Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-305/2020 17.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 662,32 (altı yüz altmış iki manat otuz iki qəpik) manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 198,69 (yüz doxsan səkkiz manat altmış doqquz qəpik) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 891,01 (səkkiz yüz doxsan bir manat bir qəpik) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2018-ci il tarixli avtomobillərin texniki xidməti və təmiri üzrə C-036-S-PCC-18 № li müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin avtomobillərinə texniki və təmir xidmətləri göstərmişdir. Göstərilmiş xidmətlərlə bağlı müvafiq elektron vergi-hesab fakturaları və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmişdir. Tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuşdur. Lakin cavabdeh göstərilmiş bəzi xidmətlərin haqqını ödəməmişdir. Hazırda göstərilmiş texniki və təmir xidmətlərinə görə cavabdehin İddiaçı MMC-yə borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra İddiaçı MMC xx.xx.2019-ci il tarixdə borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina edir. Bu isə İddiaçı MMC-nin hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. xx xxxxx 2018-ci il tarixli avtomobillərin texniki xidməti və təmiri üzrə C-036-S-PCC-18 № li müqavilənin 5.9-cu maddəsinə əsasən “Sifarişçi” xidmət haqqının ödənilməsini gecikdirirsə, hər bir gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir və dəbbə pulunun miqdarı ödəniləcək məbləğin 30%-dən artıq ola bilməz. Cavabdeh göstərilmiş xidmətlərin dəyəri olan 662,32 manat məbləğində pulun ödənişini uzun müddət gecikdirmişdir. Buna görə də müqaviləyə əsasən hesablanmış dəbbə pulunun ümumi məbləği 198,69 manat təşkil edir və bu məbləğin cavabdehdən tutulmasını tələb edirlər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında xx xxxxx 2018-cı il tarixdə C-036-S-PCC-18 saylı “Avtomobillərin texniki xidməti və təmiri haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə əsasən ona məxsus olan avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini icra etməyi, sifarişçi isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.7-ci bəndində sifarişçinin xidmətin dəyərini avtomobili TXS-dan təhvil götürdüyü zaman nağd şəkildə və ya icraçı tərəfindən hesabfakturanın sifarişçinin səlahiyyətli nümayəndəsinə çatdırıldığı andan etibarən 10 təqvim günü ərzində nağd və köçürmə yolu ilə icraçının hesablaşma hesabına ödəməli olması göstərilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli, EAAJ seriyalı, 319224 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 464,47 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə qaiməyə düzəliş, etiraz təqdim olunmadığından elektron qaimə sistem tərəfindən təsdiqlənmiş və xx.xx.2018-ci il tarixli, HS seriyalı, 947806 saylı elektron vergi hesab - fakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli, EAAJ seriyalı, 883266 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 196,94 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə qaiməyə düzəliş, etiraz təqdim olunmadığından elektron qaimə sistem tərəfindən təsdiqlənmiş və xx.xx.2018-ci il tarixli, HT seriyalı, 281543 saylı elektron vergi hesab - fakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2019-cu il tarixli pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, müqavilə üzrə yaranmış 662,32 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında avtomobillərin texniki xidməti və təmiri haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətin dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən göstərilmiş xidmətin dəyərini – 662,32 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 662,32 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 198,69 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, Cavabdeh avtomobillərin texniki xidməti və təmiri müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 6,20 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 23,80 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 662,32 (altı yüz altmış iki manat otuz iki qəpik) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23,80 (iyirmi üç manat səksən qəpik) manat olmaqla, cəmi 706,12 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 6,20 (altı manat iyirmi qəpik) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-305/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-305/2020
17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver