Məhkəmə qərarları › İş №e-2-2(113)-3038/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3038/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3038/2025 22.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5198,36 manat məbləğində borc, 1000 manat məbləğində dəbbə pulu və ödənilmiş 82 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən mağazasından bir sıra elektrik avadanlıqları və digər mal və materiallar almışdır. Həmin məhsulların dəyəri cavabdeh tərəfindən ödənilməmiş və hazırkı günə kimi 5198,36 manat məbləğində borcu ödənilməmiş qalmışdır. xx.xx.2024-cü il tarixində tərəflər arasında bağlanmış A/19/4/A-24 saylı alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında mülki münasibətlər yaranmışdır. Müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu elektron qaydada və poçt vasitəsi ilə göndərilmişdir. Bundan başqa, tərəflər arasında malların təhvil-təsliminə dair xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktı bağlanmışdır. Həmin aktlara əsasən cavabdehin hazırda 5198,36 manat borcu mövcuddur. Borcun ödənilməsinə dair yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilərək, borcun qısa müddətdə ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Əks halda, məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi xəbərdarlıqda göstərilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, A/19/4/A-24 saylı alqı-satqı müqaviləsinin 11.4-cü bəndinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini satıcı tərəfindən verilmiş yazılı xəbərdarlıqlara baxmayaraq, icra etməsə və ya onu icra etmək iqtidarında olmasa, direktor alıcının bu müqavilə üzrə öhdəliklərinin icrasını öz üzərinə götürəcəkdir və bu öhdəliklərin icrasına görə özü əmlak və qeyri-əmlak hüquqları ilə məsuliyyət daşıyacaqdır. Göründüyü kimi, Cavabdeh MMC-nin direktoru öhdəliklərin icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Odur ki, əslində öhdəlik müştərək qaydada icra edilməlidir. Tərəflər arasında bağlanan müqavilənin 6.2-ci bəndinə əsasən alıcı malın satış dəyərini vaxtında ödəməzsə, satıcı gecikdirilmiş hər gün üçün 0,2% dəbbə pulunu alıcıdan tələb edə bilər. İş materiallarına əlavə edilmiş aktlara əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 5198,36 manat təşkil edir. Cavabdehin qalıq əsas borcuna görə gecikdirmə günləri nəzərə alınmaqla 1000 manat məbləğində dəbbə pulu hesablanmışdır. İş materiallarına əlavə edilmiş akta əsasən tərəflər arasında olan borc məbləği qarşılıqlı şəkildə müəyyən edilmişdir, borc məbləğinə dair heç bir mübahisə yoxdur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 449.1, 449.4, 450, 462-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə prosesini iştirakları olmadan keçirilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasın işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində "xxxx" MMC (hazırkı Cavabdeh MMC) arasında 19 aprel 2024-cü il tarixli, A/19/4/A-24 nömrəli (malların alqı-satqısı haqqında) müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşması protokolunda göstərilən mal-materialları (bundan sonra müqavilədə mallar kimi qeyd ediləcəkdir) alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib, almağı yə onun dəyərini ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların qiymətləri hər çatdırma partiyasına uyğun tərıib olunmuş qiymətlərin razılaşması protokoluna elektron qaimə-fakturaya, qaimə-fakturaya uyğun olaraq müəyyən edilir. Elektron qaimə-fakturanın, qaimə-fakturanın alıcı tərəfindən imzalandığı tarix malların təhvil verildiyi tarix hesab edilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən elektron qaimə-fakturalar alıcıya təqdim edildikdən sonra 5 gün ərzində təsdiq edilir. 5 gün ərzində alıcı tərəfindən elektron qaimə-fakturalar təsdiq edilmədiyi təqdirdə satıcı tərəfindən təqdim edilmiş elektron qaimə-fakıuralar avtomatik təsdiq edilmiş hesab olunur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən alıcı və satıcı arasında ödənişin qaydası, forma və müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda, elektron qaimə-fakturalarda, qaiməfakturalarda göstərilən qaydada və formada, lakin malların təqdim edildiyi tarixdən ən geci 15 (on beş) iş günü ərzində nağd və ya tərəflərin razılaşmasına əsasən bank ödənişi yolu ilə həyata keçirilməlidir. Ödənişlər Azərbaycan manatı ilə Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə ödənilməlidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yeiirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsınə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən alıcı malın satış dəyərini vaxtında ödəməzsə, satıcının gecikdirilmiş məbləğin hər günü üçün 0.2% məbləğində dəbbə (cərimə) pulunu alıcıdan tələb elmək haqqı vardır və cərimə məbləği malların ümumi dəyərinin 30%-dən artıq olmamalıdır. Həmin müqavilənin 6.6-cı bəndinə əsasən ödəniş müqavilənin 2.3-cü bəndində göstərildiyi kimi, mallar təhvil veriləndən 15 (on beş) gün ərzində ödənilmədikdə satıcı birinci həftə ərzində alıcını elektron vasitələrlə xəbərdarlıq edə və daha sonra Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəmə qarşısında iddia qaldıra bilər. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10775265 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1040 manat (ƏDV daxil) təşkil edir.

8. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11114618 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 699,99 manat (ƏDV daxil) təşkil edir.

9. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 11415107 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2903,36 manat (ƏDV daxil) təşkil edir.

10. xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 10450859 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 555 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2024-cü il tarixli, A24-SSA seriyalı, 007145 nömrəli malların təhvil-qəbul aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən mallar təhvil verilmişdir. Akt xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10775265 nömrəli elektron qaimə əsasında hazırlanmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2024-cü il tarixli, A24-SSA seriyalı, 007588 nömrəli malların təhvil-qəbul aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən mallar təhvil verilmişdir. Akt xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11114618 nömrəli elektron qaimə əsasında hazırlanmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2024-cü il tarixli, A24-SSA seriyalı, 008139 nömrəli malların təhvil-qəbul aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən mallar təhvil verilmişdir. Akt xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 11415107 nömrəli elektron qaimə əsasında hazırlanmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2024-cü il tarixli, A24-SSA seriyalı, 008357 nömrəli malların təhvil-qəbul aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən mallar təhvil verilmişdir. Akt xx.xx.2024-cü il tarixli elektron-qaimə əsasında hazırlanmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 5198,36 manat borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə borcun ödənilməsiu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu borcun ödənilməsi məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə borcun ödənilməsiunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

18. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmiş, borcu yaranmışdır.

19. İddia tələbinin bir hissəsini cavabdehdən 19 aprel 2024-cü il tarixli, A/19/4/A-24 saylı alqı-satqı müqaviləsi üzrə 5198,36 manat məbləğində qalıq borcun tutulması təşkil edir.

20. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, müqavilə şərtlərini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, A/19/4/A- 24 saylı alqı-satqı müqaviləsi üzrə 5198,36 manat (beş min yüz doxsan səkkiz manat otuz altı qəpik) tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 4 təhvil-qəbul aktı imzalanmış və aktlar cavabdehin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin təhviltəslim aktlarında qeyd edilmiş 4 elektron qaimə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 5198,36 manat olan mal təhvil verilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaya münasibət bildirilməmiş, borc məbləğindən ödənişlərin ediməsinə dair sübutlar təqdim edilməmişdir.

21. Bundan əlavə, iddiaçı cavabdehdən 1000 manat dəbbə pulunun tutulmasını xahiş etmişdir.

22. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə borcunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulunun məbləği azaldılaraq 300 (üç yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

23. Eləcə də, iddiaçı 82 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

24. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 72,70 manat (yetmiş iki manat yetmiş qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 5198,36 manat (beş min yüz doxsan səkkiz manat otuz altı qəpik) borc, 300 (üç yüz) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumununa görə 72,70 manat (yetmiş iki manat yetmiş qəpik) olmaqla, ümumilikdə 5571,06 manat (beş min beş yüz yetmiş bir manat altı qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar