Məhkəmə qərarları › İş №e-2-2(113)-3037/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3037/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3037/2023 22.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və X1 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan alınmış puldan qaytarılmamış 103000 manatın və həmin məbləğə hesablanmış 7982,5 manat faizin, Gürcüstanda "xxxx" MMC -nin açılmasına görə, Gürcüstana 10 dəfə gediş-gəliş və orada yaşayış xərcləri üçün, kredit üzrə ödənilmiş faizlər və penyaya görə və Gürcüstanda 07.2015-ci il tarixdən-04.2022-ci il tarixədək icarə haqqına görə ödənilən cəmi 47 562 (2000+8000+18365+19197) ABŞ dollarının qətnamənin icra olunan anına manatın məzənnəsinə uyğun olaraq manatla və həmin məbləğə hesablanmış 6299 manat faizin cavabdehlərdən müştərək qaydada tutulması və iddiaçıya ödənilməsini, iddiaçı tərəfindən avadanlıqların qalıq dəyərinə görə Martini SPA-ya və avadanlıqların Gürcüstana göndərilmə xərcləri üçün ödənilən cəmi 85450 (82750 +2700) avronun avadanlıqların hazırkı dəyəri olan 62900 avro ilə əvəzləşdirməklə, həmin avadanlıqların iddiaçının mülkiyyətinə təhvil verilməsi; qalan 22550 (85 450-62900) avronun qətnamənin icra olunan anına manatın məzənnəsinə uyğun olaraq manatla və həmin məbləğə hesablanmış 3207 manat faizin cavabdehlərdən müştərək qaydada tutulması və iddiaçıya ödənilməsini, məhkəmə məsrəfləri olan-133 manat dövlət rüsumunun, 400 manat Mediasiya xidmətinə görə ödənilmiş məbləğin və 300 manat hüquqi xidmət haqqının cavabdehlərlərdən müştərək qaydada tutulmaqla mənə ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehlərin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardad çıxarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, əvvəlki xx.xx.2023-cü il tarixli qərardadda göstərilən əksər nöqsanlar həllini tapmış, lakin pretenziya və iddia ərizəsi Cavabdeh1 (VÖEN **********) kağız daşıyıcıda çatdırılmış, halbuki Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron (məhkəmə köməklik məqsədi ilə sonuncunun VÖEN-ni qeyd etmişdir) çatdırılmalıdır. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, xüsusi qərardadın çıxarılması tələbin özündə deyil, ayrıca vəsatət kimi verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. 150.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin ********** nömrəli qəbzlə 21.02.203-cü il tarixdə ödənilmiş 133 manat dövlət rüsumu geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Cavabdeh1 (VÖEN **********) Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmasını təsdiq edən sübut iddia ərizəsinə əlavə edildikdən yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar