Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3049/2025 03.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həşimova Günay qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 qızı, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 762.371,81 (yeddi yüz altmış iki min üç yüz yetmiş bir manat 81 qəpik) Azərbaycan manatı (ƏDV daxil) pul vəsaitinin, eləcə də 1.053,00 (bir min əlli üç manat 0 qəpik) Azərbaycan manatı məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlə birlikdə aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 qızı barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 01 iyul 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. Tərəflər "xxxx" MMC və "xxxx" MMC arasında imzalanmış olan xx.xx.2021-ci il tarixli Müqavilə əsasında yaranmış 762.371,81 (yeddi yüz altmış iki min üç yüz yetmiş bir manat, 81 qəpik) (ƏDV daxil) borca 489.683,41 (dörd yüz səksən doqquz min altı yüz səksən üç manat, 41 qəpik) Azərbaycan manatı qiymət endirimi tətbiq edilməsi ilə bağlı razılığa gəlirlər. 1.2. Tərəflər aşağıdakı şərtlərlə Mübahisəyə xitam verməyi öhdələrinə götürürlər: - Sazişin bağlanması ilə "xxxx" MMC-nin "xxxx" MMC-yə olan borcu əsas məbləğ üzrə 156.394,40 (bir yüz əlli altı min üç yüz doxsan dörd manat, 40 qəpik) Azərbaycan manatı və ƏDV məbləği üzrə 28.150,99 (iyirmi səkkiz min yüz əlli manat 99 qəpik) Azərbaycan manatı məbləğində (ümumilikdə ƏDV daxil 184.545,39 AZN), borcu hissə-hissə, xx.xx.2026-cı il tarixindən etibarən bu Sazişin 1.3-cü bəndində qeyd olunmuş ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətində hər ayın sonuncu günündən gec olmayaraq ödənilir. 1.3. Ödəniş cədvəli: 07.01.26 15.500,00 07.04.26 15.500,00 07.07.26 15.500,00 07.10.26 15.500,00 07.02.26 15.500,00 07.05.26 15.500,00 07.08.26 15.500,00 07.11.26 15.500,00 07.03.26 15.500,00 07.06.26 15.500,00 07.09.26 15.500,00 07.12.26 14.045,39 1.4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) təqvim günündən artıq olmamalıdır. "xxxx" MMC öhdəliklərini bu Saziş üzrə lazımi qaydada icra etmədikdə, "xxxx" MMC Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq məhkəmə qaydasında həmin günə olan qalıq borcu tələb edə bilər. 1.5. Borcun son ödəniş tarixi 07 dekabr 2026-ci il tarixidir. Borc vaxtından əvvəl ödənilə bilər. Bu Sazişin 1.3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyi tam həcmdə icra edildikdən sonra "xxxx" MMC-nin "xxxx" MMC qarşısında heç bir öhdəliyi qalmayacaq. 1.6. Bu Sazişdə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər danışıqlar və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq nizama salınır.
2. YEKUN MÜDDƏALAR
2.1. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.
2.2.Sazişə hər hansı əlavə və dəyişiklik tərəflərin qarşılıqlı razılığı əsasında yalnız yazılı formada hər iki tərəf imzaladıqdan və möhürlədikdən sonra qüvvəyə minir.
2.3. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüxsə qalmaqla eyni hüquqi qüvvəyə malik 2 (iki) nüxsədə tərtib edilmişdir.
2.4. X6 imzası və möhürü ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. "xxxx" MMC qənul və təsdiq edir ki, Cəmiyyətin "xxxx" MMC-nin nümayəndəsi X2 alış aktı əsasında qəbul edilmiş mallara görə 39.086,00 AZN (otuz doqquz min səksən altı manat 0 qəpik) borcu mövcuddur. Həmin borcun ödənişi "xxxx" MMC tərəfindən bu Sazişin 1.3-cü bəndində göstərilən qrafik üzrə ödənişlər "xxxx" MMC-nin hesabına daxil olmağa başladıqdan sonra hissə-hissə X2 ödəniləcəkdir. 2.5.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 01 iyul 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərdə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 1.3. Tərəflər "xxxx" MMC və "xxxx" MMC arasında imzalanmış olan xx.xx.2021-ci il tarixli Müqavilə əsasında yaranmış 762.371,81 (yeddi yüz altmış iki min üç yüz yetmiş bir manat, 81 qəpik) (ƏDV daxil) borca 489.683,41 (dörd yüz səksən doqquz min altı yüz səksən üç manat, 41 qəpik) Azərbaycan manatı qiymət endirimi tətbiq edilməsi ilə bağlı razılığa gəlirlər. 1.4. Tərəflər aşağıdakı şərtlərlə Mübahisəyə xitam verməyi öhdələrinə götürürlər: - Sazişin bağlanması ilə "xxxx" MMC-nin "xxxx" MMC-yə olan borcu əsas məbləğ üzrə 156.394,40 (bir yüz əlli altı min üç yüz doxsan dörd manat, 40 qəpik) Azərbaycan manatı və ƏDV məbləği üzrə 28.150,99 (iyirmi səkkiz min yüz əlli manat 99 qəpik) Azərbaycan manatı məbləğində (ümumilikdə ƏDV daxil 184.545,39 AZN), borcu hissə-hissə, xx.xx.2026-cı il tarixindən etibarən bu Sazişin 1.3-cü bəndində qeyd olunmuş ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətində hər ayın sonuncu günündən gec olmayaraq ödənilir. 1.3. Ödəniş cədvəli: 07.01.26 15.500,00 07.04.26 15.500,00 07.07.26 15.500,00 07.10.26 15.500,00 07.02.26 15.500,00 07.05.26 15.500,00 07.08.26 15.500,00 07.11.26 15.500,00 07.03.26 15.500,00 07.06.26 15.500,00 07.09.26 15.500,00 07.12.26 14.045,39
1.7. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) təqvim günündən artıq olmamalıdır. "xxxx" MMC öhdəliklərini bu Saziş üzrə lazımi qaydada icra etmədikdə, "xxxx" MMC Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq məhkəmə qaydasında həmin günə olan qalıq borcu tələb edə bilər.
1.8. Borcun son ödəniş tarixi 07 dekabr 2026-ci il tarixidir. Borc vaxtından əvvəl ödənilə bilər. Bu Sazişin 1.3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyi tam həcmdə icra edildikdən sonra "xxxx" MMC-nin "xxxx" MMC qarşısında heç bir öhdəliyi qalmayacaq.
1.9. Bu Sazişdə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər danışıqlar və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq nizama salınır.
2. YEKUN MÜDDƏALAR
2.1. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.
2.2.Sazişə hər hansı əlavə və dəyişiklik tərəflərin qarşılıqlı razılığı əsasında yalnız yazılı formada hər iki tərəf imzaladıqdan və möhürlədikdən sonra qüvvəyə minir.
2.6. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüxsə qalmaqla eyni hüquqi qüvvəyə malik 2 (iki) nüxsədə tərtib edilmişdir.
2.7. X6 imzası və möhürü ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir.
"xxxx" MMC qənul və təsdiq edir ki, Cəmiyyətin "xxxx" MMC-nin nümayəndəsi X2 alış aktı əsasında qəbul edilmiş mallara görə 39.086,00 AZN (otuz doqquz min səksən altı manat 0 qəpik) borcu mövcuddur. Həmin borcun ödənişi "xxxx" MMC tərəfindən bu Sazişin 1.3-cü bəndində göstərilən qrafik üzrə ödənişlər "xxxx" MMC-nin hesabına daxil olmağa başladıqdan sonra hissə-hissə X2 ödəniləcəkdir
Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Günay Həşimova