Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3026/2021 09.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin Cavabdehnə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4846,62 manat (ƏDV hissəsi) borc pul məbləğini, ödənilmiş dövlət rüsumu 30 (otuz) manat, cəmi 4876,62 manat həcmində müqavilə üzrə məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Elektron informasiya sistemindən əldə olunmuş məlumata əsasən müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1pus olduğu halda (bu hal “Elektron məhkəmə” informasiya sisteminin çıxarışından görünür) iddiaçı tərəfindən iddia ərizəsi və pretenziya Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev, ev 16 (iddia ərizəsində qeyd edilmişdir) və Ağstafa rayonu, Vurğun ştq ünvanına göndərilmişdir. Göründüyü kimi pretenziya və iddia ərizəsi Cavabdeh MMC-nin hüquqi ünvanı olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanına deyil, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev, ev 16 və Ağstafa rayonu, Vurğun ştq ünvanına çatdırılmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir, iddiaçı pretenziyanı və iddia ərizəsinin cavabdehin hüquqi ünvanına göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.0.7-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə və eləcə də müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən QƏRARA A L D İ M: İddiaçı MMC-nin Cavabdehnə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, 04.06.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, cavabdehlə (hüquqi ünvanı- Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3) mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (poçt qəbzi və ya digər sənəd), eləcə də iddia ərizəsinin alınması (imtina və ya digər əsaslar) barədə sübut (poçt qəbzi və ya digər sənəd) iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3026/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3026/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver