Məhkəmə qərarları › İş №e-2-2(113)-3048/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3048/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3048/2022 26.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı Türkiyə Respublikasının İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Türkiyə Respublikasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Türkiyə Respublikasının İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 978 manat əsas borcun, mediasiya xərci olaraq ödənilmiş 110 manat rüsumun, hüquqi xidmət haqqı olaraq ödənilmiş 150 manat, cəmi 1238 manat pul vəsaitinin alınaraq Türkiyə Respublikasının Aselsan-Baku Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının "Aselsan-Baku" şirkəti ilə "xxxx" ASC arasında 01 aprel 2015-ci il tarixli T-2015/04-103 saylı və 01 aprel 2015-ci il tarixli T-2015/04-103A saylı X2 dair xidmət müqaviləsi imzalanmışdır. Bildiririk ki, xx.xx.2015-ci il tarixə Bakı Elektrik Şəbəkənin şirkətimizə olan borcu 1440,77 manat təşkil edirdi. "xxxx" ASC yarandıqdan sonra T-2015/04-103 saylı müqavilə əsasında Bakı şəbəkəsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 63564,84 manat dəyərində xidmət göstərilmiş, bu müddət ərzində bank hesabımıza 48736,02 manat və ƏDV subuçot hesabına 8709,61 manat ümumilikdə 57445,63 manat ödəniş edilmişdir. T- 2015/04-103A saylı müqavilə əsasında Sumqayıt şəbəkəsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixinə qədər 23109,13 manat dəyərində xidmət göstərilmiş, bu müddət ərzində bank hesabımıza 19584 manat və ƏDV sub uçot hesabına 3525,13 manat, ümumilikdə 23109,13 manat ödəniş edilmişdir. Hazırda "Aselsan-Baku" şirkəti ilə "xxxx"ASC arasında 01 aprel 2015-ci il tarixli T-2015/04-103 A saylı müqavilə üzrə borcu yoxdur, lakin 01 aprel 2015-ci il tarixli T-2015/04-103 saylı müqavilə üzrə olan borcu 6119,22 manat təşkil edir. Tərəflər arasında imzalanmış müqavilə şərtləri tərəfimizdən icra edilsə də "xxxx" ASC müqavilə şərtlərinə əməletməyərək xidmət haqqı olaraq ödəmli olduğu 6119,22 (hal-hazırda 978) manat pul vəsaitini bu günə qədər ödəməmişdir. Rəsmi qaydada pretenziya məktubu ilə müraciət edilsədə, müraciətimiz cavabsız və nəticəsiz qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Türkiyə Respublikasının İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01 aprel 2015-ci il tarixli T-2015/04-103 saylı və 01 aprel 2015-ci il tarixli T-2015/04- 103A saylı X2 dair xidmət müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq Türkiyə Respublikasının İddiaçı "xxxx" ASC-nin Bakı şəhərində Trank Rabitə sisteminə qoşulmasını və cihazların texniki servisini təmin edir, "xxxx" ASC isə həmin xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. 2019-cu ildən 2021-ci il tarixə kimi tərtib olunmuş elektron qaimələrdən görünür ki, Türkiyə Respublikasının "Aselsan-Baku" şirkəti "xxxx" ASC-yə rabitə xidməti göstərmişdir. xx.xx.2022-ci il tarixli 25794 nömrəli qəbzdən görünür ki, Bakı şəhəri 20 saylı vəkil bürosuna hüquqi xidmətə görə 150 manat məbləğində pul ödənilmişdir. xx.xx.2022-ci il tarixli **********34 nömrəli ödəmə qəbzindən görünür ki, Türkiyə Respublikasının İddiaçı 2 saylı mediasiya təşkilatına 110 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi iddiaçı Türkiyə Respublikasının İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xidmət müqaviləsi bağlanmış, Türkiyə Respublikasının İddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirsə də, "xxxx" ASC isə göstərilən xidmətə görə olan borcunu tam olaraq ödəməmişdir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının 978 manat əsas borc, həmçinin hüquqi yardım və ilkin mediasiya sessiyası ilə bağlı çəkilən müvafiq olaraq 150 manat və 110 manat məbləğində pul tələbi hissəsində iddiası əsaslıdır və təmin edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 978 manat əsas borc, 150 manat hüquqi yardımla və 150 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı xərc, cəmi 1238 manat pul tutularaq iddiaçı Türkiyə Respublikasının İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 978 manat əsas borc, 150 manat hüquqi yardımla və 150 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı xərc, cəmi 1238 manat məbləğində pul tutularaq iddiaçı Türkiyə Respublikasının İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar