Məhkəmə qərarları › İş №e-2-2(113)-3052/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3052/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3052/2025 18.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borc” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ASİ/AS/050/22 saylı Alqı-Satqı Müqaviləsi əsasında təchiz edilən mallar üzrə ödənilməli olan 81320,88 AZN (səksən bir min üş yüz iyirmi manat 88 qəpik) məbləğin və öhdəliyin indiyədək gecikdirilməsinə görə 6891,6 AZN dəbbə pulunun, əsas borcu müqavilə ilə ödəməli olduğu müddətdən artıq özündə saxladığı və ödənişini gecikdirdiyi üçün növbəti illər üçün Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun əsas vəsaitə 9648,24 AZN faizinvə ödənilmiş 383,58 AZN dövlət rüsumu olmaqla, cəmi 98.244,3 (doxsan səkkiz min iki yüz qırx dörd manat 30 qəpik) AZN vəsaitin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixinə saat 11:30-a təyin edilmişdir. xx.xx.2025-ci il tarixində iddiaçı “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borc” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia verilərkən xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 383,58 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar