkül oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Hal-hazırda "xxxx" MMC ********** saylı VÖEN əsasən fəaliyyət göstərir. "xxxx" MMC“ WOODPECKER” ticarət nişanı ilə mebel məhsullarının istehsalı və satışı ilə məşğul olur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib, izahatında tərəflər arasında alqı-satqı münasibətlərinin olduğunu, lakin borcun olmadığını, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdəki imzanın və əl yazmasının cavabdehə məxsus olmadığını, iddiaçı tərəfindən təqdim edilmiş sənəddə ödəniş tarixi xx.xx.2015-ci ildən başlanılsa da cavabdeh 2015-ci ildən 2017-ci il tarixə qədər X2 işlətdiyi mağazada sürücü işlədiyini və həmin tarixdə yük maşınını idarə etdiyini, həmin vaxtı idarə etdiyi avtomobilin etibarnaməsini işə əlavə edildiyini bildirərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, nümayəndəsi və vəkiliin dedikləri ilə razı olduğunu, izahatında malları təhvil aldığını və dərhal ödəniş etdiyini, borcunun olmadığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə səhhətində yaranmış problemlə (ayağının sınması ilə) əlaqədar olaraq xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə baxışının təxirə salınmasını və 1 aylıq reabilitasiya dövrünün nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış 01 iyun 2015-ci il tarixdə 0008 nömrəli satış müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən: - icraçı istənilən üsulla sifariş edilmiş yataq, qonaq, uşaq, yumşaq və digər mebelləri (bundan sonra - malları) müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədi ilə sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öz öhdəliyinə götürür; - hesablaşma nağd və köçürmə yolu ilə aparılır; - verilən sifarişə uyğun olaraq malın dəyəri mal təhvil veriləndən sonra qaimədə qeyd olunan müddət ərzində ödənilməlidir. - bu müqavilə xx.xx.2016-cı il tarixinə qədər qüvvədədir. Tərəflərdən biri digərinə 1 ay əvvəlcədən xəbərdar etməklə bu müqaviləyə xitam verə bilər. Xitam olmadıqda müqavilənin icra müddəti hər dəfə 1 il müddətinə uzadılmış hesab olunur. Müqavilə hər iki tərəfin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli 37 nömrəli qarşılıqlı hesablaşma aktından (акт сверки взаимных расчетов № 37) görünür ki, xx.xx.2018-ci il üçün (“Elçin Elmanoğlu”) mağaza müdiri Cavabdeh "xxxx" MMC-yə 33.018,71 manat məbləğində borcu var. Aktda hər iki tərəfin imzasının və "xxxx" MMC-nin möhürünün əks olunduğu görünür. Həmçinin aktda "xx.xx.2018-ci il tarix.borc Woodpeckere olan borc qalığı (vitrınsız) bağlayacam” yazısı (qeydi) ilə xx.xx.2018-ci il tarixdə Cavabdeh imzası da vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli, 4/1392 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 42-66-cı vərəqlərində olan xx.xx.2018-ci il tarixli 37 nömrəli qarşılıqlı hesablaşma aktının (акт сверки взаимных расчетов № 37) 25-ci vərəqinin aşağı sağ hissəsində “mağaza müdürü” yazılarının aşağısında olan imza, həmin vərəqin aşağı hissəsində “18. ..... 2018 ci il. Tarix. Borc Wood peckere olan borc qalığı (vitrınsız) bağlayacam: İmza Xankişiyev” soyadının qarşısındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 124 manat təşkil edir. İddiaçı "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, həmin məktubda cavabdehin borcunun 33.018,71 manat manat təşkil etdiyi göstərilmiş, cavabdehdən 33.018,71 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyəti dövlət qurumlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: İşin halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC 01 iyun 2015-ci il tarixli 0008 nömrəli satış müqaviləsinə əsasən Cavabdeh mallar təqdim etdiyini və həmin mallara görə cavabdehin 33.018,71 manat məbləğində borcunun olmasını iddia edir və həmin borcun tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (Mülki Məcəllənin 385, 442 və 448.1-cı maddələri) Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC cavabdehin ona alqı-satqı müqaviləsindən irəli gələn 33.018,71 manat məbləğində borcunun olmasını sübuta yetirmək üçün hər iki tərəfin adından imzalanmış xx.xx.2018-ci il tarixli 37 nömrəli qarşılıqlı hesablaşma aktına (акт сверки взаимных расчетов № 37) istinad etmişdir. Məhkəmə araşdırılması zamanı Cavabdeh nümayəndəsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş üzləşmə aktında imzanın onun tərəfindən icra edilməsini mübahisələndirmişdir. İş üçün əhəmiyyət kəsb edən göstərilən halın müəyyən edilməsi məqsədilə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə sözügedən üzləşmə aktında Cavabdeh adı qarşısındakı imzaların və yazıların cavabdeh tərəfindən icra edilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in: 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə ekspert rəyi ilə razılaşmaması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, üzləşmə aktı cavabdeh (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən imzalanmadığından həmin akt cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin mövcud olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. MPM-in: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə iddiaçının iddia tələblərini əsaslandırmaq üçün təqdim etdiyi sübutların tərəflər aralarında hazırda öhdəlik hüquq münasibətlərinin mövcud olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan vermədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş xərclər iddiaçıya aid edilməlidir. Həmçinin məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən iddiaçı tərəfindən çəkilmiş xərclər iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində pul vəsaiti iddiaçı “"xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3021/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3021/2022
16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver